Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı bəzi yeniliklər tətbiq etməyi nəzərdə tutur.
Komissiyanın sədri Məleykə Abbaszadə Trend-ə müsahibəsində deyib ki, ölkə Prezidentinin sərəncamı ilə ötən il TQDK tərəfindən orta məktəb şagirdləri arasında keçirilmiş monitorinq imtahanlarının nəticələri dərsliklərin elmi-metodiki monitorinqini aparan qruplara təqdim ediləcək: "Monitorinq imtahanlarının nəticələrini qruplara təqdim edəcəyik və deyəcəyik ki, monitorinq imtahanı zamanı müəyyən olunmuş çatışmazlıqlar nəzərə alınsın. Ola bilsin ki, dərslikdə hansısa mövzu çox gözəl verilib. Ancaq nəyə görə bu sahə üzrə şagirdlərin bilik səviyyəsində çatışmazlıq var? Biz bu məsələləri monitorinq qruplara təqdim edəcəyik".
M.Abbaszadə deyib ki, monitorinqə xarici mütəxəssislər cəlb edilə bilər.Onun sözlərinə görə, xarici dil üzrə dərsliklərinin monitorinqində dil daşıyıcılarının da iştirak etməsi planlaşdırılıır: "Keçən il mən yalnız ingilis dil dərsliyi ilə əlaqədar bunu müəyyən qədər təşkil edə bildim. Ancaq bu, başqa xarici dil dərsliklərində mümkün olmadı. Mənə elə gəlir ki, biz bu il bu istiqamətdə də işlər aparacağıq və dərsliklərlə bağlı müəyyən təkliflər hazırlayacağıq".
Hazırda dərsliklərin monitorinqinin tam elmi əsaslarla aparıldığını deyən M.Abbaszadə hesab edir ki, monitorinqi aparılmış dərslik yenidən bu prosedurdan keçmədən 10-15 il istifadə oluna bilməz. Dərsliklər mütləq hər 4 ildən bir dəyişməli və onların monitorinqi də daim aparılmalıdır.
Komissiya sədrinin fikrincə, "bu gün dərsliklərin monitorinqləri aparılırsa, sabah onların hamısı yaxşı olacaq" deyə fikirləşmək düzgün deyil: "Fikirləşmək olmaz ki, bu gün monitorinq keçirilsə, sabah bütün dərsliklər yaxşı olacaq, bu dərsliklər elə belə də 10-15 il istifadə olunacaq. Belə deyil. Dərsliklər mütləq hər 4 ildən bir dəyişməlidir. Çünki yeniliklər kəşf olunur, tarix dəyişir, dərsliklərdə məlumatlar elmi nöqteyi-nəzərdən yaxud metodiki cəhətdən düzgün verilməyə bilər. Buna görə də dərsliklər mütləq monitorinqdən keçirilməlidir".
M.Abbaszadə qeyd edib ki, ötən tədris ili üçün monitorinqi planlaşdırılan bütün dərsliklər üzərində bu prosedurun həyata keçirilməsi başa çatdırılıb. Sentyabrın 10-dan sonra yenidən dərsliklərin monitorinqinə başlanacaq. Monitorinqlər əvvəlcə Təhsil Nazirliyinin təklifi əsasında, onlar üçün daha vacib olan dərsliklər üzərində aparılacaq
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bal ayını niyə təxirə saldıqları məlum oldu-FOTO
Taksi sürücüsünə hansı halda işləməyə icazə verilir?
2013-2014-cü il çanta modelləri
Kredit götürmək istəyənlərin nəzərinə: faizlər dəyişir
Burak Özçivit Rumıniyada ŞOK YAŞADI – VİDEO
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaqlar?
6 serial birdən finala çıxacaq
Güllərin özəlliyi
Qazandıqlarımız xaricilərin ciblərinə gedir
İordaniya İŞİD-ə “cəhənnəm” yaşadıb
Mənim gözəl Xaçmazım
Bakıya böyük rus axını
Uşaqlar üçün çətir modelləri
Dostları sayəsində dünyanı gəzdi
Bu da Audi Q1 krossoveri
Aclıq, yoxsa özünə qəsd?
Anar Məmmədxanov Moskvada anıldı
Körpələr üçün toxunma ayaqqabı modelləri
Qarpızlı və pomidorlu Gazpacho (foto resept)
Google axtarışı təkmilləşdirdi
Limonlu cheesecake (foto resept)
Yaşa görə pensiyaların 88 faizi e-qaydada təyin olunub
Qızılgül xanımlar (Emile Vernon)
Bunlar dövlət varidatı elan edildi - Siyahı
Türk general cəbhədə
Gələcəyinizi kimlərə tapşırmısınız?
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Yeni doğulmuş körpə
Pinqvin balaları Şaxta baba oldular
HAVA necə olacaq?-17 Sentyabr
Saxta əlillik dərəcələri ləğv ediləcək
Günortadan sonrakı yuxu ölüm riskini artırır
Qarabağ problemi həll olur
Qarabağın böyük tarixi abidəsi - Qaraköpəktəpə
Günün qoroskopu: yalnız belə olan təqdirdə...
Rusiyadan Qarabağla bağlı yeni təklif
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Qripdən qorunmaq üçün menyu.
Tarkandan Sevgililər günü paylaşımı - FOTO
30 gün əvvəldən bilet almaq mümkündür!
Ağ Evin Qarabağ xəyanəti
Keçmiş birinci xanım konsert verəcək
Qiyməli plov (foto resept)
Sucuq (foto resept)
Fıstıqlı peçenye (foto resept)
Murad Boz və Aslı Enverdən səmimi FOTO
Təzə balığın seçilməsi və saxlanması
Çempionlar Liqasında "Bavariya"nı cəzalandıran azərbaycanlı
Yenə qar yağacaq
Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]