Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.
Qadin.Net bildirir ki, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidməti məlumat verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.
2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.
Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb.
Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Həmçinin, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.
Eyni zamanda, əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.

XƏBƏR LENTİ
Qara tut mürəbbəsi (foto-resept)
Yeni BMW M3
Sağlam körpə üçün sağlam qidalanın
Hərbi qulluqçuların diqqətinə
Sabahın HAVAsı
Fəlakət: ən böyük göl qurudu
Türkiyəyə şok ittiham
Azərbaycanda temperatur -10 dərəcədən aşağı düşdü
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKС–d”
2018 instagramın moda trendləri
Şəfalı bitkilər
Bu ailədə 21-ci uşaq doğulacaq - FOTO
Məşhur rejissor vəfat etdi
Hazal Kayanın dünən doğulan oğlu - FOTO
TQDK: …2 gün qaldı
1 həftəyə 3 kiloqram arıqladan detoks
İstirahət gününün hava proqnozu
Rusiyadan qorxulu addım
Xəzər gələn il 5 yerə bölünəcək
Dilqəmdən ən yeni xəbər
Uşaqların sosial-psixoloji inkişafı-20
Qvinet Paltrou makiyajsız halı ilə QORXUTDU
Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: Qızılca epidemiyası sürətlə yayılır
Özünü inandıra bilənlər...
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycan əsgəri Xankəndinin mərkəzində - VİDEO
Bensu Sorelin Ayrılıq xəbərləri yayıldı-FOTO
Alimləri təəccübləndirən müəmmalı canlı
4 yaşlı “Youtube” ulduzu - FOTO
Azərbaycanda qəbir qadağası
İşğaldan azad edilmiş rayonlarımızda dövlət strukturları fəaliyyətə başladı - RƏSMİ
Pəhrizdən imtina etmənin səbəbləri
Səhərlər şişən gözlər üçün təbii həll
Ev itləri koronavirusu laborator analizlərdən çox daha sürətli müəyyən edir
Wi-Fi kodu sındırılanlar: bu yazını mütləq oxuyun
İnternetdən uzaq duran uşaqlara 100 dollar verəcək!
Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Viza alanlara verilən sual: "Xanımınız yataqda hansı tərəfdə yatır"?
Arıqlamaq üçün dərman içdi, əksinə kökəldi
Ingilis Dili-XVII Dərs
İstirahət gününün HAVASI
Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
Zeytun yarpağının çayı ilə arıqlayın
Günün ulduz falı
Pendirli kotlet və kartof kotleti (foto-resept)
Ancelina Coli və Bred Pitt görüşdülər-FOTO
Marketlərdə bizi belə ALDADIRLAR
Kərəvizli, lobyalı şorba (foto resept)
Ermənilərə pasport verək

- ŞƏRHLƏR