
Hər tamaşanın əvvəlində pərdə qalxır, sonda enir. Azərbaycan yollarında isə hər şey tərsinədir, maşınlarda ilk olaraq pərdə enir, sonra qalxır
Bu gündən pərdə həvəskarı olan sürücülər üçün yay sezonu başlayır. Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına qoyulmuş qadağanın müddəti bitdi. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərarı qüvvəyə minib.
Mütəxəssilər avtomobillərdə pərdə və jalyüzlərə qoyulan qadağanın mövsümi olmasını məntiqsiz addım sayır. Avtomobil üzrə ekspert Elçin AbbasovMilli.Az-a açıqlamasında bildirdi ki, avtomobillərdə pərdənin olmasının texniki cəhətdən onu idarə edən sürücülər üçün heç bir fərqi yoxdur.
Ekspertin sözlərinə görə, belə bir qanunun olmasına texniki cəhətdən heç bir məhdudiyyət yoxdur: “Düzdü, arxada olan maşını daha yaxı görmək üçün pərdə və jalyüzlərin olmaması rahatlıq yaradır. Amma bu, o demək deyil ki, arxa bağlı olarsa, bu, idarə etməyə hansısa məhdudiyyət yaradır. Elə avtomobillər var ki, onların arxa tərəfi tam bağlıdır. Bu, o deməkdir ki, həmin avtomobili idarə etmək problemdir?“
E.Abbasov hesab edir ki, məntiqi olaraq bu pərdələrə ya icazə verilməlidir, ya da yox. Mövsümi olaraq pərdədən istifadə düzgün deyil. Mövsümi olaraq təkərlədən istifadə olar ki, qış vaxtı sürüşməni artıra bilər. “Plyonkanın, pərdənin vurulması arxa şüşədə qızdırıcı spirallar olan avtomobillər üçün məsləhət deyil. Tez-tez pərdənin sökülməsi spiralları sıradan çıxara bilər. O vaxt belə əsaslandırdılar ki, guya maşının arxasında kimlərsə, məsələn, terrorist, silahlı ola bilər. Maşında bir şey edərlər. Amma maşın da sürücünün evi kimi əmlakıdır” - deyə ekspert əlavə etdi.
Hüquqşünas Müzəffər Baxış isə Milli.Az-a bildirdi ki, pərdələrin mövsümi olaraq taxılmasını hava şəraiti ilə əlaqələndirirlər. Guya günəş şüalarının maşının daxilinə düşməsinin qarşısını almaq məqsədilə edilir. Fəsillərlə, iqlim şəraiti ilə bağlı qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulur. Yay mövsümü ilə əlaqədar pərdə və jalyüzlərin istifadəsinə icazə verilir, qışda isə qadağa qoyulur.
M.Baxışın fikrincə, pərdə-plyonkanın qadağasının elmi əsası olmalıdır: “Məhdudiyyəti tətbiq edən şəxslər sübut etməlidirlər ki, pərdə ilə avtonəqliyyat vasitəsini idarəetməsinə hansısa təhlükəsi var. Yoxsa yayda olsun, qışda olmasın kimi yanaşılmamaldır. Əslində bu məsələni düşünmək olar ki, bu, idarəetməyə təhlükə törədirsə, bu, yayda və qışda da mümkündür. Belə düşündürücü məsələlər ortaya çıxa bilər. Demokratik ölkələr öz qanunvericiliyini böyük elmi əsaslar üzərində qururlar. Müəyyən institutlar işləyir bunun üstündə, kortəbii hansısa dövlətdən köçürmürlər. Sübut olunsa ki, pərdənin istifadəsi hansısa təhlükəyə səbəb olmur, burada məhdudiyyətə ehtiyac yoxdur”.
Anar Məmmədov
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr














