
Ümumiyyətlə, azyaşlılar üçün istənilən geyim düzgün seçilmədikdə, sintetik materiallardan olduqda, yaxud təmiz olmadıqda onların səhhəti üçün problemlər yaradır. Elə bu səbəbdən də valideynlər aldıqları geyimlərin hardan gətirilməsinə xüsusi diqqət yetirir, həssas valideynlər isə aldıqları geyimləri yuyub, ütüləmədən körpəsinə geyindirmir. Lakin məsələ Şaxta baba formasına gələndə, vəziyyət tamamilə dəyişir. Belə ki, sağlamlıq qeydinə qalan valideyn risk edərək bu geyimləri azyaşlısına geyindirir. Birgünlük Şaxta baba olmaq sevgisinə qarşılıq xəstəlik riski ilə üz-üzə qalan valideynlər bu cür geyimlərin hansı xəstəlik yarada biləcəyindən bəlkə də xəbərsizdirlər.
1 yaş 6 aylıq körpəsi üçün Şaxta baba geyimini sifarişlə toxutdurduğunu deyən Günel Əliyeva satışdan sintetik materiallı geyimlər almağa qarşıdır. Onun sözlərinə görə, lakin alan valideynlər də məcburiyyətdən alır, heç bir ana övladını bilə-bilə təhlükəyə atmaq istəməz: "Şaxta baba geyimləri azyaşlıların əynində daha gözəl görünür. Bunun üçün iki yol var - ya bazarlardan almaq, ya da körpələr üçün xüsusi mağazalardan əldə etmək. Körpə mağazalarında bu cür geyimlər ikiqat bahadır. Onları almaq mümkün deyil. O pula uşağa iki dəst geyim ala bilərəm. Bazardan almağı da risk etmədiyimdən toxutdurdum".
Ümumiyyətlə, mağazalarda körpələr üçün belə geyimlər tapmaq heç də asan deyil. Metronun "Nərimanov" stansiyasının yaxınlığında yerləşən uşaq geyimləri mağazasında Şaxta baba geyimi tapmaq mümkündür. Lakin qiymətləri də olduqca bahadır. Belə ki, pambıq materialdan və tamamilə körpə bədəni üçün uyğun olan bu geyimlərin qiyməti uşaq yaşına uyğun olaraq dəyişir. Qız və oğlan uşaqları üçün ayrı-ayrı olan körpə formalarının bir bağlaması 1 yaşdan kiçiklər üçün 65 manat 90 qəpik, 1-3 yaş arası körpələr üçün 46 manat 90 qəpik, 3-5 yaş arası körpələr üçün 31 manat 90 qəpikdir. 65 manat 90 qəpiklik bağlamaya yeni ilə uyğun formada tikilmiş 2 papaq, 2 yaxalıq, 1 cüt əlcək, 2 bodi (gecə konbinzonu), 1 cüt papış, 1 şalvar və 1 uzunqol jilet, 46 manat 90 qəpiklik bağlamaya 1 papaq, 1 şalvar, 1 uzunqol jilet, 1 cüt corab, 31 manat 90 qəpiklik bağlanmaya isə 1 papaq, 1 uzunqol jilet və 1 şalvar daxildir. Mağazadan ayrı-ayrı geyimləri də əldə etmək mümkündür. Lakin bağlama formasında almadıqda qiymətlər bir az da baha olur.
Bazarlarda vəziyyət uşaq mağazasına nisbətən daha münasibdir. "Nəsimi bazarı"nda 3-5 yaş arası uşaq üçün komplekt Şaxta baba forması 20 manatdır. 8-ci mikrorayon ərazisində açıq havada yolka və Yeni il aksessuarları ilə birlikdə satılan Şaxta baba geyimləri isə 7-18 manat arasında dəyişir. Bu cür geyimlərin üzərində hansı materialdan olması və harada hazırlanması da göstərilmir. Uşaq mağazalarında nə qədər bahaçılıq olsa da, mənzərə onu göstərir ki, məhz belə mağazalardan geyimlər almaq körpə sağlamlığı baxımından daha etibarlıdır.
Saxta və sintetik materialdan tikilən bu geyimlərin bir gün ərzində körpənin bədənində qalması kifayətdir ki, dəri də bu geyimdən payını almış olsun. Dermatoloq Sahib Rzayev deyir ki, uşaq başa düşməyənə qədər ona bu geyimləri almaq düzgün deyil. Başa düşəsi yaşa gəldikdə isə sadəcə, papağını almaq kifayətdir: "Bir yaşı tamam olmamış uşaqlara bu geyimləri nə üçün geyindirdiklərini də başa düşə bilmirəm. Uşaq gözünü açandan bu bayramın rəmzini sevməlidir, daha onun geyimlərini öz üzərində görməli deyil".
Məsələnin dermatoloji tərəfinə gəlincə, həmsöhbətimizin sözlərinə görə, əlbəttə, materialların sintetik olması ziyanlıdır. "Sintetik materiallara yaşı kifayət qədər böyük olan insanlar reaksiya verirsə, bir yaşlı uşağın dərisinin aqibəti necə olar? Yetkin insanlara nisbətən körpə dərisi daha həssas olur. Böyüklərin gözünə xoş görünsün deyə körpəyə belə əzab vermək lazım deyil. Səpgilər, dəri qıcıqlanmaları, həssaslığın artması, geyim açıq havada satılırsa mikroblar, viruslar, bir sözlə, əl boyda geyimdə dağ boyda problemləri evə gətirmək lazım deyil. Körpə geyimləri alındıqdan sonra mütləq yuyulub, ütülənməlidir. Çöl-bayırdan hansısa geyimi alıb birbaşa uşağa geyindirmək ağılsızlıqdır".
Mənbə: Ekspress.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
FİFA Messini seçdi
Ərə getdiyini hər kəsdən gizlədir
Qadın yazıçı Kəmal Sunalı təhqir etdi
WhatsApp rekord vurdu
Zakir Həsənov İspaniyada hərbi paradı izləyib
Kvillinq
2020-ci ilin PROQNOZLARI - Tramp uduzacaq, dollar isə...
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
Meyvələr artıq çəki yaradırmı?
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Uşaqların sosial-psixoloji inkişafı-29
İxtisas seçimi başladı
Dilinizə yalan gəlməsin
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
15 və 29 martda keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salındı
YouTube artıq çatdırmır
Qat-qat xəmirdən içlikli bükmə (foto resept)
Eurovision-2019-un sloqanı məlum oldu
Əri aktrisaya 3 milyonluq hədiyyə verdi
HAVA necə olacaq? 16 İyun
“Survivor”dakı o villanın sahibi məlum oldu - VİDEO
Radamel Falkao Beylin rekordunu qıracaq?
Şəkillərdə axan zaman
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Bir şəklinin qiyməti 40 avrodur
Sarkozi Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırdı
İlham Əliyev və xanımı ulu öndərin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər
Sirr açıldı: nəyə görə siqareti tərgidə bilmirik?
Sarımsaq qoxusunun əldən getməsi üçün..
Hollivud ulduzunun adı yenə qalmaqalda hallanır
Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ
Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏДћ
Birinci xanımın kosmetika üçün xərclədiyi pullar sizi də şoka salacaq
"Diriliş Ertuğrul"dan məşhur cütlüyə SURPRİZ-FOTO
Ev dekorasiyanıza uyğun pərdə seçimi
Bədəndən gözəl qoxu gəlməsi üçün hər gün bu çayı için
Facebook insan həyatı xilas etdi
Rahat yuxu üçün smartfonu uzaq qoyun!
31 oktyabr tarixdə bu gün
Azərbaycanda küləyin sürəti saniyədə 34 metrə çatıb - FAKTİKİ HAVA
Eybəcər qızları sevərdi, amma...
Məşhur ailə villanı sata bilmir - FOTO
Günün ulduz falı
Pozitiv düşünmək idmandan da faydalıdır
Rahat yatmaq üçün üsullar
Qeyri-adi gözəlliyi ilə seçilən göyərçinlər
Temperatur 5-10 dərəcə azalcaq
Azərbaycanda benzin ucuzlaşacaqmı?
Apreldə 7 rayon qaytarıla bilər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]