Kəskin infeksion xəstəlik sayılan malyariya insanlar arasında ən geniş yayılan xəstəliklər sırasındadır. Xəstəliyi törədən plazmodiumlar (parazitlər) insan qanına düşdükdən sonra qaraciyərə nüfuz edərək hüceyrələrdə çoxalırlar. Xəstəliyə, əsasən, isti yay aylarında təsadüf olunur.
Bir sancma ilə yoluxma
Həkim-infeksionist Aygün Həsənovanın sözlərinə görə, malyariya plazmodiumları ilə yoluxmuş ağcaqanadın sancması nəticəsində onun ağız suyu vəzilərindən bu virus insanın törədici dərialtı toxumasına keçir. Burada plazmodiumların bir hissəsi tələf olur, lakin onların müəyyən miqdarı ümumi qan axınına düşür. Yoluxmuş insanın qanında plazmodiumların sərbəst dövranı cəmi 30 dəqiqəyə qədər davam edir. Bundan sonra qara ciyərin hüceyrələrində özünə yer tapan parazitlər burada toxuma forması şəklində inkişaf edir. Bu müddət ərzində insan heç bir narahatlıq hiss etmir. Ancaq eritrositlərə daxil olan parazitlər toksinlər ifraz edr. Qanda hərəkət edən parazitlər eritrosit laxtalanmasına səbəb olaraq qanın kapillyarlarda hərəkətinə mane olur. Bundan sonra insanda halsızlıq və zəiflik yaranır.
Titrəmə, yüksək temperatur
Həkim deyir ki, malyariyanın inkubasiya dövrünün müddəti 9 gündən 17 günə qədərdir. Xəstəlik qızdırma tutmaları ilə başlayır. Yeni yoluxan xəstələrin ancaq bir hissəsində 6-8 gün davam edən daimi qızdırma müşahidə edilir. Malyariyalı xəstənin qızdırma tutmaları günün müxtəlif vaxtlarında özünü büruzə verir. Lakin çox vaxt bu, səhər saatlarında baş verir. Əvvəlcə möhkəm titrəmə, soyuqluq hiss olunur. Xəstə qızışa bilmir, bu da onu isti geyimlər geyməyə məcbur edir. Titrəmənin ardınca hərarət yüksəlir və 40-41 dərəcəyədək artır. Xəstə baş ağrısı, mədə bulanması, əzələ ağrıları və davamlı qusmadan əziyyət çəkir. Qızdırma tutmaları zamanı xəstədə yanğı hissi güclənir. Bu zaman dəri quru və isti olur, üz qızarır, dodaqlar isə quruyur. Tutmanın başlamasından 5-6 saat sonra xəstədə güclü tərləmə baş verir. Tədricən hərarət ensə də, güclü tərləmə davam edir. Xəstə bu dövrdə çox zəif olmasına baxmayaraq xeyli yüngüllük hiss edir, çox vaxt hərarət düşən kimi xəstələr 10-12 saat yatır.
Patoloji dəyişiklik
A.Həsənovanın dediyinə görə, malyariyanın sonrakı gedişində müxtəlif orqan və sistemlərdə nəzərə çarpan bir sıra pataloji dəyişikliklər ortaya çıxır. Tədricən qara ciyər və dalaq böyüməyə başlayır. Xəstəlik uzun müddət davam etdikdə bu orqanlarda böyümə daha çox müşahidə olunur. Malyariyanın başlamasından 10-12 gün sonra dəridə zəif saralma olur ki, bu da eritrositlərin və qara ciyər parenximasının (qara ciyərin üzərindəki pərdə) zədələnməsi ilə əlaqədardır. Xəstəliyin ilkin dövründə üz dərisində, burun ətrafında, dodaqlarında çox vaxt suluqlu səpkilər meydana gəlir. Qızdırma tutmalarının şiddətli vaxtında taxikardiya, ürək hüdudunda sola az da olsa, genəlmə nəzərə çarpır. Malyariyanın uzun sürən formalarında bəzi xəstələrin pəncələrində, baldırlarında və bel-omba nahiyyəsində ödemlər yaranır.
Malyariyanın 12-ci gününə yaxın xəstədə qan azlığı baş verir: “Malyariyalı xəstələrin iştahı pis olur, onlar daim qida qəbul etməkdən imtina edirlər. Mədədə küt ağrı, ürək bulanması, bəzən ishal meydana çıxır. Xəstəlik uzun sürdükdə qara ciyər və dalağın böyüməsi ilə yanaşı, qarın da şişir. Xroniki malyariyada hepatit və qara ciyər serrozu inkişaf edir. Dərinin torpaq rəngə çalması, qara ciyərin böyüməkdə davam etməsi və bu orqanın bərk olması həmin xəstəliklırin əlamətləri sayılır”.
Malyariya koması
Həkim-infeksionist bildirib ki, malyariyanın ağırlaşması nəticəsində onun beyinə mənfi təsiri qaçılmazdır. Bu zaman mərkəzi sinir sistemində şiddətli sıxıntı baş verə bilər. Malyariya komasının başlanmasından qabaq çox vaxt yuxululuq dövrü - prekomatoz hal meydana çıxır. Koma başladıqda sonra qəflətən xəstənin huşu itir: “Komatoz halda olanda xəstənin bəbəkləri genəlir, üzünün ifadəsi laqeyd, dərisi quru, torpaq rəngdə olur, təzyiq düşür, nəfəs sürətlənir, udma pozulur, qarın köpür, qara ciyər və dalaq böyüyür, hərarət yüksəlir. Sidikdə eritrositlər və zülallar meydana çıxır. Komatoz halda olan xəstəni nevroloji müayinə etdikdə vətər reflekslərinin əvvəlcə yüksəlməsi, koma şiddətləndikcə enməsi ya da itməsi, qıc olmalar zamanı isə bükücü əzələ tonusunun artması müşahidə olunur. Malyariya komasının həyati təhlükə törətməsinə baxmayaraq, vaxtında aparılan müalicə tədbirləri nəticəsində bu vəziyyəti aradan qaldırmaq olar”.
Diaqnoz və müalicə
Həkimin sözlərinə əsasən, xəstəliyin müalicəsi üçün peyvənd mövcud deyil. Vaxtında diaqnoz qoyulduqda və müvafiq müalicə tədbirləri aparıldıqda malyariyalı xəstələrin tam sağalması müəyyən olunmuş dərman vasitələri ilə mümkündür. Xəstəliyin diqnozu qanda aparılan anlizdən sonra qoyulur. Bəzən xəstəliyin ilk günlərində daimi tipli temperatur olduğu üçün diaqnoz qoymaq bir qədər çətinləşir. Ancaq tədricən ortaya çıxan malyariya tutmalarından sonra xəstəliyi müəyyən etmək asan olur: “Xəstənin, həqiqətən də, malyariyadan əziyyət çəkdiyini dəqiqləşdirdikdən sonra o, dərhal qospitalizə edilir. Xəstəliyin birinci günündə və tutmalar zamanı asan həzm olunan yarım duru və vitaminlərlə zəngin yüksək kalorili qida verilir. Malyariyanın sürətli gedişi çox vaxt şiddətli qan azlığına səbəb olur. Belə hallarda xəstələrə dəmir preparatları, qan yaradan preparatlar təyin edilir. Müalicə düzgün və sxem ilə aparıldıqda malyariyalı xəstələrin 98 faizi tamamilə sağalır”.
İnfeksionist vurğulayıb ki, bir dəfə malyariyaya yoluxan və tamamilə sağalan insanın yenidən bu xəstəliyə yoluxma riski var. Bu malyariya ilə ilk dəfə xəstələndikdən sonra qazanılan immunitetin kifayət qədər davamlı olmaması ilə izah edilir.
Qorunma üsulu
Malyariyaya yoluxmamaq üçün, ilk növbədə, xəstəlik törədicisi olan ağcaqanad sancmasından qorunmaq lazımdır. Ağcaqanadın bir çox növü olmasına baxmayaraq xəstəlik yalnız Anopheles cinsindən olan ağcaqanad vasitəsi ilə yayılır. Onların qanadlarında ağ-qara ləkələr açıq görünür. Bu həşəratlardan qorunmanın müxtəlif üsulları mövcuddur. Bunun üçün evin qapı və pəncərələrinə qoruyucu torlar tutulmalı, onların fəal olduğu vaxtlarda, axşamdan səhərədək mümküsə, çölə çıxmamalı. Uşaqlar yatarkən yatağın üzərinə tor örtük (miçətkən) sərilməsi daha faydalıdır. Ətəyi və qolu uzun paltarlardan istifadə olunmalı, tünd rəngli deyil, açıq rəngli geyimlərə üstünlük verilməlidir. Bundan başqa uçan təhlükəyə qarşı spreylərdən, aerozollardan, dəriyə sürtülən repellentlərdən (həşəratı hürküdən kimyəvi vasitə) və elektrik cərəyanına qoşulmuş müxtəlif qoxu verən aparatlardan istifadə etmək mümkündür. Digər bir vasitə isə spirallardır. Yumşaq karton şəklində olan və yandırıldıqda tüstü buraxması ilə ağcaqanadı öldürmə qabiliyyətinə malik olan spiralların insana zərərini nəzərə alaraq bir neçə saat otağa girmək olmaz.
Bu həşəratlar, əsasən, bitki çox olan rütubətli, nəmişli əraziləri, durğun su hövzələrini və gölməçələri məskən seçirlər. Bunun üçün onları cəlb edən bu tip su mənbələri mümkünsə, ləğv olunmalı və ya dərmanlanmalıdır. Bu yolla paraziti yayan dişi ağcaqanadı və yumurtalarını məhv etmək olar.
Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR