
Almaniya hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin yerinə yetirilməsini tələb edir.
Trend-in məlumatına görə, bu barədə AFR Bundestaqının Xristian-Demokrat İttifaqı/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının Azərbaycanın Almaniyadakı səfirliyinin deputat Yürgen Klimkenin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı müraciətinə cavabında deyilir.
Sentyabrın 12-də AFR Bundestaqının Xristian-Demokrat İttifaqı/Xristian-Sosialist İttifaqı fraksiyasından olan deputatı Y.Klimke Ermənistana və oradan Azərbaycan tərəfinin razılığı olmadan qeyri-qanuni şəkildə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və orada separatçı rejimin "nümayəndələri" ilə görüşlər keçirib. Onun Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyi bu qeyri-qanuni səfər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribatçı bir addımdır.
Y.Klimkenin işğal altındakı ərazilərimizə bəhs edilən səfəri ilə bağlı səfirlik tərəfindən Y.Klimkeyə etiraz məktubu ünvanlanıb və ondan bu qeyri-qanuni səfəri haqqında izahat verməsi tələb edilib. Həmçinin, səfirlik Bundestaqın CDU/CSU fraksiyasına müraciət edib ki, məsələyə münasibət bildirsin.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair AFR hökumətinin mövqeyi məlumdur. Bu mövqeyə əsasən, AFR hökuməti Azərbaycan ərazilərində mövcud olan nə qondarma rejimi, nə də onun hər hansı bir "nümayəndəsi"ni tanımır. Bu xüsusda Y.Klimkenin Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyi qeyri-qanuni səfərə dair artıq AFR-in Bakıdakı səfirliyi müvafiq bəyanatla çıxış edib.
Eyni zamanda, AFR Bundestaqının deputatı Filip Misfelder, Bundestaqda CDU/CSU fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü olaraq, Y.Klimkenin işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri ilə bağlı Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazova müvafiq məktub göndərərək məsələyə dair CDU/CSU fraksiyası adından münasibət bildirib.
O, məktubunda Y.Klimkenin bu səfəri həyata keçirməsindən təəccübləndiyini və məyus olduğunu diqqətə çatdırıb və CDU/CSU fraksiyasından olan deputatın Dağlıq Qarabağa səfər etməsini səhv addım adlandırıb və bununla onun yanlış bir siqnal verdyini vurğulayıb.
F.Misfelder bəyan edib ki, Y.Klimke tərəfindən doğru addım Ermənistanın Azərbaycan torpaqlarını işğalını tənqid etmək və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü diqqətə almaq olardı. O bildirib ki, Y.Klimkenin bəhs edilən səfəri şəxsi bir səfərdir, CDU/CSU fraksiyasına aidiyyəti yoxdur və fraksiya tərəfindən heç bir şəkildə dəstəklənmir.
F.Misfelder daha sonra bildirib ki, Bundestaqın CDU/CSU fraksiyası çoxsaylı mətbuat məlumatları və mövqe sənədləri ilə AFR hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini dəstəkləyib. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr bu günədək yerinə yetirilməyib.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
Günün qoroskopu: enerjinizdən rasional istifadə edin
Kriştianu Ronaldu təyyarədə bayram elədi
B12 vitamininin "səyahəti"
Forbesə görə 2019-un ən çox qazanan məşhurları
Yeni "Galaxy S9"-u təqdim edildi-FOTO
QİÇS-ə almanlar qalib gələcəklər
Ayaqqabısının qiyməti dodaq uçuqlatdı - FOTO
Əlillərin nəzərinə!
Ailə qurmaqdan qorxuram
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
"Nə geyinim" sualını stressə çevirməyin
"Sara" tortu (foto-resept)
Özge Ulusoy Bakı çəkilişindən 170 min qazandı-FOTO
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Vintaj geyim üslubu
Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
İlham Əliyev və Mehriban Əliyeva AXC-nin 100 illiyinə həsr edilən konsertdə olublar-FOTO
Göz ətrafını canlandırmağın yolları
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Yeni hicab modelləri
Kaan Tangözen yenidən ata oldu-FOTO
Nikel allergiyası
Bakı metrosunda yenilik
Bal və darçınla arıqlamaq
Krım sakini yadplanetlilər tərəfindən oğurlandı – Şok olay
Məşhur aktrisa Can Yamanı yalançı adlandırdı-SƏBƏB
Müharibədən dönən qazimizin övladları ilə görüş anı - VİDEO
Boyun qırışlarını necə azaltmalı?
Qızlar, yoxsa oğlanlar yaxşı oxyur?
Uşaqların 90 faizi koronavirusa evdə yoluxur
Məhərrəmlikdə qanvermə aksiyasının keçiriləcəyi ünvanların siyahısı
Bir ilimiz onsuz keçdi
“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu - VİDEO
Google Chrome-a yeni yasaq
Bayramda hər kəs ət bişirəcək: Qiymət yarıbayarı ucuzlaşdı
Dilqəmin məktubu çatdı
Hava limanlarında pulsuz internet olacaq
10 ən əsas insan qorxusu
Yazın ayaqqabı dəbi
Bakı şəhər İcra Hakimiyyəti icazə verdi
Bakıda bəy-gəlin üçün yol boşaldırlar
Azərbaycanda dollar bahalaşdı
Sonsuzluğun çarəsi tapıldı
"Eurovision 2018"in açılışı oldu-FOTO/VİDEO
Nadir Qafarzadə: "Hüseyn ölüb, cəhənnəmə, qara gora ölüb, böyük iş olub?"
Gilas sapının faydaları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]