Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə - 40 gün sürən böyük çilləyə (22 dekabr - 31 yanvar) və kiçik çilləyə (1 fevral - 20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır. Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi (Xızır İlyas) bayramı da çillə günlərinə təsadüf edir. Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri bayramın böyük çillədən dörd, kiçik çilədən isə üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Qarabağın əksər bölgələrində (Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında) Xıdır İlyas bayramı özünəməxsus mərasimlərlə qeyd olunub. Rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi ilə bağlı maraqlı məlumat toplayıb. Bildirib ki, qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara baxardılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara rəngə boyanırdısa pis əlamətə yozulardı.Yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edərdilər. Xıdır İlyas mərasimini bölgədə qışın yarısının yola salınması münasibətilə keçirirlər. Bu mərasimdə hamı evdən bayıra çıxar. Çoxlu tonqallar yandırardılar. Belə bir inam da var ki, guya mərasimdə Xıdır İlyasın özü uşaqların arasında olur. Ona mütləq pay verilməlidir. Əgər pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb gedər və ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas - Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. Həmin gecə külək əsərsə, belə hesab edilərdi ki, o, Xıdır İlyasdır. Əsən külək isə atın kişnərtisidir. Burada da qovuta və ya una Xıdır İlyasın əl basmasına inam güclü idi. Beləliklə, belə qənaətə gəlinir ki, Xıdır İlyas mərasimi xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xıdır İlyasın mövcud olduğu və mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda yaşayır.
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bu bayramın fevral ayının 10-na düşdüyünü dedi: “Xıdır Nəbi bayramı Xızırla bağlıdır. Bu bayram təbiətin oyanması ilə də əlaqəlidir. Xıdır Nəbi tarixən qədim bayramdır və qadınlar bayramının içində yetişir. Bu vaxtlar qovut bişirirlər. Qazanı və ya qazanın qapağını götürür, döyə-döyə mahnı oxuyur və hədiyyə yığırlar. Bu zaman bu tipli mahnı oxuyurlar:
Evdəkilər evdədirmi, çöldəkilər çöldədirmi
Verənin oğlu olsun, verməyənin qızı olsun.
Adı Fatma olun, qaşları çatma olsun.
Doğulsun ölsün..
Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə xəbərçi çərşənbə və boz ay gəlir. Boz aydan sonra isə o biri çərşənbələr başlayır. Yəni bu bayram Novruza giriş bayramıdır. Xıdır Nəbi təbiətin oyanmasına başlanğıcdır. Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR