
İnsan səhhəti və sağlamlığı üçün sabun vacibdir. Təbii ki, tərkibi, hazırlanışı və istehsal edildiyi ölkə olaraq sabunlar bir-birindən kəskin fərqlənir, lakin buna baxmayaraq bütün sabunların eyni bir nəticəsi var. Təmizləmək və özünəməxsus qoxu yaymaq.
Paltar sabunu, əl sabunu, cild sabunu, uşaq sabunu və bu kimi çeşidlərə bölünən sabunların tərkibi də müxtəlif olur. Sabunların xeyri olduğu qədər ziyanları da var. Məsələn, dəriyə düşməyən sabun dəridə qızartıların, yanmaların, qabıqlanmaların başlanğıcını qoyur ki, bu cür problemlərin qarşısını almaq da elə asan olmur. Buna görə də sabun seçimində xüsusən diqqətli olmaq lazımdır.
Rəngi, ağırlığı, qoxusu baxımından arada fərqlər olsa belə sabunların 90%-i uzunsov və dördbucaq olur. Son zamanlar isə fərqli sabunlar gözə dəyir. Mağazalarda, bazarlarda rəngli meyvələr, güllər, dekorativ əşyalar formasında olan sabunlara insanların marağı da böyük olur. Bu cür sabunların tərkibini bilmək elə də asan deyil, çünki belə sabunların üst kağızları olmur. Görünüş etibarilə olduqca estetik və həqiqi meyvələrdən seçilməyən sabunlara maraq göstərənlər isə gənc nəsildir. Bu cür sabunların münasib qiymətləri isə almaq istəyənləri daha da həvəsləndirir.
"28 May" metrostansiyası yaxınlığında dekorativ sabun satışı ilə məşğul olan kifayət qədər mağaza tapmaq mümkündür. Bu cür sabunların əksəriyyətinin üst kağızı olduğu halda bir çoxunun, ümumiyyətlə, tərkib göstərən kağızı yoxdur. Hansı sabunlardan, hansı maddələrdən hazırlandığı bilinməyən bu cür sabunların qiymətləri də münasibdir. Satıcı Elnarənin sözlərinə görə, bu cür sabunları həvəskar sabun dekor edənlərdən alırlar. Xüsusən xanımların bu işə maraq göstərdiyini deyən Elnarə belə sabunlara marağın böyük olduğunu bildirir: "Kiçik dekorativ sabunlar 2 manatdan, böyük sabunlar 4 manatdan başlayan qiymətlərlə satılır. Tərkibinə gəlincə, əksər sabun gətirənlər onun hansı sabunların qarışığından düzəldiyini deyir və qiyməti də ona görə qoyulur. Əksər sabunlar isə tərkib etibarilə naməlum olduğu üçün elə də yüksək qiymət qoyulmur. Günə 8-9 sabun satılır. Bayram günlərində daha çox satılır. Hədiyyə kimi, dekor olaraq alanlar çoxluq təşkil edir. Ümumiyyətlə, mən özüm bu cür sabunlardan istifadə etmirəm. Dekor olaraq evdə işlətmək olar, amma istifadə etməyi düşünmürəm".
Dermatoloq Əzizə Verdiyevanın sözlərinə görə, insan dərisi üçün ən məsləhətli sabunlar rəngsiz və heç bir əlavə işləm görməmiş sabunlardır: "Əvvəla dəri çox həssassdır və bəzən ən bahalı sabunlara qarşı da reaksiya verə bilir. Tərkibi bəlli olan sabunlara qarşı reaksiya verən dərilərin tərkibi heç bəlli olmayan sabunlara qarşı verəcəyi reaksiyanı da təxmin etmək elə də çətin deyil. Üstəlik dekorativ sabunların əksəriyyəti qalıq və istifadə olunmayan sabunlardan hazırlanır. Tərkibinə müxtəlif boyalar və spirt vurularaq əridilib yenidən qəliblərdə forma verilir. Bu cür hazırlanan sabunların mikrob əleyhinə olmasından danışmaq mümkün deyil. Dekor olaraq istifadə mümkündür, amma bu sabunların cildə vurulması heç məsləhətli deyil. Dəri üçün ən yaxşısı xalq arasında paltar sabunu adı ilə tanınan sabunlardır. Bu sabunlar əlavə heç bir qatqı da saxlamır. Dekor sabun istəyənlər isə özləri evdə hazırlasa daha yaxşı olar, çünki bu cür sabunların tərkibi ən azından istifadəçi tərəfindən bilinir və daha təhlükəsizdir".
Dermatoloq deyir ki, parfümlü sabunlardan istifadə etmək də məsləhət deyil. Zeytunlu, kükürdlü sabunlardan istifadə etməklə həm dərini təmizləmək, həm də qorumaq mümkündür. Parfümlü sabunlar isə tərkibində alkol saxlayır və dəridə aşınma, qızarma əmələ gətirir: "Satışda olan mikrobəleyhinə sabunlar belə elə də təmiz sayılmaz. Bu cür sabunların tərkibinə triklosan maddəsi əlavə edilir. Xlorla qarışımı olan bu cür maddənin uşaqlarda allergiya, eqzema, böyüklərdə hormon pozğunluqları yaratması ehtimalı da var. Mikrob baxımından daha etibarlı olduğu düşünülən sulu sabunlara da maraq kifayət qədərdir, lakin bu sabunlar da olduqca zərərlidir. Belə sabunların xoş qoxusu və fərqli rəngləri alıcıları cəzb etsə də, ən təhlükəli və ziyanlı sabunlar da elə bu sabunlardır".
Müsahibimiz sabun seçərkən 3 şeyə diqqət yetirməyi məsləhət görür: "Rəngsiz, qoxusuz və formasız. Bu cür sabunlar sağlamlıq üçün ən yaxşı sabunlar hesab edilir".
Qeyd edək ki, dekor olaraq satılan sabunların dekor kimi istifadəsi də məsləhətli deyil. Bu cür sabunların ətrafa yaydığı qoxu bir müddət sonra baş ağrısı və ürək bulantısı yaradır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gözəl xasiyyət, xoşrəftar, ədəb və mərifət...
Bambuk gülünə qulluq
Bakı avtobusunda bunu da gördük!
Cüzdan
400 il işləyəcək batareya yaradıldı
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Əgər Ay yox olsa...
Unikal əməliyyat: qoz ağacının xilası
85 saniyədə 1 milyard dollarlıq satış
Ebola Azərbaycanda yayıla bilər?
Azərbaycan yığmasında böyük itki
Uşaqların dəstəyə daha çox ehtiyac duyduğu dövr
Yupiterə yeni missiya göndəriləcək
Yeni il bəzəyini özümüz hazırlayaq-1
Türkiyə mətbəxindən "Yüksük" şorbası (foto resept)
Meqan və Harri öz evinə köçdü-FOTO
“Eurovision”a bilet satışı dayandırıldı
63 dəfə küsüb barışdılar - FİLM
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Virusoloqlar COVID-19-a yoluxmanın ən çox ehtimal olunan üsulunu müəyyənləşdirdi
Danışmaq möcüzəsi
Uşaqlarda qəbizlik
Bədəndə çıxan sızanaqların verdiyi mesajlar
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Əsrimizin reallığını şəkillərdə görün
Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)
Monika Belluçi karantin günlərindən danışdı-FOTO
Övladını məktəbə göndərmək istəməyənlərin sayı açıqlanıb
Ingilis dili - XXXII dərs
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər
Bel hissənizdəki yağları əridəcək içkilər
Londondan Tokioya qeyri-adi qurğu ilə səyahət - VİDEO
Pablo Pikasso haqqında 10 fakt
Yuxuda bizi yoran vərdişlər
Colidən növbəti xeyirxah addım
Zakir Həsənov ön cəbhədə zabitləri topladı, göstərişlər verdi
2019 vəhşi təbiət fotoqrafları
Əhaliyə xəbərdarlıq
Göyərtili blinçik (foto resept)
Dünyada koronavirusdan ölən jurnalistlərin sayı açıqlandı
Putin: "Türkiyə kürəyimizə xəncər sapladı"
Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
ABŞ Rusiyanı nəzarətə götürüb
"Hulk"a bənzəmək üçün özünü bu günə saldı - FOTO
Dünyanı məhvə aparan dərman qadağan edilir
Lənkəranda bu ilin 8 ayı ərzində 146 nəfər xərçəng xəstəsi qeydə alınıb
Bensu Soralın toyundan FOTOlar
Yığmamız beynəlxalq turnirdə birinci oldu
İnanclar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]