“Bu pusquda boğulacaq və gördükləri işin cavabını mütləq verəcəklər”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovla rəsmi görüşündə deyib.
Ermənistanın Azərbaycanla sərhədinin Tovuz rayonu istiqamətində 12 iyuldan etibarən həyata keçirdiyi təxribat haqqında danışan türk nazir bildirib ki, Azərbaycanın kədəri Türkiyənin kədəridir: “Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Qanlarının yerdə buraxılmayacağından əmin olduğumuzu ifadə etmək istəyirəm. Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirilən hücumu şiddətlə qınayırıq. Orada yaşadığınız bütün ağrıların burada çox dərin şəkildə hiss edildiyini hamınızın bilməsini istəyirəm”.
H.Akar qeyd edib ki, Dağlıq Qarabağ heç bir hüquqi səbəb olmadan və qanunazidd şəkildə işğal olunub, bu, Türkiyə üçün qəbuledilməzdir: “Qəbul etməyimizin mümkün olmadığını hər platformada söylədik, söyləməyə də davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların verəcəyi bütün mübarizələrdə onlarla birgə olduğumuzu cənab prezidentimiz başda olmaqla, Türkiyədə hərbi və mülki hər kəs ifadə edir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Buna bütün qəlbimizlə inanırıq ki, biz iki dövlət, bir millətik. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Kədərdə və qürurda birlikdəyik. Cənab prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi, bu, həqiqətən də, ermənilərin boyundan böyük təşəbbüsdür”.
Nazir vurğulayıb ki, Türkiyə Respublikası və Türkiyə Silahlı Qüvvələri əlindən gələn nə varsa, etməyə davam edəcək: “Bundan kimsənin şübhəsi olmasın!”.
Qeyd edək ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal da iştirak edib

XƏBƏR LENTİ
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
İki nazirliyin 30 əməkdaşı işdən çıxarıldı
Müəllimləri müsabiqədənkənar işə qəbul edəcək məktəblərin SİYAHISI
İrem Derici sarışın oldu - FOTO
Qoz ləpəsi nə üçün insan beyninə bənzəyir?
Evdə açma (foto resept)
Gözəl dəri üçün kartof maskası
Beyninizin gənc qalmasını istəyirsiniz?
Günəş şüalarının qarşısını alan maskalar
Soğan dolması (foto resept)
Pensiya və müavinətlər artırıla bilər
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Qızına oxuduğu mahnı "TikTok"da rekord qırdı
Körpələrin psixi inkişafı
Vatikan rəsmən Fələstini tanıdı
Cəhənnəm dəhşətini yaşamış insanlar
ABŞ Rusiya ilə savaşa girir?
1500 nəfərlik erməni ordusu Qarabağdan Suriyaya göndərildi
Ətli qara kahı (foto resept)
Leyla Əliyeva: Onlar məni heç vaxt kədərli görməyiblər
Nokia özünə gəlir
Koronavirusa görə milyardlarını itirən varlılar - SİYAHI
Suyun əhəmiyyəti
Şəhid polkovnikin oğlu atasının arzularından danışdı - VİDEO
Adət, yoxsa qonşudan dala qalmamaq?
İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı
Hande Erçelin Geyimi MÜZAKİRƏ OLUNDU-FOTO
Qulaq plastikası - Otoplastika haqqında
Qız uşaqları ücün geyimlər
Hande Erçel yeni layihə ilə ekranlara qayıdır
Telefondan çox istifadə etdiyi üçün kor oldu
Gündəlik normal qidalanma
Sadə manikür
Türkiyə gözəli "Survivor"-a yollandı-FOTO
Keks bişirməyin sirləri
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Telefonla film çəkdi 25 min qazandı-FOTO
Qarğıdalı ununun faydası və qarğıdalı çörəyinin bişirilmə qaydası
"Şinitzel" toyuq (video-resept)
Ermənilər daha bir məscidimizi tövləyə çevirdi - VİDEO
Maşından maşına tullanan “kabus” kameraya düşdü – VİDEO
İpoteka krediti almaq istəyənlər xoş xəbər-VİDEO
İlham Əliyevin bu sözləri TÜRKİYƏNİ SİLKƏLƏDİ
Məşhur aktrisadan gözlənilməz cavab
Makiyajdan sonra təbii maska
Eynşteynin gözləri, Edisonun son nəfəsi...
Polis əməkdaşlarına dövlət mükafatları təqdim olundu
Bu pişik milyonları heyrətləndirdi - FOTO
Körpənin çənəsi niyə əsir?
Yüksək bel çimərlik geyimi dəbi
