Bu gün Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.
Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:
- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;
- ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;
- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;
- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;
- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;
- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.
Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.
O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib. Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.
Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır
XƏBƏR LENTİ
Şeyma Subaşı Itır Esenə bu cür CAVAB VERDİ
Məsləhət istəyirəm
İlin ən bahalı "İnstagram" blogeri kimdir?
Məsləhəti onlardan alın
Böyük ayaqları necə kiçik göstərməli?
Hazal Kaya qala gecəsinə qatılıb - FOTO
Yay donları
Azərbaycanda ailə həkimi institutu yaradılır
Pendirli toyuq kotleti (foto resept)
Şok: 9 yaşlı müsəlman qızların nikahı qanuniləşir
Yüksək stress hansı xəstəliklərə təkan verir?
"Yeni il" peçenyesı (foto resept)
Türkiyənin “ən xoşbəxt şəhəri” müəyyən edildi
Demək Akalın qəzəbləndi-FOTO
Göbələkli badımcan (foto resept)
Azərbaycanda səfərbərlik?
1-ci sinfə gedənlər üçün
Subaylığın 4 faydası
Türkiyə Kuboku: "Cim Bom" liderliyi əldən verdi
Peyvəndin tərkibindəki koronavirus hissəcikləri COVİD-19-a səbəb ola bilər?
Gündə 3 ədəd ərik yesəniz..
Avropada ilk sualtı restoran tikiləcək
Azərbaycanda məktəblərdə dini dərslər keçirilsin
Evlənmək üçün Everestə çıxdılar
Gecikmiş qadınlıq
HAVA necə olacaq?
Həyəcan və depressiyadan onlar qoruyur
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Kartoflu jülyen(foto-resept)
Hande imicini dəyişdi-FOTO
I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan cüdo yığması
Gündə 2000 kalori yandıran idmanlar
Avstriyada ilk “ağıllı küçə”nin açılışı oldu
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Ed 736 milyon dollar qazandı - REKORD GÖSTƏRİCİ
Mərci plov (foto resept)
Çağatay və Duyğu ilk dəfə yan-yana - FOTO
Kakao işçi yaddaşı yaxşılaşdırır
Bayram namazı sabah qılınacaq?
Ermənilər Çində də "kök" salmaq istəyirlər
2013 qış rəng trendləri
Leyla Əliyeva "Bahar sevincləri" sərgisində-FOTO
Satışı qadağan edilən polietilen torbalarla bağlı VACİB AÇIQLAMA
İlan quşu göydə övladı - Video
Azərbaycanlı tələbələr Soma üçün dua etdi (FOTO)
Ov mövsümü açıldı
Təhsil Naziri 119 tələbə ilə görüşdü
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı
İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına başlayır
Burak saçlarını uzatdı-FOTO














