İşğaldan azad edilən Qubadlı hansı iqtisadi potensiala malikdir? - ŞƏRH
Qubadlıda aqrar, tikinti, emal və hasilat sənayeləri inkişaf etdiriləcək.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.
Bildirilir ki, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Qubadlı rayonu Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. Qeyd edilən iqtisadi rayon digər iqtisadi rayonlarla müqayisədə mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir.
Adətən, dağlıq relyefə malik mineral resursların istifadə olunduğu coğrafiyalarda turizm sektorunun potensialı daha az nəzərə çarpır. Buna baxmayaraq Kəlbəcər-Laçın iqtisadi rayonu mədən yataqları və turizm potensialı ilə unikal ahəngdarlığa malikdir.
Kəlbəcər və Zəngilan rayonu kimi, Qubadlı rayonu da bu zonada təbii yataqları ilə fərqlənir. Rayonda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qeyd ehtiyatların hər biri Kəlbəcər-Laçın iqtisadi rayonunu digər iqtisadi rayonlardan fərqləndirən əsas cəhətlərdəndir.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tufu, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) daşı xüsusi vurğulanmalıdır.
Qeyd etmək lazımdır ki, rayon ərazisində yerləşən əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur.
Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibində yer alan Qubadlı rayonu təbii ehtiyatlar cəhətdən Cəbrayıl və Zəngilanla bir çox ortaq xüsusiyyətlərə malikdir. Hər üç rayonda yerləşən mişar daşı yatağı ölkəmizin tikinti sektorunda tələbin qarşılanmasında birbaşa rol oynacaq.
Belə ki, iqtisadi rayonun tərkibində hasil edilərək sonra istehsal potensialına malik bir sıra tikinti sektoruna yararlı resurslar ölkəmizə həm də idxal edilir. Belə ki, iqtisadiyyatımızın inkişafında drayver roluna malik tikinti sektoru inkişaf etdikcə, tikinti mallarının bir hissəsinin idxalını da artırır. Artıq Cəbrayıl, Zəngilan rayonlarından sonra, Qubadlı rayonunun da işğaldan azad edilməsi ilə tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılaya bilərik.
Rayon ərazisindən Bərgüşad, Həkəri çayları və onların qolları axır. Sözügedən çay suvarma və su elektrik stansiyası üçün əlverişlidir. Belə ki, Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olan iqtisadi cinayətkarlıq sözügedən çayların istismarı ilə də bağlıdır.
Belə ki, 2009-cu ildə inşasına başlanılan üç su elektrik stansiyası 2011-ci ildə fəaliyyətə başlayıb. Qarşıdakı müddətdə daha üç elektrik stansiyasına başlamaq niyyətində olan Ermənistanın arzusunu Azərbaycan ordusu xülyaya çevirdi.
Xüsusilə, sahəli mütəxəssislərin fikrincə, Qubadlı bölgəsinin su ehtiyatlarından istifadə ilə gücü təxminən 40 MGW olan su elektrik stansiyası tikmək mümkündür ki, bu Kəlbəcər-Laçın iqtisadi rayonunun böyük hissəsini su ilə təmin edə bilər. Bundan əlavə, su ehtiyatları vasitəsilə Dağlıq Qarabağın digər suya tələbatlı sahələrinin inkişafı üçün böyük bir stimul ola bilər.
Sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu.
Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olub.
Nəticə etibarı ilə, Kəlbəcər-Laçın iqtisadi rayonunda yerləşən Zəngilan və Qubadlının işğaldan azad olunmasından sonra iqtisadi rayonun 50 faiz hissəsi Azərbaycan dövlətinin nəzarətinə keçib. Digər rayonlardan bir sıra iqtisadi üstünlükləri ilə seçilən bu zona Azərbaycanın iqtisadi və inklüziv inkişafında da ciddi rol oynayacaq.
XƏBƏR LENTİ
Xərçəngdən qoruyan B17 vitamini hansı qidalarda var?
Borcu olanları türmə gözləyir
Con Travoltanın xanımı vəfat etdi-FOTO
Paris moda həftəsindən yadda qalan geyimlər
28 min abituriyent arasında maksimum bal toplayan Səbinə - FOTO
Şərəfli döyüş yolu keçən 24 yaşlı qazimiz - VİDEO
Kişilər necə qadın axtarırlar?-Müzakirə
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
Xoşbəxt ailə üçün 5 maddə
"Banklar insanların intihar etmələrinə səbəb olur" - Millət vəkili
Yaşlı görünməyinizə səbəb olan makiyaj xətaları
100 min dollarlıq gəlinlik geyinəcək-FOTO
Aybüke Pusat jurnalistlərə etiraz etdi-FOTO
Badımcan küküsü (foto resept)
Tənhalıq qorxusunun öhdəsindən necə gəlməli?
Marsda su?
Bakıda inşa olunan möhtəşəm olimpiya stadionunun göörüntüsü
Kimsəsiz ölən məşhur aktrisa
İngilis dili - XXIX dərs
Pişik üçün türbə ucaldıldı
Xəzər kənarında bu obyektlər hasarlana bilər - SİYAHI
Biologiyadan özünü sınamaq istəyənlərə...
42 dərəcə isti olacaq
Pişik körpəni ölümdən xilas etdi – VİDEO
Yaşlı görünməyinizə səbəb olacaq stil səhvləri
Kişilər doğuş sancısı çəkdi
Hava haqqında
Depressiyanıza səbəb yediklərinizdir!
"Qalatasaray"a İtaliyadan şad xəbər
Bu günün tarixi (23.08.2014)
Günün qoroskopu:Aktiv olun!
Ən ucuz internetli telefon buraxıldı
Günün qoroskopu: maliyyə məsələlərində mənasız risklər etməyin
Serenay Sarıkaya səs dərsləri alır-SƏBƏB
Yeni qaydalarla tədris prosesində müəllimlərin dərs yükü artacaqmı? - AÇIQLAMA
Yevlaxda Olimpiya İdman Kompleksi tikiləcək
2019 payız qarderobunuzda nə olmalıdır?
Aynada özümüzə baxırıqmı?
Bu film hər kəsi GÖZ YAŞLARINA BOДћDU - VİDEO
Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi - RƏSMİ
Gənclər üçün pəhriz
Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlandı
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü
Bakıda qeyri-adi canlı peyda oldu-FOTO
Bu da İŞİD-in qırıcıları
Günün ulduz falı - 13.12.2013
Messi Raulu geridə qoydu
Şabalıdlı kələm dolması (foto resept)
Yeni ildə neçə gün İŞ OLMAYACAQ? - VİDEO
Xudaya yar olan şəhidimiz - VİDEO