Kottinqli pəriləri (eng.The Cottingley Fairies)-1917 və 1921-ci illərdə çəkilən şəkillər sillilərindən olub, 2 yeniyetmə qız on altı yaşlı Elsi Rayt (eng Elsie Wright) və on yaşlı Frensis Qriffitsin (eng Frances Griffiths) şəkilləridir. Şəkillər "kiçik xalqın" mövcudluğunu sübut etmək üçün çəkilsə də, XX əsrin ən istedadlı mistifikasiyasına çevrildi. Artur Konan Doyl ölənə kimi Kottliqla bağlı şəkillərin həqiqət olduğuna ürəkdən inanırdı.
Kottinqli kəndi
Kottiqnli Böyük Britaniyada Şipli və Binqli şəhərləri arasında yerləşir. Müasir Kottiqli kəndi praktik olaraq Barfordla birləşib. XX əsrin əvvələrində Kottinqli kiçik yaşayış yeri idi, burada 3 küçə, 142 ev, inək və qoyun saxlanılan 6 ferma var idi, əhali süd və yağ istehsalı ilə məşqul idi. Kənddə dəyirman və dəri zavodu, kənddən çox da uzaqda olmayan bir neçə kömür mədənləri də var idi. Kəddə 2 mərtəbəli və kiçik bağ sahaləri olan evlə üstünlük təşkil edirdi. Bu evlərin birində Elsi Rayt və Frensis Qriffits yaşayırdı. Onlardan başqa onların evlərinin yanında rəssam Cimmi Xardeyker və botanik Cimmi Dobson yaşayırdı. Hazırda həmin ev baytar Domminiki Brantuya məxsusdur.
Kottiqli çayı
Kottiqli kəndində hal-hazırda qoruq olan vaxtı ilə çoxlu marallar yaşayan meşə yerləşir. Meşənin içindən məşhur çay axır,"pəri" şəkilləridə bu çayın sahilində çəkilib. Çay kəndin içi ilə cənubdan şimala doğru axır və Eyre çayına tökülür. Çay dar məcralıdır və kifayət qədər sürətlə möhkəm qayalara çırpıla-çırpıla axır, kiçik şəlaləyə də sahibdir. Hazırda şəxsi mülk hesab olunur və sahibin icazəsi ilə həyatyanı sahəyə daxil olmaq olar.
Elsi Rait
Elsi Rait 1901ci ildə anadan olub. Onun valideyinləri Artur Rait İngintərənin diplomli mühəndis-mexaniklərindən, arvadı isə Polli idi. O, 13 yaşında Bradfordda rəssamlıq məktəbinə gedirdi və burada bacarıqlı şagirdi olmuşdu. Maraqlarını və atasının xatirələrini akvarellə çəkirdi, onun esgizləri içərsində qnomlar və pərilər də yer alırdı.
Birinci Dünya müharibəsi illərində o kollecin foto laboratoriyasında işləməyə başlayır. Burada onun vəzifəsi yaxınlarına əsgər və şəhidlərin şəkillərini çəkmədən ibarət idi. Elsi o dövrdə bacarıqla fotoapparat və fotoplastikanın öhdəsindən gəlirdi. Sonralar diqqət mərkəzindən qaçmaq üçün o Amerikaya köçür, onun öz sözlərinə görə saxta pəri şəkilləri çəkmək burada onun ağlına gəlir. Amerikada o Hill soyadlı mühəndislə ailə qurur və əri ilə Hindistana köçür, burada qızı dünyaya gəlir. İkinci Dünya Müharibəsi illərində Kalkütdə Qadınların Könüllü Şahzadə Xidməti (WRVS) yaradır, orada hərbi qospitalda işləyir. İngiltərəyə 1947-ci ildə Hindistanın Böyük Britaniyadan aslılığını ləğv etdikdən sonra qayıdır. 87 yaşında 1988-ci ildə vəfat edir.
Frensis Qriffits
Frensis Meri Qriffits 4 sentyabr 1907-ci ildə anadan olub. Valideyinləri baş çavuş Artur Qriffitss və onun arvadı Enn idi. 10 yaşına kimi Frensis öz valideyinləri ilə bir yerdə Cənubi Afrikada yaşayıblar. Sonra İngiltərəyə köçdülər və Kottinqlidə yaşamağa başladılar və burada həmən şəkillər çəkilmişdir. 1920-ci illərdə Skarbora köcür, 1928-ci ildə Sidney Uey adlı əsgərlə evlənir və Böyük Britaniyanın Kent qraflığına köçür. Bu evlilikdən bir qız və oğlu olur. Frensis 78 yaşında 11 iyul 1986-cı ildə vəfat edib.
Çəkiliş texnikası və istifadə olunan aparatlar.
İlk çəkilişlər (1917-ci il) aşağı düşən sürgülü və "İmperial Repid" vallı dörd lövhəli "Buçer Mic" kamerası ilə çəkilib. Birinci şəkil -"Frensis və pərilərin rəqsi" 1917-ci ilin baharında 3 radələrində 4 fut məsafədən 1,50 saniyəyə çəkilib.
İkinci şəkil Elsi və cinlər - az buludlu günəşli gündə 1917-ci ilin oktyabr ayında saat 4 radələrində 8 fut məsafədən 1,50 saniyə ərzində çəkilib.
Üçüncü- Frensis və uçan pərilər. Dörd lövhəli kamera "Kameo". Məsafə 3 fut, gözləmə müddəti 1,5 saniyə, diafraqma f/11, avqust 1920-ci il. Dördüncü və beşinci şəkillər eyni kamera ilə çəkilib.
Hadisələrin başlanma tarixi
İştirakçıların xatirələrinə görə pərilərlə bağlı hadisələr 1917-ci ildə Yorkşir qraflığının Kottinqli kəndində Bardforda yaxın bir ərazidə baş verib. İki xalaqızı kəndin içi ilə axan çay kənarında oynamağı cox sevirdilər. Bir gün Elsinin anası qızların çay kənarına olan marağı ilə maraqlanır və qızlar pərilərlə oynadıqlarını söyləyirlər. Onların hər ikisi uşaq vaxtlarından "kiçik xalqlar" haqqında nağıllara qulaq asdıqları üçün pərilərlə görüş onlar üçün qeyri-adi və gözlənilməz deyildi. Hətta Frensis təəccüblənirdi ki, niyə Afrikada onlarla rastlaşmayıb. Sonra öz təxəyyülünə görə müəyyən etmişdi ki, Afrika bu "kiçik xaqlar" üçün çox isti yerdir.
Bu görüşlər haqqında təəssüratlarını Frensis 9 noyabr 1918-ci ildə Couanna Parvinə göndərir və bu məktub öz dövründə çox məşhurlaşır.
"Əzizim Cou, ümüd edirəm, səndə hər şey qaydasındadı. Sənə yenidən yazmalı oldum, hazır məktubu deyəsən itirmişəm, ya da harasa qoymuşam. Sən yenə də Elsi və Noroy Briddlislə oynayırsan? Mən burada məktəbdə fransız dili, cəbr, həndəsə, kulinariya dərsləri keçirəm. Bu həftədir atam Fransadan qayıdıb. O artıq 10 ay idi ki, orda idi, ümüd edirəm, müharibə tezliklə qurtarar və biz hazırlaşırıq bayraqları çıxarıb yataq otağımızı yuxarı köçürək. Sənə özümün iki şəklimi göndərirəm. Birinci şəkilədə mən çimərlik geyimindəyəm-bu şəkli həyətimizdə Artur əmi çəkib, ikinci şəkildə isə mən rəqs edən pərilərləyəm-bunun Elsi çəkib. Pouzbad hələ də arıqlamayıb, mən ona 2 yeni paltar tikmişəm. Teddi və gəlincik necədi? Mən Elsi ilə çay kənarında yaşayan pərilərlə yaxşı dostluq edirik. "Şəkilin arxasında Frensi bunları əlavə edir: "Qəribədir ki, mən niyə Afrikada Pərilərlə rastlaşmamışam. Yəqin ki, ora pərilər üçün çox istidir".
(Bu məktub qəzetdə nəşr olunduğu ilk gündən böyük marağa səbəb oldu. Tərəfdarları şəkillərin orjinallığına inanır, pərilərin həqiqətən mövcud olduğunu sübut etməyə çalışırdılar. Bu məktub 25 noyabr 1922-ci ildə "Keyp Taun Arqus" qəzetində nəşr olunub.)
Belə ki, valideyinləri qızların sözlərinə şübhə ilə yanaşırdılar, amma qızlar bunun doğruluğunun sübut etmək üçün o vaxt üçün çox bahalı hesab olunan "Midc" kamerası və şəkilləri çəkməkdən "İmperial Repid" firmasına mənsub şüşə vallar alınmasını xahiş etdilər.
Birinci şəkil daha məşhur olandır, burada Frensis pərilərin əhatəsində təsvir olunub. Elsinin atası Artur, şəkilləri vala köçürən zaman ağ bulantılı konturların əmələ gəldiyini görür, ilk əvvəl onları quş hesab edir, sonradan isə şəkil təzahür etdikcə pərilərin silueti meydana çıxıb. Artur yenə də inanmır və düşünür ki, qızlar şəkilləri kağızdan kəsib yarpaqların kənarına iynə ilə bənd ediblər. Ona görə də gizlicə onların yataq otaqlarını, zibil vedrələrinin və çay kənarında oynadıqları əraziləri axtarmaq qərarına gəlir, lakin heç nə tapa bilmir.
İkinci dəfə qızlar aparatı oktyabr ayında istəyirlər. Bu dəfə Valda Elsi və balaca qnom(cin) görsənir. Şəkil keyfiyyətsiz və solğun idi, on yaşlı Frensis düyməni çox tez basmışdı.
Bu dəfə qızlar kameranı sındırmışdılar və ata onu təmirə verdi və bir daha qızlara bahalı əşyanı etibar etmədi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR