“Bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq müəssisə tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb”.
Bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən torpaqlarımızla birlikdə qədim abidələrimiz də işğaldan azad olunub. Otuz ilə yaxın bir müddətdə Ermənistan işğal altındakı ərazilərimizdəki tarixi abidələrdə beynəlxalq konvensiyalara zidd olaraq qanunsuz arxeoloji tədqiqatlar aparıb və bu işə bəzi Avropa alimlərini də cəlb edib. Bununla əlaqədar olaraq artıq Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılıb və müvafiq tədbirlər həyata keçirilir.
Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən edilib ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirilib.
Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.
Professorun bildirdiyinə görə, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcək. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Övladınızın onlayn dərslərə həvəsini necə artıra bilərsiniz?
İpoteka ilə bağlı yenilik gözlənilir
20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB
Azərbaycanda 1000 yaşlı ağac - Heç kim ona...VİDEO
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Pislik hissi
Məşhur ulduza nə olub?-FOTO
Bakıda metro terrorundan 20 il ötür
Azərbaycanın tanınmış alimi vəfat etdi
Kiçik çillə çıxdı, çərşənbələr gəlir...
Ata nəsihəti
"Buffon üçün ürəyimin yarısını da verərəm"
Bu muzeydən yığılan pullar təhsilə xərclənir
Piyadaların smartfondan istifadəsi qadağan edildi
Ağ şanı, yoxsa qara şanı?
Bakıda qeyri-adi TOY: Yaşıötmüş qız özünə bəysiz toy etdi - FOTO
Meryem Üzerli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu paylaşımlarına görə işdən qovuldu - FOTO
"X sinif dərsliklərində səhvlərə yol verilib" - DİM
Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA
Buğa bürcünün ən əsas 5 xüsusiyyəti
Pide çörəyi (foto resept)
Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI
Bakının bu ərazilərində işıq olmayacaq
Xəzinə ilə dolu gəmi tapıldı
"Taxt oyunları"nın 8-ci mövsumu yenidən çəkiləcək?
YouTube dəyişdi
Qafqazın ən böyük nağarası Şəkidə
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Pulun varsa bu ölkələrə get
Qadın.Netlə birgə hamiləlik (7-ci həftə)
Növbəti qışda daha sağlam olaq!
Aparıcı Mətanət yeni imicdə-FOTO
Sadə qələmləri heç belə görmədiniz
Təhsil Nazirliyi bu şəxslərə müraciət etdi
Azanı təhqir edən aktrisa həbs olunacaq
Mətbəximizdə keçmişə dönüş
Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib
Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”
Bu gün hava buludlu olacaq
Bu "ağıllı" qapı ev heyvanlarını tanıyır
İnternet zaman anlayışını dəyişir
Girovlar üçün müraciət
Bu da yeni Mercedes 600
Dünyanın müxtəlif ölkələrindəki məktəblilər
Bayram oldu, heç bilmirəm neyləyim: Bakı bazarında qiymətlər
Avstriyalı Anna və Kardinal Rişelye
Bürclərin asılılıqları
"Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"
İnanılmaz: ona 70 yaş vermək olar?














