
Printerdən ayrılan havanı udmaq siqaret çəkməyə bərabərdir
Ofis işi şəraitinə, müasir avadanlıqlarla təchiz olunduğuna görə çoxlarına rahat gəlsə də, işin monotonluğu və ya stress sağlamlıqda ağır fəsadlar yaradır. Mütəxəssislər bildirirlər ki, kompüter, ofisdə istifadə olunan müxtəlif cihazlardan ayrılan şüalanma, klaviatura, siçan və sairə yığılan bakteriyalar, cəld yeməklər və havasızlıq "erkən ölümə" səbəb olur.
Qeyd edək ki, Mayo Klinikanın professoru Ceyms Levinin apardığı araşdırmalara görə, 150 il əvvəl ilə müqayisədə gündə 1500 kalori daha az sərf edirik. Bu da ildə 5 kq artıq çəki almaq deməkdir. Ofis işinin tələb etdiyi hərəkətsizlik piylənməyə, əzələ və skelet sisteminin pozğunluqlarına, diabet, xərçəng və ürək xəstəliklərinə səbəb olur.
Terapevt Gülnar Tağıyeva bildirib ki, ofis işi rahat iş sayılsa da, ömrümüzdən alır. Ofisdə işləyərkən vaxtaşırı hərəkət etmək, havanı dəyişmək, düzgün qidalanmaq lazımdır. Günün çox hissəsini oturaraq keçirənlər ilk növbədə oturacaqların rahatlığına fikir verməlidirlər: "Oturacaq beli düz tutmağa kömək etməlidir. Əks halda beldə ağrılar, onurğa sütununda problemlər, əyriliklər və s. özünü göstərəcək. Oturacaq mütləq rahat, beli düz saxlayan və təbii əyilmiş formada olmalıdır. Stul ilə bel arasında ara məsafə olduqda isə onurğa sütunu yüklənir".
G.Tağıyeva əlavə edib ki, kompüter qarşısında uzun müddət vaxt keçirmək də ziyandır. Kompüterin zərərindən qorunmaq üçün ondan düzgün istifadə qaydalarını bilməliyik: "İlk növbədə kompüter qarşısında düzgün oturmaq lazımdır. Kompüter qarşısında oturanda heç vaxt ayağınızı ayağınızın üstünə aşırmayın. Bu, damarların sıxılmasına, nəticədə beyinə qanın yaxşı dövr etməməsinə səbəb olur. Ayaqlar aşağıda olmalı və 90 dərəcə bucaq altında əyilməli, ya yerdə, ya da xüsusi ayaqaltının üstündə olmalıdır".
Onun dediyinə görə, əllərin və çiyinlərin vəziyyətinin düzgün olması üçün klaviatura və siçan dirsəklərin səviyyəsində qoyulmalıdır: "Biləklər stolun, klaviaturanın və siçanın üstündə düz olmalı, yuxarı qatlanmamalıdır. Bundan ötrü əllər üçün dayağı olan klaviaturadan istifadə etmək məsləhətdir. Klaviaturada yazarkən barmaqları boş və rahat saxlamaq lazımdır. Barmaqları sıxıb çap etmək tez yorulmaya səbəb olacaq. Siçandan istifadə edərkən biləyinizi boş tutun. Siçanı hərəkətə gətirərkən yalnız əlinizi deyil, biləyinizi, bütün qolunuzu da əlinizlə birlikdə tərpədin".
Müsahibimiz qeyd edib ki, kompüterin monitoru üzünüzlə paralel olmalıdır: "Başınızı hansısa bir tərəfə çevirməyə çalışmayın. Stulda oturub, gözlərinizi yumub tam rahat olmağa çalışın. Sonra gözlərinizi açanda sizin qarşınızda gördüyünüz nöqtə monitorun mərkəzi olmalıdır. Lazım olsa, monitorun altına nəsə qoya bilərsiz".
Bəzi adamlar noutbukları dizlərinin üstünə qoyub istifadə etməyə üstünlük verirlər. Həkimin dediyinə görə, dizüstü kompüterlərin yaydığı elektromaqnit şüalar daha çox cinsiyyət orqanlarına təsir edir, kişilərdə sonsuzluğa səbəb olur.
Yalnız iş şəraiti deyil, çox işləmək də zərərlidir. Avropada aparılan araşdırmalar göstərir ki, gündə 10 saatdan çox işləyənlərdə ürək-damar xəstəliklərinə tutulma riski 60 faiz daha çoxdur. Uzun müddət kompüterin ekranına baxmaq bulanıq görməyə, gözün qurumasına, baş ağrısı və miqrenə səbəb olur.
Qeyd edək ki, ofisdəki cihazlarda, cihazların üzərindəki düymələrdə, qapıların tutacaqlarında, tez-tez əl vurduğumuz yerlərdə dəhşətli dərəcədə çox mikrob yığılıb. 33 fərqli klaviaturanı analiz edən ingilis alimləri bu nəticəyə gəliblər ki, klaviaturadakı bakteriyaların miqdarı ayaqyolundakı bakteriyalardan 5 qat daha çoxdur.
Klaviatura yalnız kirlənməsinə görə deyil, həm də istifadə texnikasına görə də zərərlidir. Belə ki, klaviaturada çox yazmaq barmaqlarda, ovucun barmaqlar tərəfində ağrıya, titrəməyə, gücsüzlüyə səbəb olur. Xəstəlik müalicə olunmasa, əl tutma və hərəkət etmə xüsusiyyətini itirir. Daim eyni bir vəziyyətdə kompüter siçanını tutmaq da əzələ zədələnmələrinə gətirib çıxara bilər.
İşdə cəld yeməklərlə qidalanmaq da sağlamlığımızda mənfi iz buraxır. Belə yeməklər ürək-damar sistemi xəstəlikləri və xərçəng riskini artırır.
Amerikada aparılan araşdırmalara görə, ofisdə havasızlıq da sağlamlığımıza pis təsir edir. İş otağında karbondioksidin yüksək olması qərar vermə və diqqəti cəmləmə bacarığını zəiflədir. İş otağında havanın dəyişdirilməməsi üzündən, onsuz da kimyəvi və zərərli maddələrlə kirlənmiş hava 100 dəfə daha çox kirlənir. Karbondioksid iş fəaliyyətinə, beyinə və bütün orqanlara qanın getməsini əngəlləyərək oksigen çatışmazlığına səbəb olur. Bu da yorğunluq, yuxululuq, halsızlıq, diqqət pozğunluğu yaradır.
Avstraliya alimlərinin fikrincə, surətçıxaran (printer) kimi cihazlardan istifadə də sağlamlığımızı təhlükə altına atır. Onlardan ayrılan zərərli qazlar sinədə ağrılara səbəb olur. Bu cihazlardan havaya ayrılan maddələr hava ilə birlikdə ciyərlərə getdikdə siqaretin ziyanı qədər təhlükəlidir.
Otağın hədsiz işıqlandırılması da baş ağrılarına səbəb ola bilir. Hədsiz işıqlanma nəticəsində yorğunluq, stress, təzyiqin yüksəlməsi, xərçəng riskinin artması müşahidə olunur.
Sadalananlardan əlavə ofisdəki darıxdırıcı iş tərzi də ömrü qısaldır. London Universitetinin keçirdiyi bir təcrübəyə görə, həyatlarının darıxdırcı olmasından şikayət edənlərin ürək xəstəliklərindən ölmək riski artır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana “dur” deyilməlidir”
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Uşaq bağçaları optimallaşdırılacaq
Tez qocalmağa səbəb olan qidalar
Əsgərlər üçün də qurbanlar kəsilib
Azərbaycan tarixindən yüz şəxsiyyət-34
Trampın qızı Mayamidə “milyarder bunkerində” torpaq alıb - FOTO
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Kanada Rusiyada dünya çempionu oldu
İnstagram izləyicilərinə XƏBƏRDARLIQ edildi-SƏBƏB
Gözəl sırğalar
Rusiyada azərbaycanlı komandirə qarşı böyük hörmətsizlik!
BÜRCLƏR bizə nə vəd edir?-21 Mart
Yeni doğulmuş körpələrdə qusmanın səbəbləri
Bu ilin "ən stil" məşhurları seçildi
Dünyanın ən böyük iti öldü
Çimərliklərin yoxlanılmasına başlanıldı
Bu da Ferrari CascoRosso
Bekhemlə Zidan üz-üzə
Pul qazanmaq üçün istehsal edilən fərqli modellər
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Xərçəng bürcü qadınına hansı hədiyyələri almalı?
Təhlükəli dəniz canlıları
Alma formalı iynə balıncı
Hələ doğulmamış körpələri FENOMEN oldu
Sarkisyan Ərdoğanın dəvətini “nəzakətlə” rədd etdi
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
İranlı "Ancelina Coli" həbs edildi-SƏBƏB
Bütün Türkiyə qara geyinəcək
Yaylıq istafədə etməyin 5 yolu
Nazir: "Devalvasiya mənfi təsir etdi"
Azərbaycan telekanallarında yenilik
İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış oldu
Qarabağda qəfil gizli görüş
Azərbaycan peyki vasitəsilə Gürcüstan telekanallarının yayımına başlanıldı
Avtobus dayanacaqlarında kart aparatlarının quraşdırılmasına başlanılıb
Monika Belluççinin qızı reklama çəkildi – FOTO
Qarındakı yağlar üçün pomidor suyu
"Snikers" tortu(foto resept)
“Facebook”da rus erməni savaşı
Çağrılmamış qonaqlar və qonaqlıq(II)
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Depressiyadan xilas yolu: pişik terapiyası
Sarı saçlar üçün xüsusi maskalar
Azərbaycandan sərt etiraz
Saç çubuqları
Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq














