Qadin.NET / İtaliyaya səyahət (II hissə)

İtaliyaya səyahət (II hissə)

Boboli bağçaları:

Dünyanın ən gözəl bağçalarından biri olan Boboli bağçaları İtaliyanın Florensiya şəhərində yerləşirBoboli bağçalarında XVI  XVII əsrə aid olan heykəllər Roma antik əsərləri saxlanılırBoboli bağçaları ölkənin ən çox ziyarət edilən yerlərindən biridir Medicinin xanımı Eleonora di Teleodo üçün hazırlanmışdır. Bağçalardakı heykəllər əsərlərlə sizləri cəlb edən Boboli bağçaları həm də antik yunan 

abidələri ilə diqqətinizi çəkəcək.

Neptun bulağı: 

1565-ci ildə Bartolomeo Ammannati daha sonra məşhur memarlar olan köməkçiləri tərəfindən inşa edilən, orijinal adı Fontana del Nettuno olan bulaq Piazza della Signoria Meydanında yerləşir. İlk inşa edildiyi zaman etiraza səbəb  olan bulaq sonralar çox bəyənilmiş, daha sonra bir çox bulağa nümunə olmuşdur.

Piazza della Signoria:

Florensiyanın ən məşhur meydanlarından biridir. Heykəllər, tarixi strukturları olan bənzərsiz arxitektura  estetik görünüşü ilə görülməsi lazım olan yerlərdən biridir.

Uffizi Galereyasi:

Floransa da Medici ailəsinin sənət kolleksiyasının sərgiləndiyi muzey.

Santa Maria del Fiore Katedrali:

Florensiyanın mərkəzində yerləşən Santa Maria del Fiore Katedrali qübbəsi, zəngidaxili xarici arxitekturası ilə Florensiy gəzintisində

görülməsi lazım olan tarixi strukturlardan biridir.

Milanda görməli yerlər

İtalyanın ən lüks turistik şəhəri Milan gəzintisində görüləsi yerlərin adlari belədir:
Duomo Meydanı, Galleria Vittorio Emanuel Keçidi, Via Piazza Mercanti Prospekti, Triennale Muzeyi, La Scala Operası, Stazione Central, Kral Victor Emanuel Heykəli, Sforzesco Qalası, Brera sarayı, Santa Maria Della Grazie Kilsəsi, Sforza Qalası, SantAmbrogio Bazilikası, Boenos Aires Prospekti , Poldi Pezzoli Muzeyi.

Via Piazza Mercanti Prospekti:

Milanda yerləşən Via Piazza Mercanti Prospekti dünyanın ən məşhur opera binası La Scala kimi tarixi strukturların yerləşməsi səbəbiylə Milan gəzintisində görülməsi lazım olan yerlərdəndir.

Duomo Meydanı:

Duomo meydanı Milanın ürəyinin atdığı yerdir. Ən məşhur markaların məhsullarını tapa biləcəyiniz mağazalar hamısı burdadır.

Cinque Terre:

Görənləri özünə heyran buraxan bənzərsiz görünüşüylə turistlərin imtina edilməz yeridir.Tərtəmiz dəniziqayalıqların üzərində

qurulmuş möhtəşəm evləri, vizual bir şou təqdim edən mənzərəsi... Cinque Terre "b kənd" deməkdir və Monterosso al Mare, Vernazza, Corniglia, Manarola Riomaggioredən ibarətdir.

Pisa Qülləsi:

İtalyanın şimalında olan Pisa Qülləsi 1173-ci ildə inşa edilmişdir. Bənzərsiz tətil fürsətləri təqdim edən İtaliyanın  simvolu olan  qüllə  turistlərin marağına səbəb olur.

Pisa Qülləsini xüsusi edən istehsalından sonra təməlindəki yumşaq alt qatının çökməsi nəticəsində cənuba doğru əyilməsidir. Qüllə 56 metr yüksəkliyindədir. Onun zaman keçdikcə əyilməsinə baxmayaraq, hələ də aşmaması insanı çaşdırır.

Toskana:

İtalyanın əfsanəvi təpələrində bir səhnəni xatırladan Toskana.
Bütün rənglər var - günəşin evlərə əks etdirdiyi qırmızılıq, mavi səmanın yaşıl sahələrlə birləşməsi  əmin-amanlığın körpə vətəni...Toskanada özünüzü Leonardo Da Vinçinin çəkdiyi bir rəsmin içərisində hiss edəcəksiniz.Olmayan bir dünya, heç yaşanmamış bir yer kimidir.

Amalfi sahilləri:

İtaliyanın bənzərsiz Amalfi sahilləri eşqin qoxusunu içinə çəkə biləcəyiniz nadir yerlərdən biridir.

Əsrlər boyunca İtaliyada bir çox elm insanı yetişib. Bu elm insanları müxtəlif sahələrdə insanlığa qazandırdıqları ilə özlərinin ölkələrinin adını dünyaya tanıtdılar. Bunların içində ən bilinən adlardan biri Leonardo da Vinçidir. O, biologiyadan texnologiyaya qədər bir çox sahədə müasir elmə rəhbərlik edən görüşlərə imza atıb. Eyni şəkildə Qalileo Qaliley fizika, riyaziyyat astronomiya sahələrində çalışan bir çox görüşə imza atan bir başqa italyan elm adamıdır. Nobel mükafatı qazanan fizik Enrico Fermi dünyanın ilk nüvə reaktorunu təşkil edən qrupa liderlik etmiş, kvant nəzəriyyəsinin yaradılmasına verdiyi dəstək fizika sahəsindəki digər əhəmiyyətli işləriylə tanınmışdır.

İtaliyada elm sahəsində əhəmiyyətli işlər görən araşdırmaçılar arasında Günəş sistemi ilə əlaqədar bir çox işlərə imza atan astronom Giovanni Domenico Cassini, fizik Alessandro Volta, riyaziyyatçılar Lagrange, Fibonacci Gerolamo Cardano, mikroskopik anatomiyanın banisi həkim Marcello Malpighi, hüceyrə nəzəriyyələri, heyvan törəməsi insan bədəninin funksiyaları mövzusunda yeni məlumatları ortaya çıxaran bioloq Lazzaro Spallanzani, Nobel mükafatı qazanan bir başqa italyan alimi Camillo Golgi radionu icad edərək yenə Nobel qazanan Guglielmo Marconi sayıla bilər.

İtalyan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir. İtalyan mətbəxinin keçmişi e.ə. IV əsrə qədər uzanmaqla yanaşı,  XVIII əsrdə bəzi tərəvəz meyvələr sayəsində böyük bir dəyişikliyə uğramışdır. İtalyan mətbəxinin bölgələrə görə böyük fərqlilikləri var. Tərəvəz xəmir işləri, pendir şərab İtalyan mətbəxinin əhəmiyyətli elementləri arasındadır. Geniş bir qəhvə çeşidinə malik olan İtalyan mətbəxində espresso əhəmiyyətli bir yerə malikdir. İtalyan mətbəxinin dünyaya aid olan yeməkləri arasında pizza, spagetti bəzi makaronlar ilə bunların özlərinə xas sousları, risotto, parmesan pendiri, lazanya tiramisu sayıla bilər.

 


Allah hər kəsin arzusunda olduğu səyahəti qismət etsin!

8 mart 2013
GO BACK