“Dünən paytaxtın bir sıra rayonlarında kəskin, xoşagəlməz iy-qoxu hiss olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bununla bağlı daxil olan məlumat operativ araşdırıldı və ilkin olaraq həmin iy-qoxunun mənbəyinin Böyükşor gölü olduğu müəyyən edildi”.
Qadin.Net bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu barədə oxu.az- a məlumat verib.
Məlumatda deyilir ki, Nazirliyin müvafiq qurumları tərəfindən həm gölün suyundan, həm də atmosferdən nümunələr götürülərək bioloji və kimyəvi analiz aparılıb:
“Analizlərin bir qisminin nəticəsi əldə olunsa da, bəzilərinə bir az zaman lazımdır. İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır.
Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir: Ətrafda yerləşən bəzi məntəqələrin, istehsalat müəssisələrinin, yaşayış evlərinin tullantıları, çirkab suları vahid mərkəzləşmiş kanalizasiya sistemi olmadığına görə, həmin gölə axıdılır. Bu səbəbdən orada az da olsa, iy-qoxu müşahidə edilirdi. Lakin dünənki kəskin qoxunun səbəbi həm analizlərdən, həm də digər istiqamətlər üzrə apardığımız təhlillərdən sonra müəyyənləşəcək.
İlkin ehtimallardan biri iki gün öncə “Sobsan” boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılmasıdır. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə həmin məsələni də araşdırırıq. Aparılan araşdırmaların və kimyəvi-bioloji analizlərin nəticəsi məlum olduqdan sonra yekun rəy ictimaiyyətə açıqlanacaq”.
H.Əlizadə son illərdə Böyükşor gölünün təmizlənməsi istiqamətində dövlət tərəfindən kifayət qədər böyük tədbirlərin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı proqramların icrası davam etdirilir:
“Təqribən 10 il əvvəl bu göl ekoloji fəlakət zonası elan edilmişdi. Son illər keçirilən tədbirlər gölün ekologiyasına müsbət təsir edib. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sərdar dünən boşandığı xanımını həkimə apardı
Prezident iki icra başçısını işdən çıxardı
Bakıda qarğalar niyə kütləvi şəkildə ölür?
Azərbaycanda koronavirusa yoluxmanın artmasının əsas səbəbi açıqlandı - RƏSMİ
Boşananların sayı evlənənlərdən çoxdur
AİSEL “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq - FOTO
Evinizdə olan bu 8 əşyanı atın
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Dünyanın ən yaxşı otelləri
ABŞ tarixində ilk qadın prezident?
Hava haqqında
ÜST rəsmisi COVID-19-un ikinci dalğası barədə nikbin açıqlama verdi
Qvinet Peltrou izləyicilərini HEYRƏTLƏNDİRDİ-FOTO
Elektrik enerjisinin qiyməti və metroda gedişhaqqı bahalaşacaq?
Hansı hallarda təqiyyə etmək olmaz?
Aslı Enver yeni FOTOsessiyada
Apple lobbiçilərin pulunu artırır
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Bütün zamanların ən gözəl qadınları
Makiyaj ustasından dodaq makiyajı
Ermənistanla sərhədin bir addımlığında - VİDEO
Çay dəmləmənin qızıl qaydaları
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Uşaqlarda otit xəstəliyi
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
Kəbədə dezinfeksiya işlərinə başlanılıb - FOTO/VİDEO
Peris Hilton türkiyəli aktyora aşiq olub?
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
2012-ci il notbookları və netbookları
Koronavirusun yeni mutasiyasının təhlükəsi barədə XƏBƏRDARLIQ
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
Cəbhə bölgəsində yaşayanların nəzərinə!
DİQQƏT! Satışda saxta qızıllar var
Jaguar F-Type-ın üstü açıldı
Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI
Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO
Balalarımızın şirin sözləri (Son)
Eşq boy tanımır
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Jerar Depardenin məhkəmə işi ləğv olundu-FOTO
Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məşkunlaşdırma siyasəti - FOTOFAKT
Cütlüklər arasında ən əsas 5 problem
Məşhur aktrisa gündəmdədir-SƏBƏB/FOTO
Müalicəvi vannalar
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
"Babil" bu tarixdə yayımlanacaq
Ən təhlükəli qeybətcil tiplər
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
Əhvalınız tez-tez dəyişirsə, oxumağınız məsləhətdir














