Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) hesabatında deyilir. Hesabatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları 2011-ci ildə dayandırılıb: "Bu da kəskin ritorikaya gətirib çıxarıb". Sənəddə deyilir: "Hərbi hesablaşmaların mümkünlüyü narahatlıq doğurur, çünki iri dövlətlərin nüfuz uğrunda rəqabət apardığı Cənubi Qafqaz regionunun hazırda, həmçinin əsas enerji dəhlizi olması fonunda onların fəsadları olduqca təhlükəli olacaq".Hesabatda qeyd edilir ki, münaqişənin eskalasiya şanslarını azaltmaq üçün yaxın həftə və aylarda beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir.
Sənəd müəlliflərinin fikrincə, diplomatik dalandan çıxmaq üçün olduqca zəruri olan güclü və əlaqələndirilmiş beynəlxalq təzyiqə ehtiyac var."International Crisis Group" qeyd edir ki, münaqişə iştirakçıları olan dövlətlərin paytaxtlarında, həmçinin üçüncü ölkələrdə ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa başda olmaqla) nəticə əldə edə biləcəyinə şübhə ilə yanaşırlar.
Hesabat müəlliflərinin qənaətincə, yaxın perspektivdə regionda sabitliyə təhdid getdikcə daha yüksək olacaq. Sənəddə deyilir ki, hər iki tərəfin nazirləri və parlamentariləri arasında mütəmadi təmasların və görüşlərin fəallaşdırılması nizamlama prosesinə kömək edə bilər.Hesabatda bildirilir ki, münaqişənin bütün aspektləri baxımından olduqca təsiredici gücə malik Rusiya münaqişə tərəfləri arasında sazişə nail olmaq üçün daha qətiyyətlə fəaliyyət göstərməlidir.
Sənəd müəlliflərinin fikrincə, bunun üçün Moskva hər iki münaqişə tərəfinə silah tədarükünü dayandırdığını elan etməlidir: "Digər silah tədarükçülərinin, o cümlədən Cənubi Koreya və İsrailin də belə hərəkət etməsi üçün onları təşviq etmək lazımdır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Siqareti tərgitdikdən sonra qidalanma
Dişlərin çürüməsini dayandıran təbii yollar
COVID-19 pulla keçə bilər? - BAŞ İNFEKSİONİST AÇIQLADI
Ceki Çandan gözlənilən AÇIQLAMA- FOTO
Athleisure dəbi necə olmalıdır?
Hava haqqında - 22.11.2013
Bərbərlərin saç qırxma metodları hər kəsi güldürdü-VİDEO
Emrah son dəfə oxuyacaq!
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Dəri rəngləri niyə fərqlidir?
Düzgün səhər yeməyi ilə artıq çəkidən azad olun
Buse toydan sonrakı ilk fotosunu paylaşdı-FOTO
Ekspert: “Hazırda orta məktəblərdə şagirdlərin vaxt potensialının 40 faizi boş qalır”
Karantin dövründə qızla tanış olmağın qeyri-adi yolu - VİDEO
Damla şokoladlı keks (foto resept)
Xocalı-sağalmaz yaram mənim
Ərdoğan Obama ilə danışdı - 1 saat 10 dəqiqə
Demetin AÇIQLAMASI diqqət çəkdi
Kremli peçenye (foto resept)
Lənkərana dolu yağıb, təsərrüfatlara ziyan dəyib
Ermənilər Tovuzda hospitalı hədəf aldılar - VİDEO
Qarabağda ölənlərin cəsədlərinin mübadiləsi başlayıb
Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?
Koreya piroqu (foto resept)
3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO
Biləsuvarda xəzinə tapıldı
Rumıniyanın sabiq prezidenti Moldova vətəndaşlığı alıb
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Dəbli ayaqqabı rəfləri
Facebook-da hər gün nə qədər insan var?
2017-nin dəbli idman ayaqqabıları
İki üzük...
Nişanlılar üçün qoşa üzüklər
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Gülşen açıqlaması ilə diqqət çəkdi
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Nişan geyimləri
Pamela Anderson yeni şəkilləri ilə diqqət çəkdi-FOTO
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
Bura 40 ildir kimsə buraxılmır
Gicitkən
Xoşbəxt ailə niyə boşanır?
Akvariumda minimalizm
Restoranlarda qablardan koronavirusa yoluxmaq mümkündür? - AÇIQLAMA
Zaman və sevgi...
Meqan və kraliça arasındakı gərginliyin səbəbi bilindi-FOTO
İsrail "Eurovision 2019"a ev sahibliyini itirə bilər
Qadin.Net = 1.000.000 AZN
Bazarı nə inkişaf etdirəcək?
- ŞƏRHLƏR