
Bu günlərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev Avstriyada Avropa Ombudsmanlar İnstitutunun 15 illiyinə həsr edilmiş "Avropada Ombudsmanların müstəqilliyi" mövzusunda yubiley konfransında iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Avropa ölkələrinin ombudsmanları, insan hüquqları institutlarının, habelə Avropa Şurasının insan hüquqları üzrə komissarının və Avropa Birliyi ombudsmanının nümayəndələri, həmçinin yerli və xarici universitetlərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, beynəlxalq ekspertlər iştirak ediblər. Z.Əliyev tədbirdə çıxış edərək Azərbaycanda ombudsman təsisatının fəaliyyəti haqqında ətraflı məlumat verib. Konfrans çərçivəsində Avropa Ombudsmanlar İnstitutunun prezidenti, onun müavinləri, həmçinin idarə heyəti üzvlərinin seçkiləri keçirilib. Ombudsman Aparatının şöbə müdiri Z. Əliyev seçki komissiyasının üzvü seçilib. Özünü "müstəqil Dağlıq Qarabağ respublikası"nın ombudsmanı kimi təqdim edən Yuriy Hayrapetyanın çıxışından sonra, konfransın rəyasət heyətinə müraciət edərək hər bir iştirakçıya yalnız bir dəfə çıxış etmək imkanı verilməsinə baxmayaraq söz istəyən Z.Əliyev öz çıxışında, ilk növbədə, qondarma respublikanın ombudsmanının bu tədbirdə iştirakına və çıxışına kəskin etirazını bildirib. O, Y.Hayrapetyanın özünü "müstəqil Dağlıq Qarabağ respublikası"nın ombudsmanı kimi təqdim etməsinin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu, belə ki, belə bir dövlətin mövcud olmadığını, həmin ərazinin Azərbaycanın tərkib hissəsi, tarixi torpaqları olması faktını vurğulayıb.
Z.Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, lakin Ermənistan tərəfindən işğal edildiyini bildirib. Qeyd olunub ki, bu işğal faktı həm BMT, həm Avropa Şurası, habelə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyə və qətnaməsi mövcuddur. Bildirilib ki, Dağlıq Qarabağ adlı dövlət beynəlxalq müstəvidə heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmayıb, hətta Ermənistanın özü onu müstəqil bir dövlət kimi tanımayıb. Bunları nəzərə alaraq, bu şəxsin adıçəkilən tədbirdə iştirakının və çıxışının, ümumiyyətlə, Avropa Ombudsmanlar İnstitutunda üzvlüyünün əsassız və beynəlxalq hüquqa zidd olması konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, Avropa Ombudsmanlar İnstitutunun beynəlxalq qeyri-hökumət təşkilatı olaraq beynəlxalq hüquq normalarına saymazyana yanaşdığı, hörmətsizlik nümayiş etdirdiyi, həmin şəxsi üzvlüyə qəbul etməklə öz tədbirinə dəvət etdiyi və çıxışı üçün imkan yaratdığı bildirilib. Z.Əliyevin çıxışından sonra Y.Hayrapetyan iclasdan kənarlaşdırılıb.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Ana filin dramatik mübarizəsi
Azərbaycanın "Robinzon"u: "Bu adada beş qəbir olacaq, beşinci mənim..."
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Baş infeksionist: “Simptomsuz xəstələr daha təhlükəlidir” - VİDEO
Sabah hava yağmursuz olacaq
Günün ulduz falı - 31.08.2013
Microsoft rekord vurdu
İki tonluq nəhəng buğa satışa çıxarıldı - VİDEO
Jasmin çayının faydaları
Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? - İNANILMAZ FAKT
Dəbli kişi ayaqqabıları
Günün ulduz falı
Avropa Liqası: hansı oyun hansı kanalda?
"Fənərbağça" Azərbaycana gəlir
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Düşmən ordunun böyük sirri
Azərbaycanda depressiya artır
Süfrəmizdə iştahla yediyimiz insan saçı
"Ermənistan Azərbaycan üçün yeni qapı açacaq"
İngilis mediası Meqanı tənqid etdi-FOTO
Gəncədə böyük izdiham yaşanır
Səyahəti sevənlər üçün maraqlı filmlər
Prezident: “Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır”
Menstruasiya dövrü üçün yoqa hərəkətləri
Ezgi Mola ərə gedir
Hava haqqında
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Növbəti 5 ildə nə olacaq?
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Kate Moss Cazelle ayaqqabı reklamında
Ceyms Bondun yeni filminin adı məlum oldu
Almanın qaralmasının qarşısını alan üsul
Bulqurlu bibər dolması (foto-resept)
Dolu bədənli xanımlar üçün donlar
Bu ölkədə vizasız YAŞAYA BİLƏCƏKLƏR
Azərbaycanda 2 ayda 126 yük avtomobili istehsal olundu
İrəvanın yeni savaş hazırlığı
Bu qadınlar kişiyə nikah məktubu yazırlar
Demet Şener sabah ərə gedir-FOTO
Kremli satışa çıxardılar
Emin Ağalarov Azərbaycanı “Eurovision”da təmsil edəcək? - VİDEO
Dahi bəstəkarlarımız - I hissə
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
Həftənin ilk iş günü hava necə olacaq?
Qoyun əti, süd, yumurta bahalaşdı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 113 yeni yoluxma - RƏSMİ
Türkiyədən İŞİD-in hədəsinə ilk reaksiya
Qarışqalarla mübarizənin ən asan üsulu
Azərbaycanda dini ibadət yerləri ilə bağlı yeni hüquqi paket hazırlandı















- ŞƏRHLƏR