AMB-dən ANS PRESS-ə verilən məlumata görə, son illər görülmüş işlər nəticəsində bank sektoru əhəmiyyətli kapitallaşıb, maliyyə vasitəçiliyinin həcmi dəfələrlə artıb. Bununla yanaşı, biznes və əhalinin bank məhsul və xidmətlərindən istifadə səviyyəsi yüksəlmiş, eyni zamanda bankların institusional potensialı gücləndirilib, xüsusilə korporativ idarəetmə sistemləri və riskləri idarəetmə aparatı təkmilləşdirilib.
Bununla belə ölkə iqtisadiyyatının inkişaf və şaxələnmə hədəfləri maliyyə sistemi, o cümlədən bank sektoru qarşısında yeni vəzifələr müəyyən edir. Bu hədəflərin realizasiyası bank sektorunun maliyyə potensialının ciddi mobilizasiyası və gücləndirilməsini tələb edir.
Mərkəzi Bank qeyd edilən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılmasıvə sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür.
Bu istiqamətdə növbəti addım olaraq qeyd olunan prinsipləri rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.“EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilmişdir. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.
“Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir.Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. “Azərbaycan Kredit Bankı” ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəldilib.
Bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti iyulun 13-dən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəsmisi, iqtisadçı Samir Əliyev də bu qərardan sonra bəzi bankların bağlanabiləcəyini qeyd etmişdi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Avropanın ən məşhur balı keçirildi
Maraqlı tapşırıqlar - 1
Lavandalı limonat
Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO
Labirint-3
Şirələrin faydaları
Görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin doğumundan 106 il keçir
Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Meşə kababı (foto-resept)
Kosmetikamızı özümüz hazırlayaq (2)
Gəlinciklərinə 200 min dollar xərclədi
İnsanlarla başıayaqlıların ortaq cəhəti
Ana südü xərçəng xəstəliyinin qarşısını alır
Günün qoroskopu - 05.11.2013
İnsanları geyindirən kitabxana
Artıq cəza da yoxdur: valideynlərə faydalı məsləhətlər
Ramil Usubovdan polis olmaq istəyənlərə
Paytaxt üzrə koronavirusa yoluxma ən çox hansı rayonunda qeydə alınıb?
BÜRCLƏR bizə nə vəd edir?- 19 Dekabr
Qiymət artımı açıqlaması
Genetik: Koronavirus özünü çox qeyri-adi aparır
Ağrılı aybaşı
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Metropolitenin bəzi işçilərinin maaşı 30-50 faiz artırılıb
WhatsApp-da yeni rekord
Göyçay çayı məcrasını dəyişdi - TƏHLÜKƏ
ABŞ-dan şok etiraf
Çobanyastığı maskası
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar keçirilir
Niyə təbii gülümsəməyi süni şəkildə edə bilmirik?
Almalı piroq (foto resept)
Tələbələrdən Yanukoviçə 250 metrlik məktub
Ballı-yumurtalı pəhriz
NASA xəbərdarlıq etdi-FOTO
Meyvə tərkibləri
Qırmızı rəngin fərqli tonları geyimlərdə
Maraqlı məsləhətlər
Xərçəngə qarşı universal vasitə hazırlanır
Hindistanda "su pərisi" dünyaya gəldi
Google-un gəlirləri azalır
"Super nənə" adına layiq görüldü-FOTO
AbŞ-da soyuqdan ölənlərin sayi artır
Evlərə "kupça"nı necə almaq olar?
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
Məşhur müğənnini Maykl Ceksona bənzətdilər-FOTO
Azərbaycanda aptekdə çalışmaq istəyənlər üçün yenilik
Almaniya qondarma "erməni soyqırımı"nı tanıdı
Victoria Beckhamdan dəriyə qulluq
Mübarizsiz 10 il...
- ŞƏRHLƏR