KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli jurnalistlərə verilən evlərlə bağlı yaranmış problemə aydınlıq gətirib. V. Səfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, sənədləşmə işləri davam edir: “Bina qəbul edilib, istismara təhvil verilməlidir. Proseslər başa çatıb. Fövqəladə Hallar Nazirliyi binanı təhvil götürüb yoxlayır. Bəzən bu, illərlə çəkən şeydir. Bir-iki ayın içində bunu həll edəcəyik. Elə binalar var ki, 10 ildir tikilib, amma istismara verilmir”.
Fond sədri deyib ki, əgər bu gün jurnalistlərə binaya köçmək üçün icazə verilsə, problem yaranacaq. Çünki binada işıq, qaz, su yoxdur: “Müvəqqəti sayğaclara müvəqqəti məbləğ yüklənib. Amma işlənəndən sonra pul ödənməlidir. Əgər ev adına deyilsə, həmin xətlərin çəkilməsi də mümkün deyil. İndi sənədləşmələr başa çatmaq üzrədir. Hamısını toplayıb Bakı Şəhər İcra Hakimiyyətinə verəcəyik. Onlar komissiya yaradacaqlar. O komissiyanın rəyini almaq 5-10 gün çəkəcək. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib, binanı bizim balansımıza keçirəcək. Bunlar vaxt aparan işlərdir”.V. Səfərli deyib ki, jurnalistlər öz evlərinə bu il köçəcəklər. KİVDF sədri konkret tarix açıqlamayıb: “Desəm ki, bir ay sonra köçəcəklər, doğru olmaz. Bu, vaxt aparan işdir. İllərlə bunu edə bilməyənlər var. Elə olub ki, bina tikilib, amma 10 il sonra təhvil verilib. Amma biz bu ilin içində məsələni həll edəcəyik. O proseslər qurtarandan sonra bina dövlət əmlakı sayılır. Dövlət əmlakını isə hədiyyə etmək yoxdur. Bu evlər veriləcək. Amma xidməti evlər kimi veriləcək. Yenidən sərəncam veriləcək. Birdəfəlik hədiyyə olunmalıdır ki, evin ”kupça"sı da adlarına uyğun olsun. İndiki mərhələdə işlər qaydasında gedir". V. Səfərlinin sözlərinə görə, tez bir zamanda mənzillər sahiblərinin adına keçiriləcək. Onun bildirdiyinə görə, bir günə qazı, daha sonra suyu sənədləşdirəcəklər: “FHN-in bütün komissiyaları işini qurtarıb. İndi qalır rəy vermək. Bu həftə ərzində rəy veriləcək. İşlər tam yekunlaşmaq üzrədir”.
Əməkdaşımızın “bina tam hazır olmadan onun açılışını niyə edirdiniz” sualına cavabda isə KİVDF sədri deyib ki, tikinti həqiqətən də qurtarıb, binada təmir işləri aparılmır: “Bina yaşayışa tam hazırdır. Niyə onu yubatmalıydıq ki? Sənədləşmə getməlidir. Açılışdan sonra bizdə bütün işlər yekunlaşmışdı. Hətta indi istəyən jurnalistlər gedib evlərinə mebel də yerləşdirirlər. Bir nümayəndəmizi orda oturtmuşuq. Gələn jurnalistlərə evlərinin açarını verir, onlar da mebellərini yerləşdirirlər. Açarı jurnalistlərə ona görə vermirik ki, birdən suyu açıq qoyarlar, nəsə qəza olar”.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Avropa dövlətində heyvanların sirkdə iştirakı qadağan edildi
DİQQƏT! Su alarkən ehtiyatlı olun! - FOTO
Meymunlar şəhəri zəbt etdi
100 yaşlı nənə rekord qırdı
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Suriyadan Türkiyəyə dünən 66 mindən çox qaçqın keçib
486 müəllim imtahandan imtina etdi
Payız fəsli üçün bir neçə stil təklifi
"Qarabağ" uduzdu
Darçınlı çörək (foto resept)
Silahlı Qüvvələrin komandir heyəti üçün yeni yay geyim forması hazırlandı
Misirdə güclü partlayış: məşhur muzeyə ziyan dəydi
Bürcünüzə görə hansı idmanı etməlisiniz?
Xəyalə Murada etiraf et!- Layihəsi
Onlayn dərs keçmək üçün təpəyə çıxan müəllim yıxılıb öldü
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
15 gündür komada olan tankçımızdan XƏBƏR VAR
Azərbaycanda xəstəxanalarda müalicə alan əsgər və zabitlərimizin sayı açıqlandı - RƏSMİ
Azərbaycanlılar Hellouini qeyd etməlidirlər?
İsa Həbibbəyli vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
Dərsliklərdə növbəti biabırçılıq
Azərbaycan ordusunun giziri şəhid oldu
Azərbaycanda iki bank bağlandı
Hadisenin bahalı doğum günü hədiyyəsi-FOTO
Günün qoroskopu: mənasız risk etməyin
Sünnət üçün ideal yaş dövrü hansıdır?
Gürcüstanda azərbaycanlılar koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Cütlüklərin sualtı şəkilləri
Texnologiyanın inkişafı buna da çatdı
Bulvarın nəhəng gəmisində gəzinti
Hələ belə “gözəl” gözlərə rast gəlməmisiniz - Foto.
Culiya Robertsdən dəyərli məsləhətlər
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Neftin qiyməti Azərbaycanı sevindirdi
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Yataq dəstləri
Yeni qaş trendi: Balıq quyruğu
Koronavirus xəstələrini tanımağın daha bir yolu - Araşdırma
Azərbaycan bayrağı işğaldan azad edilmiş Füzuli şəhərində dalğalanır - VİDEO
Uzadılmış xüsusi karantin dövründə idman zalları işləyəcəkmi? - AÇIQLAMA
İlham Əliyev "Xəyal Adası" layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub
Bürclərin romantik sirləri (son)
Bergüzar Korel gözəlliyi ilə hər kəsi heyran etdi-FOTO
Qış günü yaz havası olacaq
28 ildir ürəyində erməni gülləsi ilə gəzən “Maştağa” ləqəbli qəhrəmanımız - VİDEO
Sabun daha faydalıdı, yoxsa duş geli?
Sarımsaqlı "suxarik" (foto-resept)
Dünyaya baxşınızı dəyişəcək filmlər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]