Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin dünyamızı tərk etməsindən 10 il keçir. 10 ildir ki, bu böyük insan sıralarımızda yoxdur, amma xalq hələ də bu böyük xilaskarını unutmur. Heydər Əliyev haqqında xatirələri öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin müsahibəsini təqdim edirik:
- Sizin Heydər Əliyevlə münasibətləriniz lap əvvəldən yaxşı olub. İstərdik, sizin Ulu Öndər haqqında xatirələrinizi eşidək...
- Bismillahirrəhmanirrəhim.
Heydər Əliyevlə münasibətlərim heç özümün də xəbərim olmadan yaranıb. Belə ki, mənim və mənim kimi azərbaycanlı gənclərin oxumağa göndərilməsi məhz bu şəxsiyyətin adı ilə bağlıdır. Oxuyub qayıdandan sonra, o vaxtkı Zaqafqaziya Müsəlmanları İdarəsində işləməyə başladım. Onunla ilk dəfə 1978-ci ildə Heydər Əliyevlə İordaniyadan gələn din xadimini qəbul etdik. Həmin görüşdə böyük insanlar vardı. Bizim münasibətlərimiz elə o dövrlərdən başladı. Sonralar münasibətlərimiz daha da yaxşılaşdı. 1982-ci ildə qərar çıxarıldı. “Dom Sovet”in arxasında 16 mərtəbəli binada ev verilirdi. Hamıya 4 otaqlı ev verildi, mənə isə həmin binanın bir mərtəbəsini verdilər. Lakin Heydər Əliyevlə münasibətlərimiz maddiyyat üzərində qurulmayıb. Onun dinə olan münasibəti böyük idi. Məhz mənə də dini xadim kimi hörmət edirdi.
Allah rəhmət eləsin, həyat yoldaşı Zərifə xanımın dəfn olunması zamanı dini mərasimin keçirilməsi bunlara sübut idi. Daha sonrakı dövrləri çox qeyd etmək istəmirəm. Təsadüfi deyil ki, müstəqillik əldə olunandan sonra, Heydər Əliyevin birinci addımı məsciddən başladı. O, “Bibiheybət” və “Təzə Pir” məscidlərində oldu. O dövrdə, kommunist rejimindən çıxıb, müstəqilliyə qovuşan dövlət üçün İslam dininin təbliğatı böyük məsələ idi. Heydər Əliyev həzrətləri həmişə dinə bağlı insan olub. Mənə həmişə danışırdı ki, uşaqlıqdan əmisi onu məscidə aparırmış. Bəzi duaları əzbərdən bilməsi onun dinə əvvəldən bağlı olmasına sübut idi. Onun adının Heydər olması da, soyadının Əliyev olması da İslam dininə bağlı olmasına işarə idi. Heydər Əliyev böyük siyasətçi, böyük rəhbər idi. Bununla bərabər, İslam dininə bağlı insan idi.
- Yəqin ki, Heydər Əliyevin Allaha bağlı insan olması, onun həcc ziyarətinə getməsinə birbaşa işarə idi. Ziyarətə getmək onun öz təşəbbüsü idi, yoxsa məsləhətlə getmişdi?
- Müqəddəs torpağı ziyarət etmək Heydər Əliyev həzrətlərinin öz təşəbbüsü idi. Heç yadımdan çıxmaz. Biz Kəbədə olanda ziyarət edirdik. Mən də onun yanındaydım. Oğlunu yanına çağırdı. İlham Əliyev həzrətləri də ona yaxınlaşdı. Dedi: “Oğlum bax, illərlə mən bu ziyarətin həsrətində olmuşam. Amma təəssüf edirəm ki, anana bu ziyarət qismət olmadı". Heydər Əliyev pirə, Kəbəyə, Allaha çox bağlı idi.
Qeyd edim ki, Heydər Əliyev çox böyük bir vəzifədə, o dövrdə Siyasi Büroda idi. Yoldaşı vəfat edəndə xalçaçı Kamil müəllimlə mənə xəbər göndərdi. Biz buradan Moskvaya getdik. Orada mənə tapşırıq verdi. Zərifə xanım üçün nə lazımdır? Yəni, dini tərəfdən nə edilməsi gərəkdir? Allah ona rəhmət eləsin. Dini məsələləri həll etdik. Məscid yaxın idi. Əlbəttə, işlər gizli formada oldu. Bunu hər adam bilmir. Bir tərəfdə mən oturmuşdum, Quran oxuyurdum, digər tərəfdən gəlib ona başsağlığı verirdilər. Mən şəxsən orada olanda Qromıkonun və Siyasi Büro üzvlərinin gəlib ona başsağlığı vermələrini gördüm. Mənə tapşırıq vermişdi ki, Quran oxumağı dayandırmayım. Mərhumənin dəfni zamanı cənazə namazının qılınması məsələsi vardı. O dövrdə bu çox həyəcanlı idi. Bu boyda böyük bir itkidən sonra özünü saxlaya bilirdi. Mən, Kamil və Qurban vardıq. İstədik, cənazə namazını qılaq. Krasilnikov bizə maneçilik etmək istədi. Mən özüm şahidiyəm ki, Heydər Əliyev onu çağırdı, dedi ki, qoy onlar öz işlərini görsünlər. Biz də namaz qıldıq. Bu göstərir ki, Heydər Əliyev, onun ailəsi dərindən Allaha bağlı, Peyğəmbərə, dinə bağlı idi. Heydər Əliyev milli ənənəyə bağlı olan böyük bir insan idi. Azərbaycanı ən çətin günlərdə dağılmaqdan qoruyan Heydər Əliyev oldu. Dövlət Təhlükəsizlik Komitəsində olan zamanlarda da onun Azərbaycanın inkişaf etməsində xidmətlərini yəqin müşahidə etmişdiniz.
- Ümumiyyətlə, H.Əliyev necə xarakterli insan idi?
- Mən ancaq müşahidə edirdim. Çünki mən din xadimiyəm və ancaq dini tərəflərini deyirəm. Siyasi xadimlər onun siyasi tərəflərini xarakterizə edə bilər. Lakin onu deyə bilərəm ki, Heydər Əliyev həzrətləri çətin anlarda həmişə Azərbaycan xalqının yanında olub. 1990-cı ildə 20 yanvardan sonra sonra onun Azərbaycan xalqının başına gətirilən müsibətləri dünyaya yaymaq üçün etdikləri, Moskvada bu hadisələrə etiraz etməsi və s. bunu sübut edir. Əlbəttə, o dövrlər çox məhdudiyyətlər vardı. Lakin buna baxmayaraq, o, xalqının müdafiəsinə qalxdı, xalqın fəlakətini dünyaya yaymağa başladı. Bu da o dövrdə bir çoxlarının xoşuna gəlmirdi. O dövrdə Rusiyadan gəlib, bir çox kağızları, istifadəsi qadağan olunmuş güllə gilizləri və digər sübutları yığıb apardılar ki, bu barədə araşdırmalar aparılacaq və guya baş vermiş faciə dünya ictimaiyyətinə çatdırılacaq. Hətta Bakatinin mənə yazdığı üzrxahlıq məktubu da vardı. Onu da götürdülər və qaytarmadılar. Heydər Əliyev ağır günlərdə xalqına arxa-dayaq oldu.
Mən müşahidə edirdim. Heydər Əliyev Azərbaycana qayıdanda bəziləri onun əleyhinə oldu, ona mane olmağa çalışdılar. Onu istəməyənlər, ayağının altını qazanlar vardı, lakin böyük şəxsiyyət buna dözürdü. Bilirdi ki, tutduğu yol haqq yoludur, doğru yoldur. Sonrakı dövrdə isə ona çəpik çalanlar, onu istəməyənlər Heydər Əliyevə yalvarmağa başladı. Həmin şəxslər Azərbaycanın bəlalı günlərində məhz çıxış yolunu Heydər Əliyevdə tapdılar. Ona qarşı pis rəftara rəğmən, yenə ona pənah apardılar. Mən bunların müşahidəçisi olmuşam.
- Heydər Əliyev nə ilə camaatı əlinə ala bilirdi?
- 1994-cü ildə qiyam dövründə Heydər Əliyevin bir çağırışı ilə minlərlə insan küçəyə axışdı. O gecə mən də orada idim. Müraciətdən sonra heç kimi bu qədər insanın Heydər Əliyevə dəstək olacağını gözləmirdi. Amma o dövrdə Heydər Əliyev həqiqətən də xalqın inam yeri, guman etdiyi, arxalandığı şəxsiyyət idi.
- Heydər Əliyevin ölüm xəbərini necə və hansı şəraitdə qarşıladınız?
- Siz çox həssas məqama toxundunuz. Heydər Əliyev “Gülhanə” xəstəxanasına getməmişdən qabaq onun ziyarətinə getdim. Saat 17:00 olardı. Bir az gözlədim. Düzü, əvvəlcə istədim ki, qayıdım. İstəmədim narahat edim. Sonra dedilər ki, bu qədər gözləmisən, gir görüş. Rəhmətlik Heydər Əliyev həzrətləri məni görəndə ayağa qalxardı. Onun mənimlə münasibəti səmimi idi. Amma bu dəfə içəri girəndə durmadı. Yaxınlaşdım, onun rənginin saraldığını gördüm. Əlimi uzadıb salamlaşdım. Özümdən ixtiyarsız gözümdən yaş axmağa başladı. Mənə baxdı və ancaq bunları dedi: “Şeyx, darıxma, biz hələ çox işləyəcəyik”.
Onun vəfatını eşidəndə, təbii, mənə asan olmadı. Çox çətin idi. “Təzə Pir” məscidində onun yuyulması, kəfənlənməsi mərasimi oldu. Daha sonra onun dəfn mərasimi. Xalq axını oldu. Xalq öz övladını son mənzilə yola salmaq üçün axın edirdi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Sızanağa səbəb olan 4 dəriyə qulluq xətası
Murad Bozun keçmiş xanımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Orta maaş nə qədərdir?
Günün qoroskopu: məqsədə doğru inamla irəliləyə bilərsiniz
Bakı metrosunun yeni qatarları gəldi
Kartofun topdansatış qiyməti də artdı
Məscidlərdə kitabxanalar yaradılacaq
"Youtube"dan möhtəşəm yenilik
Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
Təhlükəli selfi
Sıxıldığınız zaman bunları edin
Madonna 6 övladının FOTOsunu paylaşdı
Tox tutan qidalar
Pendirli kek (foto-resept)
Azərbaycan Müəllimlər İnstitutunun direktoru qovuldu
Böyük it və balaca küçük
Xəstə oğlunun ən böyük arzusunu reallaşdırdı-FOTO
Bir kişini necə dəyişmək olar?
Tibb bacısı "Barbi"yə oxşamaq üçün sərvət xərclədi
Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir”
Koronavirusa inanlar, inanmayanlar və onunla üz-üzə qalanlar - VİDEO
İlhamə Quliyevanın adına şərab buraxıldı - “Madonna of Azerbijan” - FOTO
Sizcə onun neçə yaşı var?-(FOTO)
Azərbaycan tarixindən yüz şəxsiyyət-100 (son)
Nadejda Savçenko aclıq elan etdi
Azərbaycanda atasız uşaqların STATİSTİKASI
Hakerlər Mərkəzi Bankın saytını dağıtdı
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Vaqon problemi
2019 gəlin makiyajı trendləri
Duşdakı böyük təhlükə
Malayziyanın itmiş təyyarəsindən xəbər var
Payız fəslinə uyğun ayaqqabılar
Hansı bürc nəyə nifrət edir?
Düşündürücü sözlər
Günün qoroskopu: qeyri-sağlam rəqabət var
Bakı şəhərində inşa edilən möhtəşəm tunel tipli yol qovşağı tamamlanmaq üzrədir
Hibrid noutbuk təqdim olundu
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
“WhatsApp” vasitəsilə baş verən fırıldaqçılıqla bağlı XƏBƏRDARLIQ
Priyanka Çopra məşhur müğənniyə ərə getdi-FOTO
Keyt Middlton sadəliyi ilə diqqət çəkdi-FOTO
"WhatsApp"-da yenilik!
Gözəllik üzrə ekspertiniz - mobil telefon
“Qarabağ” gedir
"Bizim Tarla" Yaşıl noxud məhsulu - Artıq yeni görkəmdə!
Qarnımdakı piylər ərimir deyənlərin yol verdiyi səhvlər
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq var? - STATİSTİKA
Məşhur cütlük ayrıldı
Demet etiraf etdi: “Okan üçün darıxıram”
- ŞƏRHLƏR