Yanımızda gəzdirdiyimiz əşyalardan biri və başlıcası mobil telefondur. Əsəbləşəndə onunla başımızı qatırıq, hər zaman əlimizdə sıxırıq, həyəcanla zəng, xəbər gözləyirik. Az qala bu böyük dünyada o, kiçik dostumuza çevrilib. Mobil telefonumuz da bizim özümüz kimidir, xarakterimizi əks etdirir. Bəlkə də dili olsa, o bizdən danışar. Çoxları ziyan da olsa, yatanda onu yanında saxlayır. Deməli, mobil telefon hər şeydən çox bizim enerjimizə hopur və bizim bir zərrəciyimizə çevrilir. Təzə telefon alırıq, o getdikcə bizə doğmalaşır, bizimlə köhnəlir. Telefon həmişə sahibinə doğru köklənir. Ona görə başqasının işlənmiş telefonunu almaq təhlükəlidir. Əgər bəzi şərtlərə əməl etsək, mobil telefondan əsl köməkçi və talisman düzəldə bilərik.
Arzuların telefonu
Telefonda istifadə olunan aksesuarlar bizim maraqlı arzularımızın real olmasına gətirib çıxara bilər. Uşaqlar, yeniyetmələr orta yaşlı adamlara nisbətən bu işdə daha kreativdir. Onlar telefonlarına qızılı, parlaq asılqanlar, simvollar taxırlar. Bu, gülməli, uşaqsayağı görünə bilər. Amma əslində lazımdır. Bunlara sadəcə maraq və bəzək kimi yox, uğur simvolu kimi yanaşmaq lazımdır. Telefonda ağlınızdan keçən hər şeyi yox, arzunuza lazım olan fiqurları asmaq lazımdır. Özünüzə sual verin: həyatınızda nə çatmır, nəyin arzusundasınız, nədir məqsədiniz? Sizin istəklərinizi nə simvolizə edir? İndi buna uyğun bir asılqan, fiqur, bəzək tapın. Axtarın, seçim çoxdur. Simvolu uyğunlaşdırın: parlaq, həmişə birinci, seçilən olmaq istəyirsiniz, o zaman ulduz alın, pul istəyirsinizsə, pul simvolu, yüksəlmək üçün piramida, sevgi üçün ürəklər, quş fiqurlu aksesuarlar seçin.
Sevgi, ailə, məhəbbət tapmaq üçün: ən yaxşısı qızılı, parlaq, xüsusən gecə alışıb yanan bir qızıl ürək tapmaq lazımdır. Yadda saxlayın: ürək bütöv, qüsursuz olmalıdır. Bəzi qızlar yarı bölünmüş , üzəri qılınclı, qırıq ürək fiqurları taxırlar, bu, heç də yaxşı deyil. Əksinə, sevgidə problemlər yaradar, olan-qalan da əlinizdən çıxar.
Səhhətində problemi olanlar sağlamlıq üçün telefonundan çiçək və ya yetişmiş gözəl meyvə fiquru asa bilər. Məsələn: alma, nar və ya yaşıl yarpaq.
Tələbələr, şagirdlər təhsildə uğur qazanmaq istəyənlər - mini kitab, qlobus, qələm, institut tələbələrinin başında olan qara magistr şlyapası asa bilərlər.
Karyerada yüksəliş, yaxşı iş istəyənlər - telefonunu ulduz, günəş və parlaq bir əşyalarla bəzəməlidir. Eləcə də at nalı, Eyfel qülləsi, piramida (yüksəliş rəmzidr) asa bilərlər.
Müxtəlif heyvan fiqurları - delfin, qu quşu, göyərçin insanın əhatə dairəsini, dostlarının sayını artırır.
Kişilərə karyera və maliyyə problemlərini həll etmək, uğur əldə emək, daima irəli getmək, yəni özündə güc-inam aşılamaq üçün məsləhətdir: qartal, səma, bahalı yaxta, yelkənli qayıq şəkli, sürət, risk simvoluo laraq - vəhşi nəhəng heyvan və balıq şəkilləri, həyat enerjisi üçün - silah, hərbi şəkillər, güc, hakimiyyət üçün - pul simvolları və od şəkli. Bütün bunlar kişilərə lazım olan qarşısıalınmaz enerjini oyadacaq.
Qadınlar üçün məsləhətdir: müxtəlif güllər, çəmən, buketlər - gözəllik, zəriflik və çiçəklənmə simvolu, dadlı şirəli meyvələr - artım, bolluq və həyat enerjisi üçün. Şəxsi həyatı qaydaya salmaq üçün cüt heyvan və quş simvolları qoymaq olar.
Telefonun ekranındakı şəkillər aləmi
Əgər telefondan asılqanlar asmaqla aranız yoxdursa, o zaman sadə variantı seçin: telefonun displey və ekranına şəkil seçin. Ona baxanda insanın əhvalı dəyişir. Telefonun ekranındakı şəkil həmişə başqaları üçün də maraqlı olub: görəsən niyə bu şəkil? Aha, deməli, bu şəkil də həyatınıza ciddi təsir edə bilər.
Qadağandır!
Aqressiv şəkillər, erotik xarekterli şəkillər özgəsinin intim səhnəsidir, bu da sizin real həyatınızı sovura bilər, şeytan, iblis, monstr və ya hansısa komikslər - neqativi cəlb edir, içki şəkilləri - insanın həyatına süslük gətirir. Qısası, neqativlik gətirən istənilən şəkil qadağandır, xüsusən dəbdə olan yaralı, tək qızılgül, göz yaşı damlası, qırıq, yarı ürək və s. şəkilləri nəinki telefona qoyun, heç onlara baxmayın.
XƏBƏR LENTİ
Azərbaycana güclü qar yağır
Qırışların qarşısını alan vazelin maskası
Azərbaycan Rio-2016 Paralimpiadasında ilk qızıl medalını qazanıb
Kraliça astarı üzünə çevrilmiş paltar geydi
Xaçmazın qalmaqallı “Telefonçu qız” abidəsi götürüldü
Bildirçin yumurtasının faydaları
Göyərtinin faydaları
Bakıda bayram tədbirlərinin ÜNVANLARI
O gün dünya Bakını izləyəcək
Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Deniz Sekidən “fotoşop” iddialarına sərt reaksiya
Bu da Rusiyanın ən gözəl qızı - FOTO
Eyni serialda rol alacaqlar?
Meksikasayağı peroşki (foto resept)
Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq
Yeni sektor müdiri: "Heyətin formalaşdırılması davam edir"
Dayverlər üçün əla məkan
Kıvanç Tatlıtuğ Amerikaya gedir
Zövqlü xanımlar üçün çantalar
Rusiya BMP-ləri Azərbaycana göndərir
Qadınlar üçün ən lazımlı vitamin
Günün qoroskopu: hər vədə inanmayın
Vitaminlər
Yeni məlumat rekordu vuruldu
Ağızla eşidə biləcəyik
Payız üçün ən yaxşı üst geyimləri
Boyama - 2
Qızıl bahalaşır... Zinət dükanlarında isə durğunluqdur
HAVA necə olacaq?
Yeni məktəbin sənədlərinin itməsi şagirdləri soyuqda qoyub
Yuxuda yaşadığımız hisslər dünyası
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Tanış olun: yeni Jaguar
"Böyük sevgi ilə evləndik"
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
Prezident İlham Əliyev Qabriel Qarsiya Markesin vəfatı ilə bağlı başsağlığı verdi
İstanbul səyahəti
ABŞ-ın yeni erməni qorxusu
Məşhur aktyor canlı yayımda evlənmə təklif etdi-FOTO
Azərbaycanda uşaqlar arasında YENİ VİRUS tapıldı
Aybüke Pusatın gözəllik sirləri
“Kainat gözəli”nin gəlinliyi cırıq-cırıq oldu - FOTO
Viktoriya Bekhem təbii dəridən imtina etdi
Ellen Sheidlinin qeyri-adi şəkilləri
Bəzi məhsullar üçün lisenziyalar ləğv olundu
Pendirin növləri və faydaları
Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi – VİDEO
Məşhur müğənni Həbs Olundu-SƏBƏB
Azərbaycanda yeni pambıq sortu əldə olunub
- ŞƏRHLƏR