
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
TQDK-dan Ans PRESS-ə bildirilib ki, bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanacaq. Şagirdlər imtahana buraxılış vərəqəsini; şəxsiyyəti təsdiqləyən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 santimetr ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 25 min 192 (Naxçıvanda 1019, Qobustanda 430, Ağcabədidə 1727, Ağdamda 951, Zərdabda 587, Bərdədə 2103, Tərtərdə 852, Göyçayda 1230, Ucarda 854, Kürdəmirdə 1250, Ağdaşda 1236, Yevlaxda 1274, Ağsuda 807, İsmayıllıda 964, Şamaxıda 933, Qubada 1911, Şabranda 666, Qusarda 1126, Xaçmazda 1947, Xızıda 144, Siyəzəndə 492, Kəngərlidə 259, Babəkdə 600, Ordubadda 396, Sədərək 111, Culfada 414, Şərurda 764 və Şahbuzda 145) IX sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 20 min 855 (Naxçıvanda 909, Qobustanda 365, Ağcabədidə 1753, Ağdamda 811, Zərdabda 473, Bərdədə 1758, Tərtərdə 734, Göyçayda 1027, Ucarda 707, Kürdəmirdə 981, Ağdaşda 948, Yevlaxda 1094, Ağsuda 548, İsmayıllıda 897, Şamaxıda 606, Qubada 1264, Şabranda 473, Qusarda 934, Xaçmazda 1490, Xızıda 101, Siyəzəndə 360, Kəngərlidə 260, Babəkdə 655, Ordubadda 376, Sədərək 88, Culfada 402, Şərurda 664 və Şahbuzda 177) XI sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2307 nəzarətçi-müəllim ayrılıb.
Mənbə:ANS PRESS

XƏBƏR LENTİ
Qadınlar haqqında deyilmiş aforizmlər (3)
Yeyilən su-unikal ideya
Bölgə yazarları həyəcan təbili çalırlar
Pandemiya yalnız bu iki ehtimalın gerçəkləşməsilə bitəcək - Mütəxəssis
Balqabaqlı zapekanka (foto resept)
İki nazirliyin 30 əməkdaşı işdən çıxarıldı
Heyva mürəbbəsi (foto resept)
Sabahın HAVAsı
Şaftalının faydaları
"Bakı Telefon Rabitə" hüquqi formasını dəyişdi
Çin qüdrətini lap artırır
Məşhur bloger dolğu etdirdi eybəcər oldu-FOTO
Müəllimlər üçün sınaq imtahanları keçiriləcək
Uşaqlara kitab oxumağı sevdirmək üçün 7 qayda
Nazirlik hərəkətə keçdi
Dəbli kişi ayaqqabıları
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
Hava haqqında
Dəriyə parlaqlıq verən maskalar
Qar və buz festivalı
Azərbaycan Silahlı Qüvvələri onlardan xilas olur
İçi doldurulmuş kartof (foto resept)
Facebook birbaşa xəbər yayacaq
Yay geyim nümunələri
Ramazanın 7-ci günün duası
BÜRCLƏR bizə nə vəd edir?-2 Oktyabr
Jurnalistin ölümünə prezidentdən reaksiya
Putin Ərdoğanı nüvə silahı ilə hədələdi
İki gün toz-duman olacaq
Hava necə olacaq?
“Qarabağ”da şok itki
Metro stansiyasının gözəl dizaynı
İŞİD Türkiyəyə müharibə elan etdi
"Dondurma" effektli yazı hazırlamaq
Dərinizi bahara hazırlayın
Məşhur aktrisa bostanda pomidor əkdi-FOTO
Bananın zərərləri
Hind üsulu ilə baş masajı (I hissə)
Azərbaycan Ukraynaya əsgər göndərir
Əlilləri sevindirəcək xəbər
Günün qoroskopu:Aktiv olun!
Geri dönmək istəməyən məcburi köçkünlərin NƏZƏRİNƏ
Eksklüziv Porsche 911 Turbo S
İnsanların ən çox gördüyü 5 yuxu
Sumaqlı ciyər (foto resept)
Hülya Avşardan yeni çimərlik FOTOsu
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Çağatayı Pablo Eskobara bənzətdilər
Firuzə daşı
Hava haqqında - 07.02.2014

- ŞƏRHLƏR