
Elə xəstəliklər var ki, onlar insanları narahat etməklə yanaşı, olduqca çirkin də görünür. Üstəlik elə qəribə və ağılagəlməz yollarla insanı yoluxdurur ki, bir anlıq insan özünü xəstəliyin məngənəsində çabalayan kimi görür. Belə olan halda, müalicə, müayinə və sağlamlıq üçün təşvişə düşülür. Gündəlik həyatımızda fikir vermədiyimiz bir çox hallar bizi müalicəsi asan olmayan və yorucu bir proses olan xəstəliklərə yoluxdura bilər. Belə xəstəliklərdən biri də göbələklərdir. Göbələk dedikdə insanın ağlına birinci növbədə ayaqlar gəlir. Lakin göbələk tək ayağa məxsus xəstəlik deyil. Bədənin istənilən nahiyəsində yarana və yayıla bilən bu xəstəlikdən bu gün Azərbaycanda əziyyət çəkən kifayət qədər insan var. Ayaqda göbələk infeksiyaları çoxlarını narahat edən problemdir. Bu xəstəlik çox geniş yayılıb və yaranma mənbəyi də natəmizlikdir. Qulluq olmayan, natəmiz saxlanılan ayaqlar birbaşa xəstəlik mənbəyidir. Göbələk xəstəliyi el arasında sağalmaz xəstəlik kimi də məşhurdur. Bir dəfə bu xəstəliyə yoluxan insan zaman-zaman yenidən xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qalar deyə bir düşüncə mövcuddur. Lakin dermatoloqlar bu fikirdədir ki, düzgün müalicə ilə göbələkdən qurtulmaq mümkündür. Üstəlik bir daha yoluxmamaq üzrə. Dermatoloq Sahib Rzayevin sözlərinə görə, göbələk xəstəliyinə yoluxmamaq üçün olduqca təmiz, gigiyenik və sağlam həyat tərzi sürmək lazımdır. Göbələk xəstəliyinin insana yoluxması çox asandır. Buna görə də, diqqətli olmaq əsas şərtdir: "Göbələklər müxtəlifdir. Heyvandan, insandan, torpaqdan, əşyalardan keçmə qabiliyyətinə malikdir. Heyvandan insana, eləcə də insandan insana keçən göbələklər iki insanın eyni əşyadan istifadə etməsi zamanı da yoluxa bilər. Xüsusən, harasa qonaq gedəndə verilən ev başmaqlarından, əl-üz dəsmallarından, kafelərdə, yaxud idman zallarında olan dəsmallardan, ümumi oyun yerlərində ayaqqabı dəyişmə tələbi olduğu zaman verilən xüsusi ayaqqabılardan, ümumi hamam və saunalardan, dəyişik düşən corablardan göbələyin keçməsi mümkündür. Buna görə, mümkün qədər diqqətli olmaq, ailə üzvləri olsa belə onlarla eyni geyim, yaxud dəsmallardan istifadə etməmək lazımdır". Həmsöhbətimiz deyir ki, göbələk yerləşməsinə görə bədənin müxtəlif nahiyələrində ola bilər və yerləşməsindən asılı olaraq görünüşü də dəyişər. Uşaqlara nisbətən böyüklərdə rast gəlinən göbələklər ən çox ayaq və qulaqda yerləşir. Uşaqlarda isə əllərdə, barmaq aralarında və baş dərisində olur. "Uzun müddətli müalicə olsa da effekt verir və göbələk tamamilə sağalır". Göbələyin ilkin göstəricisi qaşıntıdır. Qaşıntı olan bölgədə böyük ehtimalla göbələyin yayılması baş verir. Halqa formasında, iç-içə olan suluqlu yaralar, dərinin tökülməsi, ətin büzüşməsi göbələyin varlığının göstəricisidir. İlkin mərhələdə sadəcə qaşınma və qızarma olaraq nəzərə çarpan göbələk vaxtında müalicə olunmadıqda daha da ağırlaşır və bir növ dərini çürütməyə başlayır. Ayaqlara düşən göbələklər dırnağın qalınlaşmasına, formasını itirməsinə, sərtləşməsinə, pul-pul tökülməyinə səbəb olur. Göbələyin ən çox yayıldığı yer isə ayaqlar, dırnaqlar, barmaq araları və ayaq dabanıdır. Dermatoloqun dediyinə görə, göbələyin daha çox ayaqda yaranmasının səbəbi ayağın digər bədən üzvəri ilə eyni şəraitdə olmamasıdır. Ayaqların daim bağlı qalması, ayaqqabıların hava keçirməməsi, ayağın tərləməsi və nəmli qalması göbələk üçün şərait yaradır. Ayaq barmaqları arasında kök salan göbələk şiddətli qaşınma və suluqlar yaradır. Ayağı qaşıdıqda isə vəziyyət daha da gərginləşir: "Ayaqda göbələk varsa, üstəlik təmizliyə riayət edilmir və digər mikroblar da bulaşarsa, vəziyyət daha da pis olur. Göbələyin yaranmaması üçün bədəni daim quru saxlamaq lazımdır. Başqa insanların əşyalarından istifadə etməmək, alanəm corablar geyinməmək, ayaqları mütləq qurulamaq lazımdır. Göbələk nəmli mühitləri sevdiyi üçün mümkün qədər bədəni quru saxlamaq vacibdir". S.Rzayevin bildirdiyinə görə, göbələyinn müalicəsindən əvvəl klinikada onun növü müəyyənləşdirilməlidir. Göbələk olan hissədən qazıma yolu ilə nümunə götürülür və mikroskopda baxılır. Göbələyin növü müəyyən olunduqdan sonra müalicəyə başlanılır: "Göbələyin yeri və növü müəyyən olunduqdan sonra müalicə yazılır. Uzunmüddətli müalicədir, lakin müalicəni yarıda kəsmək effekt vermir. Sağaldıqdan sonra da bir müddət davam etmək lazımdır. Müxtəlif dərmanlar və mazlarla müalicə olunur. Ən az 3 ay davamlı və diqqətli müalicəni aparmaq azımdır. Dərinliyindən asılı olaraq 1 ilə qədər də müddəti uzana bilir. Göbələk xəstəliyi müalicə olunmadıqda bütün bədənə yayıla bilər. Nəticədə bütün bədən çox çirkin bir görünüş almış olacaq. Müalicədən sonra isə kəskin izlər yaranacaq. Odur ki, göbələk yarandığı və narahat etdiyi andan müalicə etmək vacibdir". Elə göbələk xəstəlikləri də var ki, onların törədiciləri, yəni maya göbələkləri bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə, əsasən antibiotiklərin nəzarətsiz qəbulu və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırır. Bu zaman dəri və selikli qişalarda qızartılar, qabıqlanma və qaşınma müşahidə olunur. Əgər bu əlamətlər kimisə narahat edirsə, mütləq həkimə müraciət etmək, başqaları ilə yaxından təmasda olmaqdan çəkinmək lazımdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qızı olanlara müjdə
Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz
Reyhan şərbəti (foto-resept)
Bu ölkədə 600 hərbçi koronavirusa yoluxdu
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
Bu qadın 6000-ci ildən gəldiyini deyir- FOTO
Heç ağlınıza da gəlməzdi, ancaq bu xəstəlikdir
"LİKE" psixologiyası
Azərbaycandan ermənilərə ağır zərbə
1980-ci illəri xatırladan evlilik il dönümü
Dünyanın ən varlı adamının gəlini olacaq-FOTO
Şakira vergidən yayınmaqda şübhəli bilinir
Körpələr qrip olanda nə etməli?
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Qızıl 5 dollaradək ucuzlaşdı
Məşhur aktrisa ərə gedir
Məşhur model 1,4 milyon dollar ödəyəcək
Müasir incəsənət. Silviya Cordedda Fraktal qrafika
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Bakının tozda boğulan sakinləri...
Evinizi hansı aksesuarlarla bəzəyə bilərsiniz?
Xalq artisti Leyla Əliyevanın şeirinə mahnı oxudu - VİDEO
“Arka sokaklar” yenidən yayıma başlayır
Bakıda binalara çəkilən rəsmlər hər kəsin diqqətini çəkir - VİDEO
Məşhur idmançımız Azərbaycan bayrağına bürünüb ağladı
Yapon alimlərdən inanılmaz xəbər-FOTO
İnstaqramda ən çox izləyicisi olan məşhur
25 ən təhlükəli ərzaq - SİYAHI
Bu da alüminium Ford
Güclü qasırğa “Kabus gəmi”ni sahilə vurdu - VİDEO
Mayli Sayrusun fanatı həbs edildi-SƏBƏB
Azərbaycan xalqının birliyi Türkiyə telekanalında - VİDEO
Hadisenin cavabı gecikmədi:"Onun da..."
Əzələ yığmaq istəyənlər üçün tövsiyələr
Prokurorluq: Rusiyanın Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı cinayət işi başlanıldı
İnsan beynində internet bağlantısı
Ən yaxşı ağardıcı maskalar
İslandiyada buzlaq əriyərək yox oldu
Azərbaycanda qaz təchizatında məhdudiyyətlər olacaq
Məşhur serialın aktyorları sevgili oldular
Yerin oxşarı tapıldı
Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub
Mehriban Əliyevadan Prezidentə təbrik - FOTO
"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edildi
Yeni gözəllik trendi: "Yoga Skin"
II Yelizavetanın işçisi oğru imiş
"Like", "adapter", "mouse" sözləri dəyişdi - SİYAHI
Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar
Nikol Kidman rahibə olmaq istədi-FOTO
“Ufak Tefek Cinayetler”ə yeni transfer - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]