
O, cəmi 23 il yaşadı. Amma bu qısa ömründə belə adını Azərbaycanın klassik musiqi mədəniyyəti tarixinə böyük hərflərlə yazdı. Onun qısa, lakin mənalı həyat yoluna nəzər salsaq, bir gəncin zəngin musiqi dünyası yaratdığının şahidi olarıq. Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. Hələ kiçik yaşlarından musiqiyə böyük həvəsi olan Asəf burada nəfəs alətləri üzrə təhsil alır. Sonralar ailəsi ilə birgə Bakıya köçür və musiqi təhsilini musiqi məktəbində davam etdirir.
Mili.Az anspress-ə istinadən xəbər verir ki, dünya şöhrətli bəstəkar Mstislav Rastropoviçin atası ilə violençel dərsi keçir. Daha sonra konservatoriyanı bitirərək ilk peşəkar bəstəkar adını alır. O, təkcə bu adıyla yadda qalmayıb. Musiqi tariximizə bir çox yeniliklər gətirən gənc bəstəkar milli romans janrının əsasını qoyur, bu gün də sevilən neçə-neçə simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyir. Onun “Ölkəm”, “Sual”, “Seyran”, “Sərhədçi”, “Çadra” romansları, iri formalı “Fraqmentlər” süitası Azərbaycan simfonik konsert musiqisinin ilk nümunələri sayılır.
Azərbaycan musiqi folkloru nümunələrinin toplanmasında onun böyük xidmətləri var. 70-ə yaxın xalq mahnısını nota köçürən Asəf Zeynallı elə bunun üçün Qarabağa gedir və orada xəstələnir. Bakıya qayıtdıqdan sonra isə o, bir daha ayağa qalxa bilmir. Ancaq ömrünün son çağında belə ürəyi musiqi ilə döyünür.
Asəf Zeynallının həyatdan köçməsindən 82 il ötür. Bu gün Bakıda onun adını daşıyan küçə var. Neçə illər Asəf Zeynallının adını daşıyan musiqi texnikumu indi milli konservatoriyanın nəzdində Bakı musiqi kollecinə çevrilsə də bu gün də ölməz bəstəkarın adını daşıyır. Bu gün musiqi mədəniyyətimizin bünövrəsini qoyan sənətkarların adının əbədiləşdirilməsi onların qoyub getdikləri irsə hörmət və gələcək nəsillər üçün bir tarixi örnəkdir.
Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
