“Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda rəsmi səfərdə olan Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla birgə “TurAz Qartalı” hərbi təlimlərini izləyən və hərbçiləri təbrik edən nazir bəyan edib ki, ikinci vətəni Azərbaycanda olmaqdan məmnunluq və həyəcan hiss edir: “Türkiyə və Azərbaycan iki dövlət olsalar belə eyni millətin övladlarıdır. Bizim tariximiz, dilimiz, irfanımız, mədəniyyətimiz birdir. Canımız, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vazkeçilməzdir”.
Onun sözlərinə görə, iki dövlət atalarından əmanət qalan qardaşlıq bağlarını əl-ələ verərək gələcək nəsillərə miras qoymaq vəzifəsini daşıyır: “Bu fikirlə iki dövlət, bir millət anlayışına sahib Azərbaycan və Türkiyə dünən olduğu kimi, bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və sevincdə bir və bərabər olub. Bundan sonra da olacaq. Bundan heç kimin şübhəsi olmasın. Geosiyasi problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğıarının sürətlə artdığı dövrdə iki dövlərin bərabərliyi, əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən can Azərbaycan ilə hər sahədə yaxşı münasibətlərimizi daha da inkişaf etdirmək üçün işlərimizi artırmaqda davam edirik”.
Akar bildirib ki, hər an hərəkata hazır ordu üçün müasir silah, avtomobil və avadanlıqlara sahib olmaqla yanaşı, yaxşı təlimli heyət də əhəmiyyətlidir: "Heyətin ən üst səviyyədə yetişdirilməsi və müharibə şərtlərinə hazırlaşması üçün təlimlər əhəmiyyətli tədris mərhələsidir. Müştərək və birləşmiş təlimlər orduların birlikdə işləmə və hərbi hazırlıq səviyyəsinin əhəmiyyətli göstəricisidir".
“TurAz Qartalı” təlimlərinin uğurla məqsədinə çatdığını ifadə edən türk general bu və bundan sonra həyata keçiriləcək təlimlərin iki qardaş ölkənin təhdid və təhlükələrə qarşı ortaq mövqeyini bütün dünyaya göstərəcəyini bildirib.
Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimizdir. Azərbaycanın sevinci sevincimizdir” sözlərini xatırladan Akar çıxışını belə yekunlaşdırıb: “Ermənistanın Azərbaycanın Tovuz rayonunda gerçəkləşdirdiyi xain hücumu bir daha şiddətlə qınayırıq. Azərbaycan xalqına başsağlığı, səbr, Silahlı Qüvvələrinə güc-qüvvə diləyirik. Yaşadığınız kədəri millətcə dərindən hiss edirik. Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın haqlı mübarizəsinə və ərazi bütövlüyünə olan dəstəyimiz bundan sonra da eyni şəkildə davam edəcək. Azərbaycanın işğal altındakı topraqlarını xilas etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq. Tovuzdakı xain hücumda şəhid olanları, suverenlik və müstəqilik uğrunda canlarını fəda edən bütün şəhidləri və əbədiyyətə qovuşan qəhrəman qaziləri rəhmət və minnətlə yad edirik”.
XƏBƏR LENTİ
Hind piroqu (foto resept)
Tarkan doğulmamış qızı üçün ev aldı
Camaat bələdiyyə sədrinə qarşı: "Elə küçədə, maşının üstündə..."
Qarpız yeyək, yeməyək?
Fizika üzrə “Nobel mükafatı”nın qalibləri açıqlandı
Hava haqqında
Cennifer Lopez məktəbli "forması" geyindi- FOTO
Nelson Mandela haqqında bilmədiklərimiz
Android-də səhvlər tapanlara pul veriləəcək
Hər gün aldığımız bu qidalar xərçəng yaradır-SİYAHI
Nepalda yenidən güclü zəlzələ oldu
Krallıq toyuna Kate Middletonun damğası
Səudiyyə Ərəbistanının kralı vəfat edib
Yaz-Yay geyimləri
Xəzər dənizinin sahilində çoxlu sayda suiti ölüsü tapılıb
Kadırov İŞİD-ə meydan oxudu
2018/2019 Payız-Qış dəbi
Təyyarədə rastlaşa biləcəyiniz qəribə hallar
Həkimdən şok etiraf: “Xəstələrin ölmələrinə qərar verirdik...”
Havalar soyuyacaq
Ət qovurması (foto-resept)
Tərəvəzli plov (foto resept)
Niyə itirdik laylaları?
Ahmet Kayanın həyatı film olur
20 min abituriyent keçid balını yığa bilməyib
Saç tökülməsinin gizli səbəbləri
Mayda bağlanacaq yollar
Ağcaqanadlar oğrunu polisə təslim etdi – İnanılmaz olay
Ancelina Coli və Bred Pitt görüşdülər-FOTO
Ürək əməliyyatından sonra nələrə diqqət etməliyik
5G nə zaman reallaşacaq?
O, qanımızı da əvəz edəcək
Rəngarəng fincanlar
Qarabağda metallurgiyanın inkişafı potensialı böyükdür
Ajda Pekkan Bengüyə Cavab verdi
Pozitiv olmağın mənfi tərəfləri
Ən çox hansı xəstəliklərdən əziyyət çəkirik? - SİYAHI
Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb
Xiyar maskaları ilə gözəlləşin
Dilinin altına qənd qoy!
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Çayımızın da duzu var
Üz şəklinizə görə ləl-cəvahirat seçimi!
Eser Yenenler yeni pəhrizə başladı
Boksçumuz dünya çempionu oldu
Moruq mürəbbəsi (foto resept)
13 yaşlı fotoqraf vəhşi təbiəti ƏLÇATAN YAXINLIQDA ÇƏKİR
HAVA necə olacaq?
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
Pele prezidentlərin sözünü yerə saldı














