Qadin.NET / Kədərli qadının əhvalını yüksəldəcək 5 məsləhət.

Kədərli qadının əhvalını yüksəldəcək 5 məsləhət.

 

Kədərli qadının əhvalını yüksəldəcək 5 məsləhət.


Xoşbəxt olmayan, depressiyaya düşən qadınlar kədərlərini unutmaq üçün daha çox  şirniyyat yeyirlər, ancaq bu da onların kökəlməsinə səbəb olur. Artıq çəki isə qadınların yenidən depressiyaya düşməsinə səbəb olur.

Bəs nə etməli?

Həm sağlam qidalanmaq, həm də xoşbəxt olmaq mümkündür. Doğru qidaları doğru zamanda yeməklə kökəlmədən xoşbəxt ola bilərsiniz.
 
Çox proteinli qidalar sizi əsəbləşdirir
 

Əgər gün ərzində sadəcə proteinli qidalar qəbul edir və karbohidrat qəbul etmirsinizsə, bu zaman kədərli və aqressiv ola bilərsiniz. Bu isə sizdə axşam çoxlu şirniyyat yemək istəyi yaradır.
 
İştahanız xoşbəxtliyinizə təsir edə bilər
 

Sevdiyiniz qidaları yemək deyil, hətta onları qoxulamaq da sizi xoşbəxt edə bilər. Xüsusilə qəhvə və şokolad sizi xoşbəxt edən qidaların tacıdır. Buna görə hansı qidaların sizi sevindirdiyini dəqiq bilməlisiniz.
 
Vitamin və minerallar sizi sevincə qərq edir
 

Yaşadığınız depressiya həm də qəbul etdiyiniz qidaların göstəricisidir. Yetərincə qidalanmamaq mineral və vitamin çatışmazlığına səbəb ola bilər. Bu isə depressiyanızı daha da artıracaq. Eyni zamanda vitamin və  mineral çatışmazlığı şirin qidalara olan istəyi artırır. Qadınlarda daha çox görünən dəmir çatışmazlığı onların istirahət ehtiyacını artırır. Dəmir çatışmazlığı əhvalın korlanmasına və depressiyaya səbəb olur. Buna görə depressiya dövründə dəmir ehtiyatınızı ödəmək üçün ət, balıq, toyuq və içalatlar yemək lazımdır. Tərəvəz dəmir ehtiyatını təmin etsə də təsiri daha az olur. B qrupu vitaminlərdən olan “Tiamin” çatışmazlığı da insanları depressiyaya salır. Kartof, taxıl, maya və yumurta “Tiamin”lə zəngindir.
 
Xoşbəxtlik sirri - Omeqa-3
 

Omeqa 3 ürəyinizə faydalı olmaqla yanaşı, depressiyaya düşməyinizi də əngəlləyir. Omeqa 3-ün az qəbul edilməsi depressiyaya səbəb olur. Orqanizmin yağ ehtiyatı da Omeqa-6 tərəfindən ödənilir. Ancaq Omeqa-3 və Omeqa-6 eyni səviyyədə qəbul edilməlidir. Həftədə ən az 2 gün balıq, fındıq, badam yesəniz, əhvalınız hər zaman müsbət olar.
 

 

Qida rasionunuzdan karbohidratı əksik etməyin. Gün ərzində taxıldan olan çörəklər, makaron, bulğur, quru meyvə yeməlisiniz. 3 saatdan bir karbohidrat qəbul etsəniz, xoşbəxtlik hormonu olan “Seratonin”i rahatlıqla əldə edəcəksiniz.
 
Bir qab ispanaq və yaşıl tərəvəz yeyin. Qidada folik turşusunun az olması depressiyaya yol açır. Folik turşusu ehtiyatı üçün yaşıl yarpaqlı tərəvəzlər yeyə bilərsiniz.
 
“Selenium” çatışmazlığı da depressiyanın səbəblərindəndir. “Selenium”la zəngin olan qidalar ət, toyuq balıq, göbələk, soğan, sarımsaq və taxıldır.
 
İdman da “Seratonin” hormonunu artırır
. İdman eyni zamanda artıq çəkini itirmənizə də kömək edir. 

 
Nizamlı şəkildə yatın. Gündə 5 saatdan az yatanlar 8 saat yatanlardan daha çox yeyir və 300 kalori artıq alır. Bu da artıq çəkiyə səbəb olur. Nizamlı yuxu iştahanıza nəzarət etmənizə də kömək edəcək. 

 

 

 

 

Mənbə: Axsam.az

26 aprel 2014
GO BACK