Göy qurşağı nə üçün və necə əmələ gəlir? Göy qurşağındakı rənglər hansı mərhələlərlə meydana gəlir? Göy qurşağının forması necədir?
Xüsusilə yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü metereoloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsirilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar.
Göy qurşağının əmələ gəlməsi üçün çox sayda təfərrüat mövcuddur:
İşıq: Göy qurşağının əmələ gəlməsi üçün lazımi ilkin şərt işıqdır. Ona görə, əvvəlcə, Günəşdən gələn şüalar rəng əmələ gətirmək üçün müəyyən dalğa uzunluğunda olmalıdırlar. Günəşin yaydığı bütün şüalların içindən ancaq “görünən işıq” adlandırılan bu işığın yer üzünə gəlmə ehtimalı 1025-də 1-dir. Bu inanılmaz ehtimal reallaşır və göy qurşağının rənglərinin əmələ gəlməsi üçün lazımi şüalar Günəşdən Yerə çatır.
Zərərli şüaları süzən atmosfer: Günəşdən gəlib kosmosa yayılan işıq, əslində, göz üçün zərərli xüsusiyyətlərə malikdir. Odur ki, Yerə çatan işığı gözün rahatlıqla qavraması və zərər çəkməməsi şərtdir. Bunun üçün də şüalar süzgəcdən süzülməlidir. Bu nəhəng süzgəc Yeri əhatə edən atmosferdir.
Günəşlə üfüqün kəsişmə bucağı: Günəş zenitdə olduqda göy qurşağını görmək olmaz. Çünki göy qurşağının görünməsi üçün Günəşlə üfüqün kəsişmə bucağı ən az 42º olmalıdır.
Su damcıları: Atmosferdən keçən işıq su damcılarının içinə girir. Ancaq damcılar bu işığı əks etdirməlidir. Ona görə, damcı içinə girən işığı udmayıb əks etdirən xüsusiyyətdə olmalıdır. Bunun üçün su damcılarının quruluşu da şüa ilə rəng meydana gətirəcək şəkildə işığa uyğun olmalıdır. Bu şərt də reallaşarsa, Günəşdən gələn işığı sındıran su damcıları asanlıqla yeni işıq spektrini əks etdirər.
İşığın su damcıları içində müxtəlif bucaq altında sınması: göy qurşağı rənglərinin son mərhələsi isə gələn işıq şüalarının kürəvi formada olan su damcılarının içində sınaraq bir neçə daxili yansımadan sonra yavaşca istiqamətini dəyişməsi və damcının içindən fərqli istiqamətdə çıxması ilə meydana gəlir. Hər biri fərqli rəngdə olan bu şüaların son istiqaməti kəsişmə bucağı etibarilə ilk işıq şüasından fərqlidir. Günəşdən gələn ağ işıq fərqli dalğa uzunluqlarında bir çox rəngdən ibarət olduğuna görə, damcının içinə girdikdən sonra daxili yansıma ilə damcının içindən çıxdıqda 40.5º-42º arasında dəyişən rənglərə ayrılır, ən içəridə bənövşəyi, ən kənarda qırmızı olmaqla, rənglər sıralanır.
Göründüyü kimi, göy qurşağının əmələ gəlməsi üçün çox dəqiq və bir-birinə bağlı əməliyyatlar lazımdır.
Belə rəng ardıcıllığının və ahəngin təsadüfən əmələ gəlmə ehtimalının olmadığı isə çox açıqdır. Belə bir sistemin tədricən meydana gəlməsi də qeyri-mümkündür. Çünki gözləyərək və ya təsadüflərlə rəngli göy qurşağı əsla meydana gəlməz. Bu mükəmməl sistem ancaq xüsusi dizayn nəticəsində ortaya çıxır ki, bu, onun yaradıldığını göstərir.
İşığı əks etdirmə formasına görə bir neçə növ göy qurşağı əmələ gəlir: Göy qurşağı müxtəlif formalarda olur. Göy qurşaqları içində ən çox rast gəlinəni yağış damcısında bir işıq şüasının sınması ilə meydana gələnlərdir. Parlaq, aydın rənglərə malik bu göyqurşağı növünə “ilkin göy qurşağı” deyilir. Göy qurşağının bu növündə rənglər bənövşəyi ən içəridə, qırmızı ən kənarda olmaqla sıralanır.
Bəzən işığı daha zəif olan ikinci göy qurşağı əmələ gəlir. İkinci göy qurşağının əmələ gəlməsinə səbəb isə işığın yağış damcısının içində iki dəfə əks olunmasıdır. İşıq daxili səthin ətrafından keçərək gedir və çıxmadan əvvəl ilk girdiyi yerin üzərindən çarpaz keçir. İki dəfə əks etdirilmiş şüalarla ilk işıq spektrinin kəsişmə bucağı 510-540 arasında dəyişir. İşıq spektriləri iki dəfə əks olunduqdan sonra öz yolları üzərindən çarpaz keçdiklərinə görə ikinci göy qurşağının rəngləri içəridə qırmızı, kənarda bənövşəyi olmaqla sıralanır, yəni rənglər birinci göy qurşağının rənglərinin əksinə düzülür. İşıq spektrləri hər dəfə əks olunduqda gücünü bir az itirdiklərinə görə, rənglər ilk göy qurşağındakına nisbətən solğun olur.
Habelə, ancaq dar qırmızı və ya qırmızı-yaşıl rəng zolaqlarından ibarət bəzi kiçik qurşaqlar da əmələ gəlir. Bunlar birinci göy qurşağının daxili tərəfində və ikincinin kənarında görünürlər.
Göy qurşağı hər insan üçün ayrıca tək-tək yaradılan işıq oyunudur: göy qurşağının əmələ gəlmə mexanizmi eyni olsa da, görüntüsü hər insan üçün fərqli yaradılır. Bir insanın gördüyü qurşaq günəşdən o insanın gözünə uzanan şüa üzrə su damcılarının içində sınan işıqdır. Bu insanın yanındakı başqa insanın gördüyü zolaq isə həmin insan üçün ayrıca yaradılır. Çünki işıq spektrləri fərqli tərəflərdən əks etdirildiyinə görə, hər insan üçün fərqli göy qurşaqları meydana gəlir. Ona görə göy qurşağı əmələ gəldikdə orada olan adamların sayı 1000 nəfərdirsə, əslində, 1000 fərqli göy qurşağı olur.
Göy qurşağı daima uzaqdadır: göy qurşağının yerlə kəsişdiyi uc hissəsi uzaqdan görünsə də, heç vaxt həmin uc hissəyə çatmaq mümkün deyil. Çünki göy qurşağına doğru yeridikcə o, insandan uzaqlaşır. Bunun səbəbi yağış damcısı ilə günəş şüasının yerlə kəsişmə bucağı arasındakı əlaqədən qaynaqlanır. İnsan göy qurşağına yaxınlaşdığını düşündükcə həmin su damcıları yerdə görünməz olur.
Göy qurşağı halqa formasındadır: Göy qurşağı halqa formasında olmasına baxmayaraq, həmişə yarımdairəvi görünür. Çünki yerdən müşahidə etdikdə Günəş üfüqün üzərində olduğuna görə göy qurşağının alt yarısından da böyük hissəsi yerin üstündə gözdən itir. Gözdən itmə iki cür baş verir. Baxılan nöqtə yerə çox yaxın olduğuna görə, burada kifayət qədər damcı yoxdur, ona görə, görüntü yerdə itir və ya kifayət qədər su damcısı var, ancaq yerin görüntüsü zəif göyqurşağının seçilməsinə mane olur. Lakin göy qurşağına təyyarədən və ya hündür dağın təpəsindn baxdıqda tam dairə formasında görünür. Bu, mövqeyə görə göy qurşağı üzərində meydana gələn fərqli görüntülərdir. Allah kiçik qum dənəsindən nəhəng dağlara, su damcısından heyranedici səmaya qədər kainatdakı hər şey qüsursuz nizam və ağılla yaratmışdır.
Göy qurşağının yaradılışında düşünən insanlar üçün dəlillər var. Allahın göy üzündə işıq oyunu kimi yaratdığı, lakin möhtəşəm görüntü olan göy qurşağı insan ruhuna böyük zövq verir. Göy qurşağının bu rəngarəng, heyranedici görüntüsünü dünyadakı gözəlliklərdən zövq almağımız üçün Allah lütf olaraq yaratmışdır. Əlbəttə, göy qurşağı insana təkcə zövq vermək üçün yaradılmamışdır. Göy qurşağının əmələ gəlmə mərhələlərini müşahidə etmək, işığın sınma bucağı, rənglərin düzülüşündəki nizam bunların təsadüflər zəncirinin meydana gətirdiyi məqsədsiz dəyişikliklərlə meydana gəlmədiyini açıq-aşkar göstərir. Nizamsız təsadüflər hər dəfə işığın eyni bucaq altında sınmasını, buna uyğun olaraq rənglərin də həmişə eyni sırayla düzülməsini təmin edə bilməz. Çünki həmişə səhvsiz, mükəmməl əmələ gələn bu rəng nümayişi xüsusi yaradılır. Dünyada kainatdakı bu cür nizamın varlığını anlayan yeganə varlıq ağıl sahibi olan insandır.
Göy qurşağı maddənin xarici aləmdə mövcud olan əsli ilə əsla təmasda olmadığımızı və görüntünün hər insan üçün ayrıca yaradıldığını sübut edir.
Bircə göy qurşağının həm müşahidə edənə, həm də olduğu mövqeyə əsasən dəyişməsi, əslində, insanın heç vaxt maddənin əsli ilə təmasda olmadığını, hər görüntünün hər insan üçün xüsusi yaradıldığını sübut edir. İnsanların təqribən 1 kq çəkiyə malik qaranlıq ət parçası olan beyinin içində rəngli, formalı, üçölçülü dünyada yaşaması Allah’ın qüsursuz yaratmasının əsəridir. Hər insan doğulduqda bu bənzərsiz yaradılış möcüzəsi onun üçün hazırdır. Nə funksiyalarının meydana gəlməsində, nə davamlılığında, nə də başqa mərhələsində insanın heç bir rolu yoxdur.
R. Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çingiz Mustafayevin çin olan arzusu
Qalmaqal Böyüdü-Xəyanət, təhdid və...-FOTO
Kondisioner koronavirusu daha sürətlə yayır
Xanımlarımızın kompleksləri
Polkovnik Babək Səmidliyinin şəhid olmamışdan öncəki son çıxışı - VİDEO
Leyla Əliyevadan bayram təbriki-FOTO
Şərab qırmızısı-Payızın ən gözəl rəngi
Antiperspirantlar necə seçilməli?
Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA
Avropa Oyunlarının məşəli bölgələrimizə səfərini başa çatdırdı
Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Görənləri şoka salır - Bu nədir?
Valideynlər, DİQQƏTli olun, uşaqlar arasında virus yayılıb
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Ev şəraitində gözəlləş!
İsveç çörəyi "VETEBRÖD"
I siniflərə qəbulun vaxtı uzadıldı
Bir siyasi qibləyə açıq alınla
Elçin Sanqu yeni serialla qayıdır
Ukraynada dəb həftəsi
Faydalı maskalar
Güldürən dəb trendləri
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
Məşhur model toyundan danışdı-FOTO
Qum festivalı
Kosmosda kosmik gəminin pəncərəsinə TOP ÇIRPILDI
Azərbaycan dili - VIII dərs
Hava haqqında
Saçlarınızı alma sirkəsi ilə uzadın
Bığ bölgəsindəki qaralmaları necə aradan qaldırmalı?
Azərbaycanda yağış yağacaq
Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA
53 yaşlı Sertab Erener görünüşü ilə heyran etdi - FOTO
Növbəti buraxılış imtahanları 21 şəhərdə keçiriləcək
Hava haqqında - 17.01.2014
Hindsayağı pirojki (foto resept)
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Dəri tonikinizi evdə edin
Bu gün təhlükəli geomaqnit fırtınası gözlənilir
Necəsiniz?
Hava haqqında - 11.01.2014
Azərbaycanda 18 kəndin adı dəyişdirildi
Cəbhədə erməni təxribatı davam edir
Yoldaşının telefonuna baxan qadına CƏZA
Yeni il süfrəsinin əvəzolunmazları (1)
Tanınmış isveçrəli jurnalist Andre Vidmerin qələmə aldığı "Unudulmuş münaqişə" kitabı oxucuya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri çatdırır
Xəbərdarlıq: həkim məsləhəti və ya profilaktik tədbirlərə ehtiyac var
Qaragilə keksi (foto-resept)
"Soyuq əllər, isti ürək” yarmarkası açıldı - FOTO
"Snikers" tortu(foto resept)
- ŞƏRHLƏR