
Son 10 ildə "ujas" adlandırılan filmlər bütün dünyada geniş tamaşaçı auditoriyası toplaya bilib. Sosioloqların hesablamalarına görə, kino sənayesində ilk yeri tutan bu filmlərə ABŞ-da 29 milyon uşaq "DVD" vasitəsilə tamaşa edir. Belə mövzularda yazılan kitab və jurnallara isə minimum 110 milyon dollar vəsait xərclənir. Azərbaycan gəncləri digər ölkələrin gəncləri ilə müqayisədə qorxulu filmlərə meylli deyil. Belə filmlərin də kinoteatrlara gətirilməsi nadir hallarda olur. İnternet üzərindən izlənən belə filmlərə baxış göstəriciləri də digər janrlı kinolara nisbətən azlıq təşkil edir. Bu da onu deməyə əsas verir ki, film həvəskarlarının marağını bu kimi uydurma filmlər çəkmir. Belə filmlərin əsas izləyici kütləsi isə azyaşlılardır. Ruhun çağırılan zaman gəlməsinə, ölünün dirilməsinə, başı kəsilənin qanlı-qanlı qatilini axtarmasına azyaşlılar özləri belə necə psixoloji sarsıntıya məruz qaldıqlarını hiss etmirlər. Bu cür filmlərin necə və hansı üsullarla çəkilməsindən bixəbər olan uşaqlar hadisələrin reallığına inanmaqdan başqa yol tapmırlar. Nəticə isə ən yaxşı halda qısa müddətdə filmin təsirindən qurtulmaq, ən pis halda isə qorxudan xəstəlik tapmaq, yaxud olduğu yerdəcə keçinmək olur. Belə faktlar isə mövcuddur.
Psixoloq Qurban Talıblının sözlərinə görə, qorxulu filmlər insana öldürücü təsir edə bilir və əksər hallarda belə fimlərin vurduğu mənəvi zərbə öldürməkdən betər olur. Yaş həddini müəyyən etmək o demək deyil ki, həmin yaş həddi üstündə olanlara film təsir etmir və onlara baxmaq lazımdır: "2010-cu ildə Yeni Zelandiyada kinoteatrda qorxudan keçinən gənc, Fransada ailəsindən xəbərsiz qorxulu film izləyən azyaşlının yerindəcə keçinməsi və bu kimi üzə çıxan və çıxmayan faktlar onu göstərir ki, bu filmlər insan psixologiyası üçün qorxulu dərəcədə təhlükəlidir. Xüsusən azyaşlılarda qorxulu filmləri izləmək qarabasmaların yaranmasına, daxili qorxunun artmasına, mərhəmət hissinin ölməsinə, daxili təlatümün başlamasına, gördüklərini icra etmə həvəsinə qapılmasına səbəb ola bilər. Kinoda dəfələrlə bıçaqlanan insanın ölməməsi azyaşlının marağına səbəb olduğu halda o, istər-istəməz bunu icra etmək marağına düşəcək ki, bu özü də təhlükəli haldır. Adrenalinə ehtiyacı olanlara bu cür filmlərə baxmaq faydalıdır. İnsan orqanizminin adrenalinə tələbatı fərqli olduğu kimi, bu filmlərə də münasibəti müxtəlifdir. Lakin uşaqlar üçün həddindən artıq adrenalin ifrazı onların sağlamlığına olduqca ziyanlıdır. Psixikalarını tamamilə dağıdır".
Həmsöhbətimiz bildirir ki, bu tip filmlər uşaqlarda qorxudan əlavə diksinmələr yaradır. Hətta yüksək insan səsi belə təşviş və həyəcana səbəb olur. Filmlərdəki aqressiv musiqi, qışqırtılar, kəskin rəng effektləri kifayətdir ki, uşaq bundan təsirlənsin:
"Uşaqların psixologiyası böyüklərə nisbətən daha zəifdir. Nəzərə alsaq ki, adi romantik filmdən insan necə təsirlənib ağlaya bilir, deməli, qorxulu filmlər ikiqat təsir edə bilər. Filmə baxan uşaq olanda isə filmin təsiri ikiqat artmış olur. Valideynlər fikir verirlər ki, uşaqlar sağlam qidalansın, rejimlə yatsın-dursun, düzgün tərbiyə alsın. Valideyn bununla yanaşı uşağının ruhunu da qorumalıdırlar. Onu bu kimi filmlərdən uzaq tutmalıdırlar. Körpə yaşlarından beyninin, ruhunun zədələnməsinə imkan verməməlidirlər".
Mənbə: Ekspress.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sədəf sırğalar
Düşmənin kabusu: “Ermənilər azanın səsini eşidəndə qaçırdılar” - VİDEO
Prezidentin sökdürdüyü erməni dilindəki lövhə gündəm oldu: Düşmənin canına qorxu saldı - VİDEO
Əliyevdən mesaj: Hərəkətə keçin
Qidaların faydalı xüsusiyyətləri
Diabet xəstəsinin əl işləri
Dəhşətli xəstəlik sürətlə yayılır
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Aromaterapiya nədir?
"Huawei"in yeni smartfonları "Google"suz olacaq
Ən qəribə adətlər
Hipersəsli silahların yeni erası: Rusiyada daha bir “Avanqard” hazır vəziyyətə gətirildi - VİDEO
Əminə Yusifqızıdan şeirlər
Tanış olun: ən son Subaru Legacy
Azərbaycan dünyanın 20 ölkəsindən BİRİ OLACAQ
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
Murad Bozu əsəbiləşdirdi-FOTO
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
Əsgərimiz xəstəlikdən vəfat edib
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
Azərbaycan Gürcüstandan silah alacaq?
Beren Saat 34 dərəcə istidə...-FOTO
2050-ci ilə qədər Yer kürəsində yaşayanların yarısı eynək taxacaq
İdeal saç və geyim rəngi
HAVA necə olacaq?-1 Noyabr
Viktoriya Bekhem "Spice Girls"ə qoşulub?
Məşhur aktrisa aylar sonra peyda oldu-FOTO
İxtisas seçimi başladı
Qayınanasının dedikləri yalan çıxdı-FOTO
Telefonunuzda bu simvolu görsəniz açmayın
Səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdirilir
Göbələkli dolma resepti (foto resept)
Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi
Düşmənin canına qorxu salan igidlərimiz - VİDEO
Şaxta olacaq, qar yağacaq
150 evi olan aktyor
Keçmiş pilot gizli 51-ci Zonanın ağılalmaz sirlərini açdı
Ən Gözəl Evli Qadın Seçildi - FOTO
Toy üçün dünyada trendə çevrilən yeni saç düzümləri
Dünyanın ən varlı 10 xanım idmançısı
Kosmetika məhsullarını alarkən nəyə diqqət etməlisiniz?
Bu gün növbəti imtahanlar keçirilir
Mayın 31-dək bunlar qadağandır - Rəsmi
Mətbəx qablarının təmizliyi
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
Dünyanın malı dünyada qalacaq
Bakıda əsən güclü külək 25-dək ağacı aşırdı
Bakıda benzin krizi: yanacaqdoldurma məntəqələrində satış dayandırılıb
Leysan yağacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]