Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, növbəti belə tədbir Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Nizami rayonunda keçirilib.
Rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən vətəndaş Emin Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Növbəti belə tədbir Binəqədi rayonunda keçirilib. Biləcəri qəsəbəsində mağazalardan birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını təşkil edən vətəndaş Anar Abdulxalıqov saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilib. Həmin şəxsin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Növbəti analoji fakt da Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində aşkarlanıb. Qəsəbə ərazisində yerləşən vətəndaş Ülvi Vəliyev priotexniki vasitələrin satışını həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə gətirilib.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində də pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tezalışan maddələrin satışı ilə məşğul olan vətəndaş
Nurlan Hüseynov tutularaq ərazi üzrə Mehdiabad Polis Bölməsinə gətirilib.
Saxlanılan şəxslərin hər birindən aşkar olunan pirotexniki vasitələr müsadirə olunub. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar müvafiq qərar verilməsi üçün məhkəmə orqanlarına göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir.

XƏBƏR LENTİ
Günün qoroskopu:Aktiv olun!
Bu yazı gözü zəif olanlar üçündür
“Aşk-i Memnu”dan sonra ilk dəfə
İllər sonra ilk dəfə Cıdır düzündə səhnə quruldu, Şuşada konsert verildi - VİDEO
Bakıda piyadalar da yol qəzası törədirlər
"Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb"
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Ürəklə əlaqədar həqiqətlər
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Günün qoroskopu: işlər pis getməyəcək
Çimərlikdə istifadə edə biləcəyiniz saç modelləri
Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı
Zabit Səmədov zəncini döydü, 1 milyon uddu
Meyvə yeməyi unutmayın!
Günün qoroskopu: xoşagəlməz, usandırıcı və yorucu...
Kişilər və biz
Goranboyda 110 yaşlı qadın koronavirusdan sağalıb
İvana Set sevgilisindən Ayrıldı-FOTO
Çəkiliş vaxtı cinayət işlədi
Kabab pomidor bağlaması (foto resept)
Dəm çaydanı üçün toxunmalar
Təbii qazın limiti bahalaşdı? - RƏSMİ AÇIQLAMA - VİDEO
Meyvələr və ət niyə dadlıdır?
Krımı Rusiyadan azərbaycanlı general qoruyur
Ən bahalı maşın-cəmi 1 ədəddir!-Video
"Qarabağ"ın uğurları onlarda niyə nifrət yaradır?
Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır
"Buffon üçün ürəyimin yarısını da verərəm"
Bakının harasında ev tikilməz?
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Evliliyi sona götürən məhşərin 4 əlaməti
DİN paytaxt sakinlərinə müraciət etdi: Maska taxın
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Qazi Elçin Səmədovun ailəsinə ev verildi - FOTO
Selena Gomezin "Tattoo"su fanatlarını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Mehriban Əliyeva pomidor-yumurtanı necə bişirib?
Hikmət Hacıyev: “Əcnəbi diplomatlar Gəncədə dinc sakinlərə qarşı hərbi cinayəti öz gözləri ilə gördülər”
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Bir gəncin məhəbbət hekayəsi
Azərduz xörək duzu
Uhanda çəkiliş aparan jurnalistlər itkin düşüb - VİDEO
Daxili qanaxmanın səbəbləri və müalicəsi
Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı
Pulqabı modelləri (2)
Son vaxtlar “donan” Xəzər dənizində daha bir narahatedici vəziyyət - Nazirlikdən AÇIQLAMA
Santa Klaus 7,5 milyard hədiyyə paylayaraq evinə qayıtdı – VİDEO
Bulvarda 9 WİFİ nöqtəsi quraşdırılıb
Qadın.Netlə birlikdə hamiləlik (XXIV həftə)
Ədəbiyyatsevərlər üçün müjdəli xəbər!
Jurnalist olmaq istəyənlərin diqqətinə!
