
Gərgin iş rejimində çalışanlar içki ilə yanaşı, öz yemək rasionuna da xüsusi diqqət yetirirlər. Biz də dünya liderlərinin və tarixi şəxsiyyətlərin nə yeyib-içdiyini araşdırdıq. Ortaya maraqlı faktlar çıxdı. Sən demə? liderlərdən kimisi ayranı, kimisi arağı, kimisi isə şərabı sevirmiş.
Yadınıza gəlirsə, Türkiyənin yenicə seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə ayranı təbliğ edən mesajlar vermiş, “hamı ayran içməlidir” deyibən ayranın sevimli içkisi olduğunu büruzə vermişdi.
ABŞ prezidenti Barak Obamanın sevimli içkisi isə pivədir. Hətta prezident özü də pivə hazırlayır və bu məşğuliyyətdən zövq alır. O, nahar fasiləsində isə sendviç və hamburqer yeməyi xoşlayır. Həmçinin, şirin piroqlardan da imtina etmir. Obama tərəvəzlər arasında gül kələminə daha çox üstünlük verir.
Rusiya prezidenti Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal qoyulur. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin hədsiz dərəcədə dondurma həvəskarıdır. Ən çox sevdiyi içki isə yaşıl çaydır. Pivəni də çox sevir. Beləcə, o, alkoqollu içkilərə münasibətdə öz xalqının zövqü ilə uyğunlaşa bilmir, çünki arağın daha çox istifadə olduğu Rusiyada prezident pivəyə üstünlük verir. Almaniyaya səfəri zamanı bu ölkənin istehsal etdiyi pivənin dadına baxanda Putin spirtli içkilər arasında pivəni yüksək qiymətləndirmişdi.
Rusiya baş naziri Dmitri Medvedev isə öz gərginliyini və yorğunluğunu çıxarmaq üçün şərab içməyi məqsədəuyğun sayır. Baş nazir 2011-ci ildə alkoqolizmlə mübarizə üçün, daha tünd içkilərdən, xüsusilə araqdan uzaqlaşmaq üçün şərabdan istifadə etməyi təklif edib.
Almaniya kansleri Angela Merkel siyasətdə olduğu kimi, mətbəxdə də fəaldır. Adətən yeməkləri özü hazırlayan siyasətçi xanım kartof şorbasını, ədviyyatlı kababı və bişirilmiş tərəvəzləri daha çox xoşlayır. Şirniyyatlar arasında gavalı piroquna, içkilərdən nanəli çayı xoşlayır. İçkilər sırasında pivəyə də üstünlük verir.
Çinin sabiq dövlət başçısı Xu Tszintao istirahət vaxtlarında şərab içməkdən zövq alır. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən Barak Obamanın Çin liderinə verdiyi ziyafətdə süfrəyə qoyulmuş şərabın qiyməti ertəsi gün 115 dollardan 350 dollara qalxıb.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç alkoqol içkilər sırasında arağa üstünlük verir. Eks-prezident birinci qədəhdən sonra “zakuska” etməyi sevmir və hətta bunu jurnalistlərə nümayiş etdirməkdən də çəkinməyib. Yəqin ki, o öz ənənəsini prezidentlik dövründən sonra da davam etdirəcək.
İngiltərənin baş naziri Devid Kemeron öz menyusunda ən çox balıq məhsullarından hazırlanmış yeməkləri xoşlayır. Kemeron şirniyyatı xoşlasa da, ondan imtina etməyi də bacarır. Hətta baş nazir şirniyyat məhsullarının və xüsusilə şəkərin sağlamlıq üçün zərərli olması haqda əhaliyə müraciət edərək onları bu qida məhsullarından imtina etməyə çağırıb.
* * * *
Bir az daha qədimlərə tarixə nəzər saldıqda vaxtilə hökmranlıq etmiş tarixi şəxsiyyətlərin də qeyri-adi yemək və içki rasionunun olduğunu görə bilərik. Belə ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk içkilərdən daha çox limonad və ayranı sevib. Atatürk haqda yazılanlardan belə məlum olur ki, o, az yeməyin tərəfdarı olub. Səhərlər çay, qəhvə içər, çox yeməz, soyuq ayranla bir dilim çörək yeyərdi. Bəzən bir kasa qatıqla kifayətlənər, sonra südlü qəhvə içərdi. Ətsiz quru paxla, plov çox sevdiyi yeməklərdən olub. O, sevimli içkisi ayranı isə çörək batıraraq yeyirmiş. Süfrədən yarıtox dururmuş. Atatürk üçün axşam yeməyi xüsusi əhəmiyyət daşıyıb. Omleti sevən siyasətçi xüsusi ilə gecə saatlarında acanda pendirli omlet yeyirmiş. Gün ərzində 10-15 fincan orta şəkərli qəhvə içirmiş. Spirtli içkilərdən pivə və rakını xoşlasa da, sərxoş olmağı heç xoşlamayıb. Atatürkün sevdiyi yeməklərlə bağlı yazılarda qeyd olunur ki, onun Türkiyənin müxtəlif yerlərində hər bölgəyə uyğun sevdiyi yeməklər olub. Hər dəfə bölgələrə səfər edəndə yerli yeməklərdən yemək adəti imiş.
Qədim Misir fironu Tutanhamon qırmızı şərabı sevirmiş. O dövrün Misirində şərab qeyri-adi içki sayılırdı. Tutanhamonun orijinal aludəliyi vardı: hələ də adı olmayan yeməyə çox böyük həvəs göstərirdi, həmin yemək əridilmiş balla yumurta və təzə üzüm şirəsindən hazırlanırmış. Məşhur ingilis arxeoloqu Hovard Karter Tutanhamonun qəbrini tədqiq edərkən yüksək keyfiyyətli borularda şərablar, papirusda yazılmış dünyanın ən qədim kulinar reseptini aşkara çıxarıb. Fironun sevimli xörəklərdən birini belə hazırlayırdılar: bir neçə yumurta ilə əridilmiş bal və tər üzüm şirəsini qarışdırır, sonra bu qarışığı qaynadılmış şərabın içinə tökür və köpük yarananadək çalırdılar. Sonda nar dənələri əlavə edirdilər. Qədim misirlilər xörək-içkiyə bənzər bu qarışığın fironu cavan saxlayacağına inanırdılar.
Uinston Çörçillin həyatında isə yemək daha önəmli yer tutub. Ən sevimli içkisi “Pol Roger” şampanı olub. Bu gün Çörçilin sevimli şampanı onun adını daşıyır. Çörçill təyyarədə olanda belə yemək zövqünə xəyanət etmirdi. Xüsusi ilə səhər yeməyinə ciddi yanaşırdı. Onun üçün hazırlanmış səhər yeməyi iki müxtəlif sinidə növbə ilə süfrəyə gətirilməli idi. Birinci sinidəki təamlara qaynadılmış yumurta, giləmeyvə cemi və kərə yağı, bir fincan südlü qəhvə, bir stəkan soyuq süd, soyutma cücə və ya ət daxil idi. İkinci sinidə isə baş nazir üçün təzə qreypfrut, təzə sıxılmış portağal şirəsi, sodalı viski və siqar gəlirdi. Sonralar Çörçil bunları rəsmi menyuya əlavə etdirir.
XƏBƏR LENTİ
Uşaqlara dərmanların düzgün verilməsi
XƏBƏRDARLIQ! Maqnit qasırğası olacaq
Ramazanın 19-cu gününün duası
Aslı Murata “yox” dedi - SƏBƏB
Ramil Quliyevin çıxışı “50 qızıl an”a düşdü - VİDEO
Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır - RƏSMİ
Azərbaycanda ilk dəfə
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
Toyuq bulyonunun müalicəvi təsiri
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Cavan olmam bir də mən?
"Külək və Atəşin Rəngləri"
Günün qoroskopu: hər şey qarşılıqlı olacaq
Devid Bekhem İlk Dəfə Bunları Açıqladı-FOTO
Ayaq ağrısı üçün 3 idman hərəkəti
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Qeyri-adi tikililər
Günün ulduz falı
Sinan Akçıldan gözlənilməz etiraf
2000-ci illərin qəribə trendləri
Günün qoroskopu: kiçik problemlər günüdür!
Ən böyük virtual "reallıq parkı" açıldı-VİDEO
Cem Yılmaz Serenayla bağlı suallara qəzəbləndi
Yulaflı, kabaklı zapekanka(foto resept)
Dəbli və qeyri-adi çətirlər
Ermənilərə dərs
Uşaqların sosial-psixoloji inkişafı-16
Kottinqli Pəriləri (2-ci hissə)
Hansı ərzaqlarla ehtiyatlı olmalıyıq?
Sabah hava nə vəd edir?
İdman yaddaşı artırır
Günün ulduz falı
Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandı
Trend: İpli Çəkmələr
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
Bu dərmanlardan UZAQ DURUN - Zəhərlənməyə səbəb olur
Heydər Əliyev ilk dəfə səs verdi
İnternet televiziyanı udur?!
Bakıya səs salan pulsuz mağaza
Mehriban xanım hüzr mərasimində
Qutu rəf modelləri
Gəlin saç modelləri
Dərslər sentyabrın 18-dən başlayacaq? - RƏSMİ CAVAB
Cift qanının dondurulması və əhəmiyyəti
10 günə 7 kq saglam şəkildə arıqlayın!
Almaniyada keçirilmiş konsertdə "Sarı gəlin" erməni mahnısı kimi təqdim edilib
"Kara Sevda" serialının aktrisası geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İnsanın daha bir əcdadı tapılıb
Ajda Pekan Sevil Əliyevanın mahnısını oxuyacaq
Mayın 20-də qəbul imtahanı olacaq















- ŞƏRHLƏR