
Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov müvəqqəti gətirilən avtonəqliyyat vasitələri üzərində nəzarətin gücləndirilməsi məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda bu sahədə (vaxtında qayıtmamaqla bağlı) müəyyən problemlər mövcuddur: "Biz onların aradan qaldırılması, xüsusilə ölkəyə gətirilən avtomobillərin texniki standartlarının uyğunluğu istiqamətində tədbirlər görürük". Azərbaycanın gömrük qanunvericiliyinə müvafiq olaraq ölkəyə gətirilən avtonəqliyyat vasitəsinin qalma müddəti 90 gündür, lakin məqsəddən asılı olaraq bu müddət dəyişə bilər. Ş.Bağırov qeyd edib: "Tədbirlərimiz bu problemlərin bir daha baş verməməsinə yönəlib və biz nəzarət tədbirlərini gücləndiririk". Onun sözlərinə görə, avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi prosedurları olduqca şəffafdır və onlarla internet resurslar vasitəsilə tanış olmaq mümkündür. Qeyd edək ki, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİF MN) 8703 və 8711 mal mövqelərinə aid edilən) geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar DGK tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib. Bununla əlaqədar 16 avqust 2014-cü ildən etibarən Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-in 8703 və 8711 mal mövqelərinə aid edilən) müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaqdır. Avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı və ya Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaqdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günün qoroskopu: tərəddüd etməyin
Böyük bədən gəlinlik modelləri
“Xətai” stansiyası bağlandı
Yüksək təzyiqli insanların qidası
Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək
Çox su içmək zərərlidir!
Azərbaycanda Anatomiya Muzeyi yaradılıb
Sahibsiz heyvanları peyvəndlədik
39 il öncə nəşr olunan kitabda koronavirusdan bəhs edilib – FOTO
İsmayıllıda yer titrədi
Tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin halını yaxşılaşdırmaq üçün unikal üsul
Uşaq ensiklopediyası (17)
Yeni qanun uşaqları valideynlərinə hörmət etməyə məcbur edəcək
Məşhurlardan ilham alın: Yeni il makiyajı
Puluna qənaət etmək istəyənlərin nəzərinə
Saç uzadan banan maskası
Yuxular haqqında nə bilirik?
Köhnə pianodan xəzinə çıxdı
Koronavirusa evdə yoluxmaq mümkündürmü?
Avtobuslara kameralar quraşdırılır
Türkiyəli müğənnidən maraqlı addım - VİDEO
Xəz geyimlər
Bakıda İsrailin müstəqilliyinin 66-cı ildönümü qeyd olundu
Mələklə söhbət
Şəhərini xəyal dünyasına çevirdi
İçki və insan orqanizmi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hesablarımıza girən əlləri necə kəsək?
Ermənistanla sərhədin bir addımlığında - VİDEO
HAVA necə olacaq?- 16 MART
"Altın portakal" sahiblərini tapdı
Bacarıqlı əllər
Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağı açıldı
Azərbaycanda 347 nəfər bu xəstəlikdən əziyyət çəkir
Azərbaycana qar, şaxta qayıdır
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
İlon Maksin pikapı diqqət çəkdi-FOTO
Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 532 yeni yoluxma
İsti hava koronavirusu niyə məhv etmədi? - Professor açıqladı
Türk mətbəxindən "Fındıqlı kadayıf" (foto resept)
Məşhur aktyor 10 illik evliliyini bitirdi-SƏBƏB/FOTO
Messi Ronaldoya çatdı
Hollivud ulduzu: "Çox istərdim ki, Azərbaycana gəlim"
Namaz və onun qaydaları (4-cü hissə)
BMW X5 daha da "coşdu"
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Bakıda ağac kəsənlərə 40 min manat cərimə
“WhatsApp”da yenilik!
Aleyna Rihannanı, Şakiranı geridə qoydu-(KLİP)
Rəngləri ilə yazı gətirən mətbəx mebelləri














