"Bakı metropoliteni" və "Azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyətlərində də sərnişinlər üçün gediş haqqının bahalaşması baş verə bilər
Azərbaycanda elektrik enerjisi bahalaşa bilər.Musavat.com xəbər verir ki, bu barədə tanınmış ekspert Qubad İbadoğlu yazıb. Onun təhlilinə görə, hökumət sosial mahiyyətinə görə bu addıma gedə bilər. Bu da digər sahələrdə qiymət artımlarını tətikləyər.
İqtisadçı alim Qubad İbadoğlunun bu mövzuda yazdığı məqaləni təqdim edirik.
* * *
“Azərbaycan manatının ucuzlaşmasından sonra bır sıra dövlət şirkətlərinin maliyyə vəziyyəti xeyli pisləşib. Onlar arasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusilə fərqlənir. Kredit borcu əsasən valyuta ilə olan və xaricdən dövlət təminatı ilə ən çox kredit götürən "Azərenerji" ASC manatın devalvasiyasından sonra özünəməxsus maliyyə vəsaitləri hesabına borc öhdəliklərini yerinə yetirə bilməyəcək.
Bununla yanaşı, şirkətin sürətlə artan investisiya öhdəlikləri (4 milyard dollardan çox) və vergi borcları (1 milyard dollaradək) hazırkı situasiyada onun maliyyə sabitliyini daha pisləşdirib, ödəmə qabiliyyətini aşağı salıb. Şirkətin istehsal etdiyi məhsulun maya dəyərinə yanacaq, maşın və avadanlıqların xərcləri əhəmiyyətli paya malikdir. Belə ki, "Azərenerji" ASC-də yanacaq xərcləri şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil edir. Əgər "Azərenerji" ASC-yə ARDNŞ-in satdığı qazın qiymətlərində ucuzlaşma baş verməzsə və onun kreditor borcları dövlət büdcəsi hesabına bağlanmazsa; "xərclər plyus" mexanizmi ilə tariflərin müəyyənləşdirilməsinə keçilməyəcəyi təqdirdə şirkətin defolt olması ehtimalı getdikcə artır. Vəziyyətdən çıxmaq üçün mümkün yolların hər biri müxtəlif səviyyəli sosial risklərə malikdir. Birinci yol kreditor borclarının büdcədən qarşılanmasıdır.
Lakin neft qiymətlərinin kəskin ucuzlaşması səbəbindən proqnozlaşdırdığı gəlirlərin yarısını belə əldə etməyən Dövlət Neft Fondunun dövlət büdcəsinə transfer öhdəliklərində yaranan çətinliklər fonunda büdcə xərclərinin artımı deyil, ixtisarı daha çox ehtimal olunur. İkinci yol isə enerji tariflərinin "xərclər plyus" mexanizmi ilə tənzimlənməsidir.
Bu sistemə keçid elektrik enerjisinin qiymətlərinin bahalaşmasını şərtləndirir. Onun ardınca isə "Bakı metropoliteni" və "Azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyətlərində (QSC) sərnişinlər üçün gediş haqqının bahalaşması baş verə bilər. Bu yol sosial baxımdan daha riskli olsa da hökumətin hazırkı maliyyə durumunda daha real görsənir. Odur ki, elektrik enerjisinin qiymətinin bahalaşması labüddür və Tarif Şurasından belə qərarı istənilən anda (daha çox ehtimal olunan yay aylarında) gözləmək mümkündür. Amma hökumət onu da nəzərə almalıdır ki, ərzaq xərclərinin bahalaşdığı indiki dövrdə bir çox ailələr hətta hazırkı tariflə elektrik enerjisini ödəməkdə belə çətinliklərlə qarşılaşırlar”.
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR