Müasir həyatı stressiz təsəvvür etmək mümkün deyil. Streslə mübarizə çətin olduğu üçün bu gün sakitləşdirici və antidepressantlar qəbul edənlərə daha tez-tez rast gəlmək olur. Lakin dərman preparatlarının uzun müddət qəbulu məsləhət deyil. Bu səbəbdən də mütəxəssislər yoqa ilə məşğul olaraq psixoloji rahatlanmağı təklif edirlər. Yoqa üzrə müəllim Humay Rzayevanın sözlərinə görə, yoqa məşqləri kalorini az miqdarda yox etsə də, müntəzəm yoqa ilə məşğul olanlar artıq çəkidən azad olur, bununla yanaşı, psixoloji rahatlıq tapırlar: "Yoqa ilə məşğul olan insanın tədricən qidalanması və emosional vəziyyəti dəyişir. Bəzən insan gündəlik qayğılarına görə əhəmiyyətsiz problemlər üzündən də o qədər stress keçirir ki, neqativ fikirləri beynindən ata bilmir. Dəfələrlə özünə "Mən bu haqda fikirləşməməliyəm", "Sakitləşməyə çalışmalıyam, əsəbləşmək ziyandır" desə də narahatlıq, gərginlik, həyəcan və fikirdən qurtula bilmir. Bütün bu neqativ hisslərin təsirindən taqətini itirən insan məntiqli düşünmək iqtidarında da olmur. Lakin bu kimi vəziyyətlərdən yoqa ilə məşğul olaraq qurtulmaq, özünü ələ almaq, məntiqli düşüncə tərzini itirməmək olar. Yoqada müxtəlif terapevtik və psixoloji təsir gücünə malik məşqlər var ki, problemə uyğun onları tətbiq etmək olar. Streslə mübarizədə yoqanın dandansana, sukhasana, canu şirşasana, mariçiasana, bxudjanqasana vəziyyətlərini tətbiq etmək yaxşı nəticə verir".
Bir çox məşqlərdən sonra ideal vəziyyətdə ovuclarınız yerdə, barmaqlarınız isə budlarınız istiqamətdə olmalıdır. Bu vəziyyətə dərhal nail olmaq mümkün deyil. Ona görə də əllərinizi bacardığınız kimi qoyun. Bu vəziyyətdə 1-5 dəqiqə qalın.
Müsahibimiz qeyd edib ki, dandansana vəziyyətindən sonra sukhasana (rahat) vəziyyətinə keçmək asandır: "Siz artıq düz əyləşmisiniz, əllərinizi də qarşınıza qoyun. Sağ dizinizi qaldırıb sol pəncənizi sağ budun altına qoyun. Bu zaman pəncənin altı bir qədər yuxarı çönəcək və sağ budun altından azca görünəcək. İndi isə bu cür sağ ayağınızı qaldırıb, sağ pəncəni sol baldırın altına qoyun. Ayaqlar topuq nahiyəsində çarpazlaşacaq. Əllərinizi dizlərinizə qoyun, boynunuzu və belinizi dikəldin, çiyinlərinizi arxaya əyin. Bu vəziyyətdə 5 dəqiqə qalın və burnunuzla dərindən nəfəs alıb verin". Canu şirşasana (başın dizə qoyulması) vəziyyəti üçün yerdə oturub ayaqlarınızı qarşıya uzadın. Sağ ayağınızı kənara çəkərək və yerə dirəməyə çalışaraq diz hissədən bükün (əllərinizlə deyil, ayağın öz gücü ilə). Sağ pəncənizi iç tərəfdən sol budunuzun üstünə qoyun. Bunu etmək çətindirsə, əllərinizlə, lakin ehtiyatla özünüzə kömək edə bilərsiniz. Sol ayağınızı düz saxlayın. İndi iki əlinizi də qarşıya uzadıb sağ əlinizlə sol topuğunuzu, sol əlinizlə sağ ayağınızı tutmağa çalışın. Əgər alınmasa, sağ əlinizlə ayağınızdan bacardığınız yerdən tutun. Yavaş-yavaş nəfəs alaraq nəfəsinizi buraxdıqda bədəninizi tədricən aşağı salın. Bu zaman qarın sol buda dirənməli, baş isə dizin üstünə qoyulmalıdır. Dirsəklərinizi isə kənarlara çəkin, sağ (bükülmüş) dizi yerə sıxın. Bu vəziyyətdə 30-60 dəqiqə qalın. Sonra isə əvvəlki vəziyyətinizə qayıdıb hərəkətləri əks istiqamətdə edin (sol ayaq bükülür, sağ ayaq düz qalır). Mariçiasana (aqil insanın duruşu) vəziyyətini tətbiq etmək üçünm canu şişasana vəziyyətindəki kimi əyləşin.
XƏBƏR LENTİ
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
Aslı Enver yenidən kamera önündə-FOTO
İmmuniteti gücləndirən tərəvəzlər
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı
Hamının gözlədiyi qərar verildi
Dində məcburiyyət yoxdur
Göbələkli toyuq (foto resept)
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Bilmədiyiniz maraqlı faktlar
Şeyma Subaşıdan FOTOsessiya
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Sağlam olmaq üçün sadə üsullar
Quru dərilərə xeyirli olan qidalar
Yumalı olduğunuz ərzaqlar
Neft qiymətlərindən son məlumat
TQDK valideynlərə müraciət etdi
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Aslı Ənvər kökəldi-FOTO
"Pensiyalar artacaq"
Keçibuynuzu
Kələmli makaron (foto resept)
Napoleon qəlyanaltısı (foto resept)
Obama "Facebook"da çağırış etdi
Azərbaycanda "Ebola virusu" ilə bağlı ilk müraciət daxil oldu
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Şlyapalar
Məşhur ulduzların şənlikdə çəkilmiş şəkilləri
Günün ulduz falı
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Ağdam barədə sərəncam verildi
Mətbəx pərdələri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Vətəndaşların nəzərinə !
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Elektron siqaretlər yasaqlanacaq
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Brent nefti ucuzlaşıb
Palma yağı haqqında həqiqət
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Manatın məzənnəsi
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
Kəsmikli-moruqlu kekslər (foto resept)
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Fərqli krossovkalar dükanı
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Əliyev və Sarkisyan Fransada görüşə bilər
- ŞƏRHLƏR