Mayın 11-nə (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 min 739 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla). Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin vaxtı ilə bağlı valideynlərə SMS vasitəsilə əlavə məlumat veriləcək.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.
Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.
Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qəhvə içərkən iki dəfə düşünün
"Rusiya gözəli"nin tacının qiyməti- 1 milyon dollar
Pişiklər sevgilərini necə göstərir
Rusiya, Azərbaycan və Ermənistan liderləri danışıqların nəticələri ilə bağlı çıxış edirlər - CANLI
Sabaha olan hava proqnozu açıqlandı
Konfutsi İnstitutu AZƏRTAC üçün Çin dili tərcüməçiləri hazırlayacaq
Bu şəxslərə çiyələk yemək olmaz
Ramazanın 15-ci gününün duası
Nurgül Yeşilçay ərə gedir-FOTO
Mavi qar yağdı
Saç tökülməsinə qarşı acı bibər maskası
Uşaqların boyu nə zaman uzanmalıdır?
Ağrı hiss etməmək xəstələri təhlükəyə atır
Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir
Ən bahalı nişan üzüyü kimdədir?
“Ufak tefek cinayetler”in aktyoru boşanır
Hamiləliyin əvvəlində yorğunluq hissi
Xərçəng riskini artıran daha bir məhsul aşkarlandı
Yaddaş silinə bilərmi?
Əhalinin sayı açıqlandı
Türkiyədə evdən çıxmaq qadağan olundu
Dünyanın ən böyük pomidoru
Yaponiyadan Afrika qaçqınlarına böyük jest
Maraqlı tarixi şəkillər
Pilotsuz poçt maşınları yola çıxdı
Pandemiya dövründə məktəbə hazırlaşan uşaqlar üçün tövsiyələr
Prezident haqda daha bir şok iddia
Azərbaycanda ilk yaşanacaq
"WhatsApp"-ın təhlükəli nöqtəsi aşkarlanıb
"Cəbhədə əsl müharibə gedir..."
Quru paxlava (foto resept)
Özcan Deniz və keçmiş xanımı tətildədir-FOTO
İki "dəlinin" tutqusu
Zərif yaxalığıın hazırlanması
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
Facebook-da təhlükə
Meqan Markla milyonluq iş təklifi
Cəhənnəm insanın daxilindədir
Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Siqaretin ədədlə satışı qadağan oluna bilər
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Azərbaycan məktəblərində yenilik
Qazlı təhlükə...
İran Azərbaycan düşmənlərini maliyyələşdirir
Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO
14 il əvvəl...
Günün ulduz falı - 16.12.2013
Bakıda qadınlara həsr olunan sərgi - FOTO
Düşməndən etiraf: Azərbaycan Ordusu daha 51 erməni hərbçisini məhv etdi














