Oğlum, mənim sənə verdiyim bu nəsihət sənin timsalında bütün bəşər cavanlarına bir vəsiyyətimdir. Diqqətlə qulaq as, çalış əməl et və bacardıqca səndən sonrakılara da çatdır.
Oğul, insan sifəti ilə dünyaya gəlmişik. İstəyirik insan sifəti ilə dünyadan köçək, onun vəsiləsi təqvadır. Sənə ilk nəsihətim budur-qəlbini təqva ilə doldur. Əgər qəlbin təqva ilə dolsa, gecə də adam olarsan, gündüz də. Allahın lazım bildiklərini özünə vacib bil. Nəbadə qoyasan qəlbinə ləkə düşə. Gün gələcək, dünya məhv olacaq, nə yer qalacaq, nə göy qalacaq, nə uçan, nə sürünən, nə heyvan qalacaq, nə insan qalacaq. Oğul, qəlbinə bəsirət ver ki, bu fani dünyaya bəsirət gözü ilə baxa biləsən, dünyanı heç nə görə biləsən. Bu dünyada kimilər taxta çıxar, kimiləri taxtdan düşər. Bax, bunlar bir ibrətdir. İbrət götürdüklərindən pisləri qəlbinə dəfn et, yaxşıları əxz eylə. Dünyaya gələnlər, Allahlıq ideyasına düşənlər nə günə qaldılar?... ''ALLAH'' deyib dünyadan köçənlər nə cür köçdülər, bala. Onlara bax, ibrət götür. Qəlbində Allahına yer ayır.
Oğul, hər yerdə İslam var. İslam insanlıq tarixi ilə başlayan bir dindir. Nə qədər ki, yer üzündə insan var, İslam da var olacaq. İslamda ol, dində, imanda ol. Vətənini, xalqını sev. Azərbaycan adlı bir vətənimiz var. Allah bu məmləkəti bizə bəxş edib. Hansı ki, torpaqlarının altı da sərvətdir, üstü də. Amma bu gözəl məmləkəti talayanlar, işğal edənlər var. Bax, onlara qarşı sərt ol. İslamdan, Qurandan başqasına baş əymə. Çətinliyə düşsən, Allahına pənah apar. Halalı bilib ,haramdan çəkil.
Oğlum, dünyanı gəzdim, dolandım. Hər yerdə saflıq axtardım, təmiz insanlar axtardım. Vəzifə sahibləri ilə dostluq etdim. Vəzifəli insanlar tanıdım. Hətta daha yüksək pillələrə çıxmaq üçün ehsan verənləri gördüm. Oğul, vəzifəli ol, amma namazda ol. Xəstəxanalar tikdir, yetim qəlbi sevindir, qocalara ehtiram göstər.
Elm adamları ilə oturub-durdum. Onlarda təkəbbürlük, hərəkətlərində əda, sözlərində saxtalıq və kitab cümlələri gördüm. Oğul ,elm adamı ol. Sözlərində, hərəkətlərində yalnız özün ol. Kiməsə oxşama, özünə bir cığır aç və o cığırla get.
Din adamları tanıdım, ruhanilərlə dostluq etdim. Qəlbimi onlara açdım ,amma onlarda ikiüzlülük gördüm. Minbərdən yuxarı danışanları, Quranı əzbər bilib, əməl etməyənləri gördüm. Oğlum,dində ol, ruhani ol. Dediyinlə əməlin düz olmasa, demə. Hamımız birik, hamımız insanıq. Din qardaşlarının arasına ayrılıq salma. Quranı düzgün tətbiq et özünə və düzgün təhlil eylə.
Tacirlərlə dostluq etdim, tərəzidə aldadanları, xırdavat edə-edə qəpiyə dönənləri tanıdım. Oğul, bazarda alver eylə, amma bazar adamı olma.
Məmurlarla oturub durdum. Xalqın azadlığını qorumaq əvəzinə, xalqa zülm edəni tanıdım. Oğlum, məmur ol, lakin günahsız olanı qoru və yalnız Allah yolunda rütbəni qaldır.
Həkimlərlə yaxınlıq etdim, üzərində əməliyyat gedə-gedə pulun azlığından ''narkozdan'' ayılan xəstə gördüm. Pulun çoxluğundan ''narkozdan'' ayılmayanları da gördüm. Doğum evlərində pula görə qışqıran, bağıranları da gördüm. Oğlum, həkim ol, amma ''hippokrata'' deyil, vicdanına and iç, vicdanının səsini dinlə.
Fəhlələrlə oturub durdum, mehribançılıq etdim. Dedim,bu insanlar dünyanın siyasi oyunlarından uzaq, zəhməti ilə dolanan bəxtəvər insanlardır. Bunlarda saflıq olmalıdır - amma görmədim .Elə bir-biri ilə dalaşan gördüm. Əlinə qazet, jurnal almayan, elmdən xəbərsiz olan, lakin yuxarıdan danışanları gördüm. Oğlum, fəhlə ol, amma ''qara fəhlə'' olma. İnsan ol, oğlum, insan.
Əsgərlərin içində oldum. Onlarda vəfa, vətənə sədaqət görmədim. Arxadan bir-birini vuran, silah tuta bilməyənləri gördüm. Müharibə meydanında əsir düşənləri, valideyninə satılanları gördüm. Oğul, əsgər ol, vətəninə oğul ol. Vətən-atan, anan deməkdir. Şəhidlik-Allah yanında ən böyük məqamdır. Mən demirəm şəhid ol. Qazi ol, qəhrəman ol. Yaşa və yaşat, balam.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Messidən möhtəşəm dönüş
İrəvan Rusiya işğalı dövründə
Gec evlənən kişilər bu yazını mütləq oxusunlar
Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır
Şeyma qızı ilə İstanbulu tərk etdi-FOTO
Qorxma, yaxınlaş anana
Zövqlü don modelləri
Bu il nələr dəbdədir?
Övladınızın istedadlı olmasını istəyirsinizsə...
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub
Şərbətli piroq (foto resept)
Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...
Feysbukdan SƏRT QAYDALAR
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Demet Akalın Amerikaya getdi-FOTO
Berkayın milyonluq oyuncağı-FOTO
Gözaltı ləkələrinin həlli yolları
Yeni şəbəkə hazırlanır
Xaş-xaşlı tort (foto resept)
Tərəvəzli noxud pizzası (foto resept)
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
45 yaşdan sonra ata olmaq istəyənlərin nəzərinə
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Cəbhədə qızğın atışma
Yayın "qış" xəstəlikləri
Ordumuzun irimiqyaslı təlimlərindən görüntülər
Sabahın HAVAsı
Ev dekorasiyasında yeni dövr
Qeyri-adi geyimlər
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Kələmli qarğıdalı salatı (foto resept)
Samsung Vyetnama köçür
Mağazadan mal alarkən ehtiyatlı olun
Günün qoroskopu: məqsəd və hədəfləri konkretləşdirməyə çalışın
Meyvə yeməyi unutmayın!
Göz laynerini asan çəkmə üsulları
Hər kəs bu toydan danışır!-FOTO
Əlləri ilə dünyanı kiçildən sənətkar
Soyuğadavamlı çiçəklər
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Broşlar
Göyün 7-ci qatında 7 düşüncə
Balıq salatı (foto-resept)
Ceyhun Bayramov üçtərəfli görüş üçün Pakistana gedir
Bazarda quru meyvələrə tələbat artıb - QİYMƏTLƏR
Adamyeyən narkotikanın qurbanları
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
“TikTok” istifadəçilərinə BƏD XƏBƏR
Çentik kababı (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]