Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.
Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.
Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:
- Dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək);
- “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
- Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
- Bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
- Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:
- Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
- “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
- Dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
- Restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
- Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
- Qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
- Bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
- Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;
Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.
Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.
Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcək

XƏBƏR LENTİ
Ofeliya Sənani yeni imicdə-VİDEO/FOTO
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
Deniz Çakır hicablı qadınlara sataşdı
Maya maskası və faydaları
Dəm qazı ölümü: Niyə yayda deyil, qışda?
Xərçəngin dərmanı tapıldı
Ayaqlarımızın bizə dediyi 9 şey
Bakıda telefon nömrəsi fantastik qiymətə satılır - 38 MİN MANATA
Şəhər 6 saniyədə xaraba qaldı
İlham Əliyev açıq danışdı
Sobasız hazırlanan marmeladlı şirniyyat(foto-resept)
Sabahın HAVAsı
Fransanı "Eurovisionda" o təmsil edəcək
Bakıda bayramla bağlı yarmarkalar olacaq
Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Evdə masaj
Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən ƏDVİYYAT
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
Manatın üzərindəki yazı hamını qorxuya saldı
Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?
Son halı sevənlərini heyrətləndirdi- FOTO
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlandı
Bakı sakinləri evsiz qala bilərlər
Zaç Posendən yeni kolleksiya
İsti Şokolad (video-resept)
Məzəli meyvə-tərəvəzlər
İşsizlik müavinəti minimum 20 manat artırıldı
Keratakonus
Solğun dəri üçün nə etməli?
Gələcəyin Kəbəsi
"Barselona"nın baş məşqçisi: "Xəcalət çəkirəm..."
Mikayıl Cabbarovdan rektorlara sərt xəbərdarlıq
Azərbaycanda Əfv Sərəncamının icrasına başlanılıb
Tom Kruz hamıdan gizlətdiyi oğlu ilə görüntüləndi - FOTO
İlk dərs günü hava belə olacaq
Əhvalı yüksəldən məşğuliyyət
Vahiməyə salan təbiət
“WhatsApp” vasitəsilə baş verən fırıldaqçılıqla bağlı XƏBƏRDARLIQ
20 gün çiy qidalanma təcrübəsi
Qurama yastıqlar (2-ci hissə)
Ayaqqabıdakı qoxunu necə yox etməli?
Hadisenin "arıqlığı" diqqət çəkdi-FOTO
Dollar və avrodan nə xəbər?
"Bölmələrimiz yüksəklikdəki düşmən mövqelərini darmadağın etdi"
Azad Söz (10-cu hissə) SON
Avtobuslar gecə saat 12-yə, metro saat 2-yə kimi işləyəcək
"Türkmənlərin mövcudluğu təhlükə altındadır"
Uşağı gələcəyə sağlam hazırlayaq (1)

- ŞƏRHLƏR