Xoşbəxt olmayan, depressiyaya düşən qadınlar kədərlərini unutmaq üçün daha çox şirniyyat yeyirlər, ancaq bu da onların kökəlməsinə səbəb olur. Artıq çəki isə qadınların yenidən depressiyaya düşməsinə səbəb olur.
Bəs nə etməli?
Həm sağlam qidalanmaq, həm də xoşbəxt olmaq mümkündür. Doğru qidaları doğru zamanda yeməklə kökəlmədən xoşbəxt ola bilərsiniz.
Çox proteinli qidalar sizi əsəbləşdirir
Əgər gün ərzində sadəcə proteinli qidalar qəbul edir və karbohidrat qəbul etmirsinizsə, bu zaman kədərli və aqressiv ola bilərsiniz. Bu isə sizdə axşam çoxlu şirniyyat yemək istəyi yaradır.
İştahanız xoşbəxtliyinizə təsir edə bilər
Sevdiyiniz qidaları yemək deyil, hətta onları qoxulamaq da sizi xoşbəxt edə bilər. Xüsusilə qəhvə və şokolad sizi xoşbəxt edən qidaların tacıdır. Buna görə hansı qidaların sizi sevindirdiyini dəqiq bilməlisiniz.
Vitamin və minerallar sizi sevincə qərq edir
Yaşadığınız depressiya həm də qəbul etdiyiniz qidaların göstəricisidir. Yetərincə qidalanmamaq mineral və vitamin çatışmazlığına səbəb ola bilər. Bu isə depressiyanızı daha da artıracaq. Eyni zamanda vitamin və mineral çatışmazlığı şirin qidalara olan istəyi artırır. Qadınlarda daha çox görünən dəmir çatışmazlığı onların istirahət ehtiyacını artırır. Dəmir çatışmazlığı əhvalın korlanmasına və depressiyaya səbəb olur. Buna görə depressiya dövründə dəmir ehtiyatınızı ödəmək üçün ət, balıq, toyuq və içalatlar yemək lazımdır. Tərəvəz dəmir ehtiyatını təmin etsə də təsiri daha az olur. B qrupu vitaminlərdən olan “Tiamin” çatışmazlığı da insanları depressiyaya salır. Kartof, taxıl, maya və yumurta “Tiamin”lə zəngindir.
Xoşbəxtlik sirri - Omeqa-3
Omeqa 3 ürəyinizə faydalı olmaqla yanaşı, depressiyaya düşməyinizi də əngəlləyir. Omeqa 3-ün az qəbul edilməsi depressiyaya səbəb olur. Orqanizmin yağ ehtiyatı da Omeqa-6 tərəfindən ödənilir. Ancaq Omeqa-3 və Omeqa-6 eyni səviyyədə qəbul edilməlidir. Həftədə ən az 2 gün balıq, fındıq, badam yesəniz, əhvalınız hər zaman müsbət olar.
Qida rasionunuzdan karbohidratı əksik etməyin. Gün ərzində taxıldan olan çörəklər, makaron, bulğur, quru meyvə yeməlisiniz. 3 saatdan bir karbohidrat qəbul etsəniz, xoşbəxtlik hormonu olan “Seratonin”i rahatlıqla əldə edəcəksiniz.
Bir qab ispanaq və yaşıl tərəvəz yeyin. Qidada folik turşusunun az olması depressiyaya yol açır. Folik turşusu ehtiyatı üçün yaşıl yarpaqlı tərəvəzlər yeyə bilərsiniz.
“Selenium” çatışmazlığı da depressiyanın səbəblərindəndir. “Selenium”la zəngin olan qidalar ət, toyuq balıq, göbələk, soğan, sarımsaq və taxıldır.
İdman da “Seratonin” hormonunu artırır. İdman eyni zamanda artıq çəkini itirmənizə də kömək edir.
Nizamlı şəkildə yatın. Gündə 5 saatdan az yatanlar 8 saat yatanlardan daha çox yeyir və 300 kalori artıq alır. Bu da artıq çəkiyə səbəb olur. Nizamlı yuxu iştahanıza nəzarət etmənizə də kömək edəcək.
Mənbə: Axsam.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Alın qırışlarından necə xilas olaq?
Koronavirusdan sağalanlarda yeni fəsad müşahidə edilib
Dəbə uyğun olanı, yoxsa yaraşanı geyinək?
Bəzi rayonlarda qaz olmayacaq
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Türkiyənin məşhur aktyorları Bakıya gəlir - FOTO
Mayli Sayrusun fanatı həbs edildi-SƏBƏB
ABŞ-ın böyük savaş planı
“Dünya romanıma çevrilib” - Stiven Kinq
“İstanbullu gəlin”-ə yeni aktrisalar daxil oldu - FOTO
Onların sayı 70,4 milyona çatacaq
"Dərman preparatlarının qiymətlərinə baxıldı və vahid qiymət qoyuldu" - Nazir müavini
Baş epidemioloqdan AÇIQLAMA
Boş şəhəri bəzəyən rəssam
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Saat nağılı
Tornado Amerikanı qəfil yaxaladı
Məşhur cütlük BOŞANDI-FOTO
Bakının bu ərazilərində işıq olmayacaq
2020 CFDA Moda Mükafatları sahiblərini tapdı
Hava xəbərdarlığı - yağış geri qayıdır
"Ləmanın rəsm dünyası"
Nəhəng qeyri-adi dəniz canlısı aşkarlandı-FOTO
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
"Sərkisyan hərbi cinayətkar elan olunsun"
Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi
Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib
"Qarabağ Atı" Belçikada
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
Yay ayı üçün toy geyimləri
Azərbaycanda mobil telefonlar üçün sinxron tərcümə sistemi hazırlanıb
Bakıda çəmənlikdə səhər yeməyi yemək olar?
Bakının bir ay bağlı qalacaq yolları
Qriplə mübarizənin 5 yolu
Avtomobili necə gözəlləşdirmək olar? Faydalı bilgilər
Üzünüzü tez-tez yumayın
Xırdalanda köhnə işıqforlar dəyişdiriləcək
Arabaşı şorbası
Bu çox yaxşıdır...
Gözəl saatlar
Tokio metrosunda robotlar olacaq - FOTO
Selenanın idman stili göz oxşadı - FOTO
Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalının əsas müsabiqə proqramında
Tarkan izləyicilərindən kömək istədi
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
WhatsApp bombanı partladır
Övladlığagötürmə ilə bağlı YENİLİK: 480 manat ödəniləcək
Günün qoroskopu: kommersiya üçün pis vaxt deyil















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]