Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin işğal altında olan torpaqlarımıza səfəri ilə bağlı məsələyə münasibət bildirib.
“Qeyd etmək istərdik ki, Almaniyada olduqca mənfi imicə sahib olan bu deputatlar AfD partiyasında Ermənistanın xeyrinə təbliğat aparan qruplaşmanın üzvləridir. Andreas Kalbits AfD partiyasının idarə heyətinin 15 may 2020-ci il tarixli iclasında neonasist Respublikaçılar partiyasına üzv olması əsas gətirilməklə, neonasist keçmişinə görə partiya sıralarından xaric edilib.
Qeyd edək ki, Bundestaqın deputatı Ştefan Koyter də ictimaiyyətdə nasist və anti-semitist şüarlardan həvəslə istifadə etməsinə görə seçilir.
Yuxarıda adları qeyd olunan deputatların adları 2019-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb. AfD siyasətçilərinin adları təkcə Azərbaycanın işğal olunmuş bölgələri deyil, bütövlükdə post-sovet məkanındakı münaqişə bölgələrinə tez-tez qanunsuz səfərlər etməkdə hallandırılır.
Qeyd edək ki, bu dördlüyün ötən ilin mayında etdikləri qanunsuz səfərlə bağlı Bundestaqın və Brandenburq Landtaqının prezidentlərinə göndərilən etiraz məktublarına müvafiq tərəflərdən verilmiş cavablarda səfərin həmin qurumlarla razılaşdırılmadığı, hər hansı komitəsinin icazəsi ilə baş vermədiyi və səfərlə əlaqədar bütün məsuliyyətin onun iştirakçısı olan deputatların üzərinə düşdüyü vurğulanmışdır. Eyni zamanda qeyd edək ki, Bundestaqın AfD fraksiyası münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair ortaq mövqe ortaya qoyur”.
XİN rəsmisi bildirib ki, ökəmizin Almaniyadakı səfirliyi tərəfindən sözügedən qanunsuz səfərlə əlaqədar AFR XİN-ə nota, Bundestaq və Brandenburq Landtaqlarına etiraz məktubları göndərəcəkdir:
“Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir.
Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir”.
Qeyd edək ku, bu ilin 18 oktyabr tarixində Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti Şteffen Kotre (Steffen Kotré), Ştefan Koyter (Stefan Keuter), Andreas Qalau (Andreas Galau), Andreas Kalbits (Andreas Kalbitz) işğal altında olan torpaqlarımıza səfər edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan və Türkiyə Qarabağ münaqişəsini müzakirə ediblər - FOTO
Bakıda külək istiqamətini dəyişəcək, rayonlarda duman olacaq
Qayıdan qırtlaq siniri
Toz almaqla bağlı praktik məsləhətlər
Evinizi payıza hazırlamaq üçün 5 yol
Tez qocalmağa səbəb olan qidalar
HAVA necə olacaq?
Həkim rəyi olmadan eynək satılmayacaq - YENİ QANUN LAYİHƏSİ
Disney şəhzadələrinin modern görünüşləri
Ən uzun kanat yolu tikilir
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı
Ərik pəhrizi
Asan dondurma (foto resept)
Təhsil Nazirliyindən 8 Mart açıqlaması
Yerkökülü rafaello (foto-resept)
Həsən Həsənov dəfn olunur
Sofi Törner ana olacaq!-FOTO
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
70 yaşlı aktyor yenidən ata olacaq
Zaman heç nəyin dərmanı deyil!
Can Yamandan ağlasığmaz addım
Ukraynada prezident dəyişir?
Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb - RƏSMİ
63 dəfə küsüb barışdılar - FİLM
Amerikalı alimdən valideynlərə SOS
Sevgi varlığımızı bəsləyir
Gənclərin yeni dəbi budur?
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Ana və ata münasibətinin uşağa təsiri
Dünyanın ən möhkəm yapışqanı
Demet Akalın Hadiseyə söz atdı-SƏBƏB
Cavanlar üçün təhlükə: qocalıq psixozu
Onu görən gözlərinə inana bilmir-FOTO
2020 Oscar Mükafatları sahiblərini tapdı
Çay haqqında maraqlı faktlar
Sançes: "Braziliya millisindən qorxuruq"
Novruz çərəzini necə seçməli?
Zəmzəm suyunun faydaları
Virusun yayılacağını iki il əvvəl biliblər? - Üzə çıxdı... (VİDEO)
Düyü pəhrizi
Uşaqlara bu dərmanları verməyin!
Hamiləliyin qarşısını almaq üçün ƏN QƏDİM və DƏHŞƏTLİ ÜSULLAR
Yaqut Qarayeva: “O şəxslər koronavirus xəstəsi kimi müalicə alırlar”
Hello kitty-dən çantalar
Kim deyir ki, qadın zəif məxluqdur?
Heyvanları fikirlə idarə etmək olacaq?
Cizgi film qəhrəmanından möhtəşəm evlilik təklifi – VİDEO
Maradona əməliyyat olundu














