Boboli bağçaları:
Dünyanın ən gözəl bağçalarından biri olan Boboli bağçaları İtaliyanın Florensiya şəhərində yerləşir. Boboli bağçalarında XVI və XVII əsrə aid olan heykəllər və Roma antik əsərləri saxlanılır. Boboli bağçaları ölkənin ən çox ziyarət edilən yerlərindən biridir və Medicinin xanımı Eleonora di Teleodo üçün hazırlanmışdır. Bağçalardakı heykəllər və əsərlərlə sizləri cəlb edən Boboli bağçaları həm də antik yunan
abidələri ilə diqqətinizi çəkəcək.
Neptun bulağı:
1565-ci ildə Bartolomeo Ammannati və daha sonra məşhur memarlar olan köməkçiləri tərəfindən inşa edilən, orijinal adı Fontana del Nettuno olan bulaq Piazza della Signoria Meydanında yerləşir. İlk inşa edildiyi zaman etiraza səbəb olan bulaq sonralar çox bəyənilmiş, daha sonra bir çox bulağa nümunə olmuşdur.
Piazza della Signoria:
Florensiyanın ən məşhur meydanlarından biridir. Heykəllər, tarixi strukturları olan bənzərsiz arxitektura və estetik görünüşü ilə görülməsi lazım olan yerlərdən biridir.
Uffizi Galereyasi:
Floransa da Medici ailəsinin sənət kolleksiyasının sərgiləndiyi muzey.
Santa Maria del Fiore Katedrali:
Florensiyanın mərkəzində yerləşən Santa Maria del Fiore Katedrali qübbəsi, zəngi, daxili və xarici arxitekturası ilə Florensiy gəzintisində
görülməsi lazım olan tarixi strukturlardan biridir.
Milanda görməli yerlər
İtalyanın ən lüks turistik şəhəri Milan gəzintisində görüləsi yerlərin adlari belədir:
Duomo Meydanı, Galleria Vittorio Emanuel Keçidi, Via və Piazza Mercanti Prospekti, Triennale Muzeyi, La Scala Operası, Stazione Central, Kral Victor Emanuel Heykəli, Sforzesco Qalası, Brera sarayı, Santa Maria Della Grazie Kilsəsi, Sforza Qalası, SantAmbrogio Bazilikası, Boenos Aires Prospekti , Poldi Pezzoli Muzeyi.
Via və Piazza Mercanti Prospekti:
Milanda yerləşən Via və Piazza Mercanti Prospekti dünyanın ən məşhur opera binası La Scala kimi tarixi strukturların yerləşməsi səbəbiylə Milan gəzintisində görülməsi lazım olan yerlərdəndir.
Duomo Meydanı:
Duomo meydanı Milanın ürəyinin atdığı yerdir. Ən məşhur markaların məhsullarını tapa biləcəyiniz mağazalar hamısı burdadır.
Cinque Terre:
Görənləri özünə heyran buraxan bənzərsiz görünüşüylə turistlərin imtina edilməz yeridir.Tərtəmiz dənizi, qayalıqların üzərində
qurulmuş möhtəşəm evləri, vizual bir şou təqdim edən mənzərəsi... Cinque Terre "beş kənd" deməkdir və Monterosso al Mare, Vernazza, Corniglia, Manarola və Riomaggioredən ibarətdir.
Pisa Qülləsi:
İtalyanın şimalında olan Pisa Qülləsi 1173-ci ildə inşa edilmişdir. Bənzərsiz tətil fürsətləri təqdim edən İtaliyanın simvolu olan qüllə turistlərin marağına səbəb olur.
Pisa Qülləsini xüsusi edən istehsalından sonra təməlindəki yumşaq alt qatının çökməsi nəticəsində cənuba doğru əyilməsidir. Qüllə 56 metr yüksəkliyindədir. Onun zaman keçdikcə əyilməsinə baxmayaraq, hələ də aşmaması insanı çaşdırır.
Toskana:
İtalyanın əfsanəvi təpələrində bir səhnəni xatırladan Toskana.
Bütün rənglər var - günəşin evlərə əks etdirdiyi qırmızılıq, mavi səmanın yaşıl sahələrlə birləşməsi və əmin-amanlığın körpə vətəni...Toskanada özünüzü Leonardo Da Vinçinin çəkdiyi bir rəsmin içərisində hiss edəcəksiniz.Olmayan bir dünya, heç yaşanmamış bir yer kimidir.
Amalfi sahilləri:
İtaliyanın bənzərsiz Amalfi sahilləri eşqin qoxusunu içinə çəkə biləcəyiniz nadir yerlərdən biridir.
Əsrlər boyunca İtaliyada bir çox elm insanı yetişib. Bu elm insanları müxtəlif sahələrdə insanlığa qazandırdıqları ilə özlərinin və ölkələrinin adını dünyaya tanıtdılar. Bunların içində ən bilinən adlardan biri də Leonardo da Vinçidir. O, biologiyadan texnologiyaya qədər bir çox sahədə müasir elmə rəhbərlik edən görüşlərə imza atıb. Eyni şəkildə Qalileo Qaliley fizika, riyaziyyat və astronomiya sahələrində çalışan və bir çox görüşə imza atan bir başqa italyan elm adamıdır. Nobel mükafatı qazanan fizik Enrico Fermi dünyanın ilk nüvə reaktorunu təşkil edən qrupa liderlik etmiş, kvant nəzəriyyəsinin yaradılmasına verdiyi dəstək və fizika sahəsindəki digər əhəmiyyətli işləriylə tanınmışdır.
İtaliyada elm sahəsində əhəmiyyətli işlər görən araşdırmaçılar arasında Günəş sistemi ilə əlaqədar bir çox işlərə imza atan astronom Giovanni Domenico Cassini, fizik Alessandro Volta, riyaziyyatçılar Lagrange, Fibonacci və Gerolamo Cardano, mikroskopik anatomiyanın banisi həkim Marcello Malpighi, hüceyrə nəzəriyyələri, heyvan törəməsi və insan bədəninin funksiyaları mövzusunda yeni məlumatları ortaya çıxaran bioloq Lazzaro Spallanzani, Nobel mükafatı qazanan bir başqa italyan alimi Camillo Golgi və radionu icad edərək yenə Nobel qazanan Guglielmo Marconi sayıla bilər.
İtalyan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir. İtalyan mətbəxinin keçmişi e.ə. IV əsrə qədər uzanmaqla yanaşı, XVIII əsrdə bəzi tərəvəz və meyvələr sayəsində böyük bir dəyişikliyə uğramışdır. İtalyan mətbəxinin bölgələrə görə böyük fərqlilikləri var. Tərəvəz və xəmir işləri, pendir və şərab İtalyan mətbəxinin əhəmiyyətli elementləri arasındadır. Geniş bir qəhvə çeşidinə malik olan İtalyan mətbəxində espresso əhəmiyyətli bir yerə malikdir. İtalyan mətbəxinin dünyaya aid olan yeməkləri arasında pizza, spagetti və bəzi makaronlar ilə bunların özlərinə xas sousları, risotto, parmesan pendiri, lazanya və tiramisu sayıla bilər.
Allah hər kəsin arzusunda olduğu səyahəti qismət etsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR