2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq. Bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək.
Qadin.Net bildirir ki, Baku.Tv xəbərinə görə, Təhsil Nazirliyinin baş məsləhətçisi Vüsalə Əliyeva bildirir ki, dərsliklər dövlətin qərarına uyğun olaraq, bir neçə il müddətində istifadə etmək üçün çap olunur. İstifadə müddəti bitdikdən sonra kitabların yararlılıq müddəti başa çatır. Bəzən isə dərsliklər istifadə olunduğu dövr ərzində məzmun baxımından müəyyən köhnəlməyə məruz qalır. Belə olan halda isə dərsliklər ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunurlar.
Bu ildən etibarən, 1-ci sinifdə təhsil alanlar üçün hazırlanan bütün kağız dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün dörd tədris ili təyin olunurdusa, bu ildən bir tədris ili təyin olunacaq. Bu isə ona əsas verir ki, şagirdlər tapşırıqları yerinə yetirmək üçün əlavə avadanlıqlardan deyil, bütün tapşırıqları elə dərsliyin üzərində işləməklə həyata keçirəcəklər.
Bundan əlavə, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək. Ümumilikdə 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin 1-11ci siniflər üçün 339 adda 7 milyon 233 min 214 nüsxə kağız dərslik və metodiki vəsaitin çap edilməsi nəzərdə tutulur.
XƏBƏR LENTİ
Azərbaycanda 17 mindən çox nömrə daşınıb
Fərqli geyim kombinasiyaları
Türkiyə laboratoriyalarında koronavirus test nəticələri gizlədilib
Uşaqlar üçün vanna otaqları
Xilal
9-cu siniflərin NƏZƏRİNƏ!
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
Bu ölkədə pivə sudan ucuzdu
2019-un ən yaxşı 15 filmi
Azərbaycanda "elektron hökumət" mobil olacaq
Çərəzli konfetlər (foto resept)
Düşmənin raket hücumundan sonra Gəncə - VİDEO
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Suya borcu olanlar yandı
Dünyanın möhtəşəm yer olduğunu göstərən şəkillər
Aslı Enverdən Təəccübləndirici Paylaşım
Rayonlar təhlükə qarşısında - Çayların səviyyəsi artdı
Tiflisdə Qurtuluş Gününə həsr edilən tədbir keçirilib
Tez-tez çimmək ziyandır?
Damla saqqızın faydaları
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Bakıda İlaxır çərşənbə bayramı keçiriləcək
Tokio metrosunda robotlar olacaq - FOTO
Əsgərlərimiz Şuşadan Azərbaycana salam yolladı - VİDEO
Serj Sarkisyan Rusiya Prezidentinin dediyini etmək məcburiyyətində qaldı
Əfsanəvi reperin qətli milyon dollara sifariş olunub
"Biz bütün bəşəriyyətin düşməninə qarşı mübarizə aparırıq"
Avto kredit, yoxsa lizinq?
HAVA necə olacaq?-1 Noyabr
Yunuslara qarşı ittiham irəli sürüldü
Model 1,5 milyon dollarlıq hədiyyəsini paylaşdı-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
2116 Yusifimiz var, 1444 Hüseynimiz
Rubl yenidən dəyərini itirdi
Hadisə bu dəfə də tənqid edildi-VİDEO
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Tanış olun: Mercedes-Benz MLC - FOTO
Yaradılış möcüzəsi canlılar
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
3 kəndin sakinlərini sevindirdilər
Şanlı tariximizə düşən anım və zəfər günləri - VİDEO
Dünyanın ən unikal mağarası
Xəzərdə zəlzələ baş verdi
Sürətli oxu - 3
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Siqareti tərgitmək istəyənlərə
Günün qoroskopu:Qətiyyətli olun!
At şampununun saçlarımıza təsiri
Günün qoroskopu:Səbrli olun!
Ehtiyatlı olun! Bu virus qripdən də tez yayılır...














