“Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər”.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində deyib.
Prezidentin sözlərinə görə, o hiss edib ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq:
“Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək.
Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır.
Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik.
Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda.
Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.

XƏBƏR LENTİ
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Ronaldu və Messi olmayan yerdə: ilin ən gözəl qolunu kim vuracaq?
TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ
Çörək və xoşbəxtlik hormonu arasında əlaqə varmı?
Türkiyədə 1500 illik İncil tapıldı-Qeydlər Vatikanı ayağa qaldırdı-FOTO
25 milyon dollarlıq toy etdi-FOTO
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Braziliya matəm edir
Ermənistan mağazalarında Azərbaycan adı
Gürzə evin vanna otağında 35 bala doğdu
90-cı illərin saç və makiyaj trendləri geri gəlir
"O ses Türkiye"də Sevda Ələkbərzadənin səsi müzakirə olundu
Atomdakı qüsursuz nizam
Operatordan qəribə addım - VİDEO
Limon suyunun 10 faydası
Bakıdan Avropa və Asiya şəhərlərinə uçuşlar ucuzlaşdı
Kişilərdə cinsi istəksizliyin səbəbləri
Günün qoroskopu - 27.11.2013
"Santa-Barbara"nın aktyorları 24 il sonra - FOTO
Ucuz uşaq geyimlərinin dəhşətli sirri
Gökhan Özen məhkəməlik oldu
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Dünyanın ən kiçik restoranı açılacaq
Orta məktəblər pullu olacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda Məhərrəmlik başlayıb
İngilis dili-Ff (1)
8 milyondan çox sahibsiz evlər
Şuşada ilk çörək sexi fəaliyyətə başladı - VİDEO
Koronavirus yeni yolla yoluxa bilər
Münasibətləri bu dəfə tam fərqli davam edir - FOTO
Bu günün hava proqnozu
İsrail atəşkəsi pozdu
Hipersəsli silahların yeni erası: Rusiyada daha bir “Avanqard” hazır vəziyyətə gətirildi - VİDEO
Onların sayəsində dünyada 36-cı yerdəyik
Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edir
Janna Friskenin əri onunla evlənir-FOTO
Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun
Bu gölə girən daş olur
Daha çox alma, daha sağlam ürək
Uşaq otağı üçün xalça modelləri
Mustafa Sandal dörd mərtəbəli lüks villasını satışa çıxardı - FOTO
"İşıqpulu" arta bilər
Sevgilisini partlatmağa çalışdı-ŞOK NƏTİCƏ-FOTO
Yevlax dünya şəhərləri siyahısına düşdü
Dünya yeni ili necə qarşılayır?
Yeni trend: Saç sırğaları
Koronavirus pandemiyası səbəbindən çimərliklər timsahlarla doldu
Dollarda qəfil ucuzlaşma
Ət qovurması necə bişirilməlidir?
Tələbələrdən polislərə qəribə sürpriz -FOTO
