Yeni il artıq çox yaxındır və biz uşaq kimi ümid edirik ki, 2020-ci ildə həyatımız mütləq yaxşılığa doğru dəyişəcək. Ancaq bu həqiqətən baş verəcəkmi? Siçan ilindən nə gözləmək olar?
Qadin.Net publika.az-a istinadən oxucuları məşhur rusiyalı münəccim Pavel Qlobanın 2020-ci il üçün hazırladığı astroloji proqnozla tanış edir. Münəccim bürcləri hansı sınaqlar gözlədiyini bilir. O, il boyu bir çox sahələrdə uğur qazanacaq üç bürc işarəsini də müəyyənləşdirib. Buna baxmayaraq, astroloq gələn ilin hamının yaddaşında uzun müddət qalacaq maraqlı hadisələrlə dolu olacağına əmindir. Bununla birlikdə, Siçan ilində enerjisi, qətiyyəti və əzmkarlığı ilə fərqlənən bürclər daha çox uğura nail olacaq. Bu bürclər şübhəsiz ki, qarşıdakı ildə hədəflərinə çatacaq. Odur ki, Pavel Qloba 2020-ci ildə tənbəllik etməməyi, daha aktiv olmağı, karyera pillələrini qalxmağı və rifahınızı yaxşılaşdırmaq üçün hər gündən istifadə etməyi tövsiyə edir. Siçan zəhməti yüksək qiymətləndirəcək və əvvəllər arzuladığınız nəticələrə nail olmağa kömək edəcək.
Qoç
Bu bürcün nümayəndələrini uğur yanvar ayının ilk günlərindən müşayiət etməyə başlayacaq. Enerji və güc problem olmadan vacib işlərlə məşğul olmağa və həyatı düzgün yönəltməyə imkan verəcək. Odur ki, “Yeni ildən həyatımı dəyişəcəyəm” vədləri əsassız ola bilməz. Əsas odur ki, iradəli olasınız.
Bundan əlavə, Pavel Qloba Qoç bürcünün nümayəndələrinə 2020-ci ildə dostlar arasında daha çox olmağı, yeni tanışlıqlar qurmağı məsləhət görür. Təkbaşına öhdəsindən gələ bilməyəcəyiniz bir neçə problemin həllinə məhz yaxın insanlar kömək edəcək.
Buğa
Bu il ümumiyyətlə sakit Buğaları tələsdirən və görüləsi işlər çoxdur, odur ki, onlardan qeyri-adi aktivlik tələb olunur. Hər hansı bir işi yerinə yetirmək üçün çox məsuliyyətli olmaq tələb olunacaq. Qıcıqlandırıcı hallar qaçılmazdır, lakin sakit olmaq və digər insanlarla ünsiyyətdə diplomatik davranmaq məsləhət görülür.
Əkizlər
Yaxınlarınızla münasibətlər karyera, hətta təhsili də üstələyəcək. Bu bürcün öz yarını tapmayan nümayəndələri 2020-ci ildə sevgisinə qovuşacaq. Astroloq gözlənilməz işlərlə qarşılaşma ehtimalının yüksək olduğu barədə də xəbərdarlıq edir. Bütün bunlarla məşğul olmaq üçün cari narahatlıqları təxirə salmalı olacaqsınız. Əsas odur ki, əsəblərinizi qoruyun və planlarınız pozulanda gərgin olmayın.
Xərçəng
Xərçəng nümayəndələri üçün ilin çətin olacağı gözlənilir, ancaq gücünüzü toplasanız, itirdiyinizdən daha çox şey əldə edə bilərsiniz. Bu il əvvəllər qeyri-müəyyən səbəblərdən dolayı təxirə saldığınız işləri görməli olacaqsınız. Öz sağlamlığınıza ciddi qayğı göstərin.
Münəccim 2020-ci ildə uzaqda yaşayan qohumlarla daha çox vaxt keçirməyi məsləhət görür. Məhz güclü ailə münasibətləri gələn il sizi gözləyən bütün sınaqların öhdəsindən gəlməyə kömək edəcək.
Şir
Önümüzdəki ildə çox səyahət etməli olacaqsınız, narahat olmayın, xoş işlərlə bağlı olacaq. Tale uzun müddət xaricə getmək imkanı yaradacaq, orada hətta məskunlaşmaq və uzun müddət yaşamaq şansınız olacaq. Yeni həyata başlamaq üçün bundan daha yaxşı fürsət?
Pavel Qloba əmindir ki, 2020-ci ildə Şir bürcündən olanları maddi rifah və karyerada irəliləyiş gözləyir. Bundan əlavə, şəxsi cəbhədə çox qələbələr olacaq. Bütün bu fürsətlərdən maksimum yararlanmaq üçün kifayət qədər enerjili olmalısınız ki, il unudulmaz olsun.
Qız
Emosional baxımdan gələn il Qızlar üçün asan olmayacaq, hətta həyatın adi ritmini yenidən nəzərdən keçirməli olacaqsınız. Vaxtınızı necə idarə etməyi və enerjinizi səmərəli xərcləməyi yenidən öyrənməlisiniz. Digər tərəfdən, sağlamlığa daha çox diqqət yetirmək, idmanla məşğul olmaq, müntəzəm gəzmək və ya hovuza getmək məsləhət görülür. Ancaq il yaradıcılıq üçün əlverişli olacaq, odur ki, mütləq özünüz üçün yeni nələrisə sınamağa dəyər.
Tərəzi
Bu il keçmişin səhvlərini ödəmək ehtimalı yüksəkdir. Ancaq illərdir sizi narahat edən suallarınızın cavabları tapılacaq. Çətin vəziyyətlər olsa da, hər şeyi başa düşdükdən sonra daxili harmoniyanı tapmağa kömək edəcək nizamı bərpa edə biləcəksiniz. Özünüzə qapanmayın və yaxınlarınızdan kömək istəməkdən qorxmayın - onlar gözlədiyinizdən də çox yardım edə bilər.
Əqrəb
İl başgicəlləndirici hadisələrlə dolu olacaq. Sizi yeni tanışlıqlar, səyahətlər və həyəcanlandırıcı kəşflər gözləyir. Əlbəttə ki, heç bir səy göstərmədən həyatınız parlaq rənglərə boyanmayacaq, odur ki, tam hazır olun.
Eyni zamanda Pavel Qloba hər kəsə çox etibar etməməyi, intuisiyanıza daha çox qulaq asmağı məsləhət görür, çünki bu il əvvəlkindən daha çox intriqa və fırıldaqlar gözlənilir. Odur ki, xoşagəlməz vəziyyətlərdən uzaq durun.
Oxatan
Bu il şəxsi həyatınız bir çox təsirli və həyəcanverici hadisələrlə dolu olacaq. Buna görə layiqli və maraqlı insanlarla daha tez-tez görüşmək üçün hər fürsətdən istifadə etməyə dəyər. Həyatın digər sahələrinə gəldikdə, həm yüksəliş, həm də enişlər gözlənilir, özünüzü sığortalaya bilməyəcəksiniz. Bu səbəbdən də münəccim sakit olmağı məsləhət görür, unutmayın ki, qara zolaqdan sonra ağ gəlir.
Oğlaq
Oğlaq bürcünün nümayəndələri üçün Siçan ili şəxsi həyatda əsl tramplin olacaq. Uzun müddət xəyal etdiyiniz əmlakı əldə etmək ehtimalı var. Şəxsi inkişafda də nəzərəçarpan irəliləyişlər görəcəksiniz. Bəli, şəxsi həyatda münasibətlər möhkəm və sağlam olacaq. Ancaq belə bir məşğul və pozitiv ildə dəstəyinizə ehtiyac duyan ən yaxın insanlara yardım əli uzatmağı unutmayın.
Dolça
Keçmiş yenidən gündəmə gələcək və uzun müddət unudulmuş işlər aktuallaşacaq. Keçmişdə buraxılan səhvləri və hesabları yenidən nəzərdən keçirməli olacaqsınız. Bu səhvlərin təcrübələri sizə yeni uğurlar qazanmağa kömək edəcək.
Bu il sərgüzəştlər sizi cəlb edəcək, hətta bunun üçün çox şeyi qurban verməyə hazır olacaqsınız. Lakin Pavel Qlob ciddi qərarlar üzərində düşünməyi məsləhət görür, şans hər zaman üzünüzə gülməyə bilər. Eyni zamanda o, Dolçalar üçün ilin əlamətdar və həqiqətən uğurlu olduğunu etiraf edir. Odur ki, diqqətlə düşünülmüş riskə getmək mümkündür.
Balıq
Balıqlar üçün ilin dinamik olacağı gözlənilir: təəccüblü hadisələr bir-birini izləyəcək. Ancaq belə bir qeyri-adi ritm ürəyinizcə olacaq və köhnə rutini bir sıra parlaq hadisələrə dəyişdirmək üçün xüsusi səy göstərmək tələb olunmayacaq.
Pavel Qloba bu il tək qalmamağı tövsiyə edir. Tanışlıq baxımından ilin məhsuldar olacağı gözlənilir, çünki insanlar sizinlə ünsiyyət qura biləcək, odur ki, yeni dostlar tapmaq asan olacaq. Ancaq köhnə dostlara vaxt ayırmağı da unutmayın.
QEYD: Pavel Qlobanın 2020-ci il üçün tərtib etdiyi ulduz falı xüsusilə Şir, Qoç və Oğlaqlar üçün olduqca optimistdir. Eyni zamanda, xatırlatmaq istərdik ki, həyatımız ulduzların yerləşməsindən daha çox özümüzdən asılıdır. Buna görə mövcud vəziyyətə meydan oxuyun və cəsarətlə öz xəyallarınıza doğru getmək üçün yeni imkanlar əldə edin.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sərdar dünən boşandığı xanımını həkimə apardı
Prezident iki icra başçısını işdən çıxardı
Bakıda qarğalar niyə kütləvi şəkildə ölür?
Azərbaycanda koronavirusa yoluxmanın artmasının əsas səbəbi açıqlandı - RƏSMİ
Boşananların sayı evlənənlərdən çoxdur
AİSEL “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq - FOTO
Evinizdə olan bu 8 əşyanı atın
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Dünyanın ən yaxşı otelləri
ABŞ tarixində ilk qadın prezident?
Hava haqqında
ÜST rəsmisi COVID-19-un ikinci dalğası barədə nikbin açıqlama verdi
Qvinet Peltrou izləyicilərini HEYRƏTLƏNDİRDİ-FOTO
Elektrik enerjisinin qiyməti və metroda gedişhaqqı bahalaşacaq?
Hansı hallarda təqiyyə etmək olmaz?
Aslı Enver yeni FOTOsessiyada
Apple lobbiçilərin pulunu artırır
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Bütün zamanların ən gözəl qadınları
Makiyaj ustasından dodaq makiyajı
Ermənistanla sərhədin bir addımlığında - VİDEO
Çay dəmləmənin qızıl qaydaları
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Uşaqlarda otit xəstəliyi
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
Kəbədə dezinfeksiya işlərinə başlanılıb - FOTO/VİDEO
Peris Hilton türkiyəli aktyora aşiq olub?
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
2012-ci il notbookları və netbookları
Koronavirusun yeni mutasiyasının təhlükəsi barədə XƏBƏRDARLIQ
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
Cəbhə bölgəsində yaşayanların nəzərinə!
DİQQƏT! Satışda saxta qızıllar var
Jaguar F-Type-ın üstü açıldı
Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI
Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO
Balalarımızın şirin sözləri (Son)
Eşq boy tanımır
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Jerar Depardenin məhkəmə işi ləğv olundu-FOTO
Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məşkunlaşdırma siyasəti - FOTOFAKT
Cütlüklər arasında ən əsas 5 problem
Məşhur aktrisa gündəmdədir-SƏBƏB/FOTO
Müalicəvi vannalar
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
"Babil" bu tarixdə yayımlanacaq
Ən təhlükəli qeybətcil tiplər
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
Əhvalınız tez-tez dəyişirsə, oxumağınız məsləhətdir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]