İran və Rusiya 4 min meqavat gücündə yeni nüvə stansiyasının tikintisi üzrə danışıqlar aparırlar. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib: "İran və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, hazırda qarşı tərəflə danışıqlar aparırıq. Burada məqsəd Rusiya tərəfinin dörd min meqavat gücündə yeni nüvə stansiyasının tikintisində bizə yardım etməsidir". Ə.Ə.Salehinin sözlərinə görə, Buşəhr nüvə stansiyası artıq üç aydır ki, iranlı mütəxəssislər tərəfindən idarə olunur və bu üç ayda bir milyard 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib: "Biz Rusiya ilə yeni nüvə stansiyalarının inşası ilə bağlı çox ciddi müzakirələr aparırıq. Rusiyadan başqa, digər ölkələrlə də müzakirələrimizi davam etdiririk". Lakin təşkilatın sədri müzakirə aparılan digər ölkələrin adlarını açıqlamayıb. O bildirib ki, bu gün İran Prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıb: "Prezidentdən yeni nüvə stansiyalarının inşası üçün 1393-cü il (İranda il martın 21-də dəyişir) dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı göstəriş verməsini xahiş etmişəm". Ə.Ə.Salehi əlavə edib ki, ölkənin perspektiv inkişaf planında 20 min meqavat gücündə elektrik enerjisi istehsal edən stansiyaların tikintisi nəzərdə tutulub ki, bu da Buşəhr nüvə stansiyası kimi 20 nüvə stansiyası deməkdir: "Ümid edirəm ki, gələn il Buşəhr AES-in ikinci bölməsinin tikintisinin təməli qoyulacaq".
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR