1. Tənha qalmaq qorxusu
Hətta tamamilə özünə qapanma və cəmiyyətə zidd olan davranışla xarakterizə olunan autizm xəstəliyindən əziyyət çəkən insanlar da qəlblərinin dərinliklərində tamamilə tənha qalmaq qorxusunu hiss edə bilərlər. Bu qorxunun kökündə hər bir insanın xoşbəxt olmağa can atması durur. Madam ki, insanlar ibtidadan "ictimai (sosial) heyvan" hesab edilirlər, bu səbəbdən, biz özümüzü yalnız cəmiyyət içində olaraq, (arzularımızı, istəklərimizi) həyata keçirərək xoşbəxt hiss edə bilərik. Anlaşılmaz, qəbuledilməz, atılmış, rədd edilmiş olmaq - kimi gerçəklik insanın həzz almasından daha çox qorxmasına səbəb olur.
2. Ölüm qorxusu (akrofobiya, hemofobiya və s.)
Obrazlı düşüncə tərzi olan əndişə və bədgüman xasiyyətli insanlar. Məhz bu cür insanlar ölüm qorxusu və digər uyğun fobiyaların əsas daşıyıcılarıdır: örtülü (bağlı) məkan qorxusu, qan qorxusu, hündürlük qorxusu, ölülərdən qorxma, ağrı qorxusu, zorlanma qorxusu və s.
3. Sosiofobiya (açıq, ümumi çıxış etmə qorxusu), aqorafobiya (açıq məkan qorxusu)
İstər bu cür, istərsə də başqa yolla olsun, hamımız müxtəlif dərəcələrdə şəxsi hisslərimiz və emosiyalarımızı başqalarının gözü qarşısında biruzə verməkdən qorxuruq. Lakin bəziləri üçün bu cür qorxu beyninə girir və fobiyaya çevrilir. Bu xəstəlikdən əsasən obraz və sistemli tip düşüncə tərzi olan insanlar əziyyət çəkir. Əgər birinci dəfədirsə - diqqət mərkəzində olmaq üçün anadangəlmə yaradıcılıq xasiyyətidir (natura), gərəkli şeydir, amma müəyyən edilmiş xüsusiyyətlərin nəticəsinin qəbul edilməsində səhnə və ya açıq məkan qorxusu meydana çıxır. Digərləri üçün bu daha çox səriştəsiz, gülməli, axmaq kimi görsənmək qorxusudur.
4. Hörümçək, siçovul, tarakan (mətbəx böcəyi), ilan, təyyarə, bədheybət, iblis (şeytan), güzgü, kompüterin söndürülmüş monitoru, dikdaban qorxusu
Bütün bu qorxular bir məntəqədə kəsişir, yəni bütün bu qorxuların kökü, anadangəlmə obrazlı intellektə malik kəslərdə obrazlı düşüncə növünün tam inkişaf etməməsi ilə əlaqədardır. Bu cür qorxu və fobiyalara məhz anadangəlmə obrazlarla düşünən insanlarda rast gəlmək olar. Bu, hissi xasiyyətli kəslərdir: aktyorlar, rəssamlar, modellər və s. Bir sözlə, obraz və emosiyalarla düşünən kəslərdir.
5. İntim yaxınlıq qorxusu
Qorxu, yalnız 16 yaşlı yeniyetmələrdə deyil, 40 yaşlı tam yetkin kişi və hərdən də qadınlarda müşahidə olunur. Təəccüblüdür, amma bu xəstəliyə malik insanlar başqaları ilə nisbətdə libido (cinsi istək, ehtiras) cəhəti daha yüksək olanlardır. Lakin, buna baxmayaraq, birinci cinsi təcrübə uğursuzluğu və ya uşaqlıq incikliyi və tutqun (sarsılmış) emosiya səbəbindən həm də mürəkkəb (dolaşıq, çətin) seksuallıq var. Bu cür qorxuya malik insanlar demək olar ki, tez-tez inkişaf edilmiş sistemli düşüncəyə malik olurlar. Bu tip insanlar üçün ev rahatlığı, sevimli kitab və mətbəx həyatın daimi yol yoldaşlarıdır. İntim yaxınlığa gəldikdə isə, onlar sıxılma (utanma), qısılma, nəsə yeni bir şeydən qorxma kimi hisslər keçirirlər. Adətən kişilər uğursuzluq qarşısında qalma qorxusu keçirir və ya gülünc vəziyyətdə qalacaqlarından çəkinirlər. Qadınlar da həmçinin onları yaralayacaqlarından, satacaqlarından (xəyanət edəcəklərindən), incidəkcələrindən qorxurlar.
6. Dəli olmaq (ağılı itirmək, havalanmaq) qorxusu
Kifayət qədər spesefik və möhkəm qorxudur, amma bunu yalnız abstrakt təsəvvürlə (anlayışla) düşünən insanlar hiss edir. Adətən bu cür insanlar ruhani dünyanı, kainatı (aləmi) tanımağa, dini, fəlsəfəni, fizikanı öyrənməyə çalışan kəslərdir. Bu kəslər, ona bir az dəlisov da gəlsə, müdhiş ideyanı yaratmaq qabiliyyətindədir.
Bir çox şairlər, klassik və rok musiqiçiləri dəlilik qorxusunu keçiriblər, amma buna baxmayaraq özlərini və aləmi (kainatı) LSD, sürvə (şalfey) və s. müxtəlif narkotika və psixodelik vasitəsilə araşdırmağa çalışıblar.
7. Verminofobiya (bakteriya və mikroorqanizmlərdən qorxmaq)
Yəqin ki, siz gün ərzində əllərini onlarca dəfə yuyan, gün ərzində bir neçə dəfə evdə yıryığış edən, bir çox zərərsiz əşyalara toxuna bilməyən və bütün bunların səbəbi də, hər hansı bir "zərərli" virusa yoluxacağından qorxan insanları həyatınızda ya görmüsüz, ya da onlar haqqında eşitmisiz.
Bu cür qorxudan, bir qayda olaraq, yüksək məntiqi intelektə malik olan insanlar əziyyət çəkir. Adətən bu cür insanlar istedadlı mühəndislər, iqtisadçı, hüquqşünaslar olur. Məsələn, məşhur amerikalı ixtiraçı, rejissor və milyonçu Hovard Xyuz verminofob olub. Daha sonra, bu cür fobiya obsessiv-kompulsiv pozğunluğa keçid alır, hansı ki, insanı daha da şəxsi qorxu və vəsvəsələrinin dustağı edir.
8. Qorxaq olmaq qorxusu
Başqa insanlara görə anadangəlmə məsuliyyət hissinə malik gənc insanların keçirtdikləri əsl kişi qorxusudur. Məhz bu cür insanlar özlərində həqiqi idarəçi özəyinə malikdirlər və anadangəlmə xarizmaya sahibdirlər. Qadınların bir çoxu da bu hissi keçirir. Buna görə də, bu qorxu kişilər kimi qadınlara da bəzi vaxtlarda hazır olmaq (vəziyyəti idarə etmək, düzgün qərar qəbul etmək), lazım olduğunda özünü zəifləməyə imkan verməmək barədə yardımçı olur.
9. Zəhərlənməkdən qorxmaq
Bu qorxu müstəqil bir qorxu hesab edilir və adətən digər fobiyalarla heç cür əlaqəsi olmur. Buna görə ki, bundan, bir qayda olaraq, intuisiyaya əsaslanaraq düşünən insanlar əziyyət çəkir. Bu cür insanlar bütün dünyada, müxtəlif hesablamalara əsasən 5%dən çox deyil. Məsələn bu cür qorxu Stalində olub. Bunu müxtəlif mənbələr təsdiq edir. Psixoloji kuluarlarda (qeyri-rəsmi söhbətlər) belə şaiyələr gəzirdi ki, Vladimr Pozner, keçmiş maliyyə naziri Kudrin və məşhur amerikalı maliyyə mütəxəssisi Alan Qrinspen də bu fobiyadan əziyyət çəkiblər.
Hər halda, bu qorxu adətən düşünülməmiş hesab edilir və o, yalnız intuisiyaya əsaslanaraq düşüncə tərzinin yüksək dərəcəsinə malik insanlarda müşahidə olunur.
10. Qocalıq qorxusu
Gənclərdə kifayət qədər nadir hallarda, orta yaşlı qadınlarda tez-tez, həmçinin yaşı 50-ni keçmiş kaslb kişilərdə əmələ gələn qorxudur. Bu qorxu tamamilə anlaşılandır, axı qadınların bioloji mərhələdəki vəzifələri - uşaqları dünyaya gətirib, tərbiyə etmək, kişilərinki isə - nəslin davam etdirilməsi, ailəni qida və təhlükəsizliklə təmin etməkdir.
Tərcümə: Fərid Abdullah
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)