İdeal ailə qurmağın sirrləri.
İdeal həyat yoldaşı olmaq olar?
İdeal həyat yoldaşı olmaq elə də çətin deyil. Bir neçə tələbə riayət etməklə siz gözəl ideal həyat yoldaşı ola bilərsiniz.
1. Hər şeydən əvvəl ideal həyat yoldaşı yaxşı dostdur. O saatlarla ailəsi ilə yaxşı vaxt keçirir. Ərköyün uşaq kimi hər şeydən küsüb pis üz göstərmir.
2. Həssas , mədəni və fərasətlidir. Həyat yoldaşının danışmaq istəmədiyi mövzudan kənar gəzməyə çalışır. Bədbin deyil. Hadisələri pozitiv dəyərləndirməyi bacarır. Gülərüz olması və xoş sözləri ilə həyat yoldaşına yaşama sevinci verir.
3. Gözəl söz deməkdə comərd, pis söz deməkdə xəsis olur.
4. Həyat yoldaşını olduğu kimi qəbul edir, onu dəyişdirməyə çalışmır. Onu başqaları ilə müqayisə etmir. Dalaşmaqdansa, səbirli olmağa üstünlük verir.
5. Atacağı hər addımda həyat yoldaşının fikirlərini öyrənir. " Belə bir addım atmaq istəyirəm. Sən necə düşünürsən? ". - deyə soruşur.
6. Həyat yoldaşının xasiyyətinə görə davranır.
7. Həyat yoldaşının qohumlarına qarşı hörmətcil və diqqətcildir.
8. Hər şeydən tez usanmır. Əsəbi və hirsli deyil. Evliliyin fədakarlıq tələb etdiyini düşünür və güzəştə getməyi bacarır. Yerində danışıb, yerində susmağı bilir.
9. Həyat yoldaşının zövqünə hörmətlə yanaşır. "Zövqlər və rənglər mübahisə edilməz" şüarını seçir. Ona qarşı dürüst olur və verdiyi sözü mütləq yerinə yetirir, boş vədlər vermir.
10. Həyat yoldaşının hər insan kimi qüsurları və xətaları ola biləcəyini qəbul edir.
Ailə həyatından razı deyilsən?
Amerka alimlərinin apardığı araşdırmalar göstərib ki , ailələrin dağılmasına səbəb olan əsas amil 4 - dür
1. Seksual uyğunsuzluq.
2. Müxtəlif fikir ayrılıqları.
3. Maddi problemlər.
4. Psixi, fiziki emosional pozğunluqlar.
Ailələrin dağılmasının ən başlıca səbəbi olan seksual uyğunsuzluğu aradan götürmək üçün psixoloqlar bu sahədə daha çox bilgi toplamağınızı tövsiyyə edir. Seksual bilgisizlik ən çox qadınlarda təsadüf edilir. Amma qadınlar onu da yaddan çıxarmamalıdırlar ki, bu sahədə çox bilmək, əks cinsin bildiyindən də çox olmalıdır.
Müxtəlif fikir ayrılıqlarına gəlincə isə ailədə xanımların daha səbirli, daha çox danışmaması məsləhət görülür. Mütəxəsisilər 50 faiz ailələrin maddi problemlərlə müəyyən qədər də olsa üzləşdiyini deyir. Qadın və kişi hər bir məsələdə bir - birləri ilə anlayışlı olmalıdır.
Ailə həyatında yeddi qayda - onları dəyişmək mümkündürmü?
1. Mübahisə etmək lazım deyil.
2. Bir � birinizin xasiyyətini dəyişməyə çalışmayın, axı siz bir - birinizi elə sevib evlənmisiniz.
3. Tənqid etməyin. Tənqid insanı özünümüdafiəyə sövq edir, o da sizi tənqid edəcək və münasibətlərinizin pozulmasına şərait yaradacaq.
4. Xoşrəftar olun.
5. Bir - birinizə səmimi minnətdarlıq edin.
6. Bir - birinizə diqqəti heç zaman azaltmayın.
7. Ər - arvad münasibətlərinin qaydasında getməsi üçün doğru kitablar oxuyun.
Hansı yaşda evlənmək daha uyğundur.
Texas universitetinin alimləri 1503 şəxs arasında sorğu keçirib. " Hansı yaşlar arasında bağlanan nigahlar daha çox uzun sürür. " Tədqiqat zamanı müəyyən olunub ki, erkən yaşda əksər evlilik boşanma ilə müşahidə olunur. Alimlər belə yaş həddinin nigahını gəncliyin şıltaqlığı hesab edir. Həmçinin onların çiyinlərinə düşən yük həddindən artıq ağır olduğundan, nigah sona qədər davam gətirə bilmir.
Gec edilən evliliklər, tez evlənənlərlə müqayisədə daha uğurlu sayılır. Lakin alimlər bildirir ki, gec evlənən şəxslərin artıq yaşları keçdiyi üçün onlar biri - birilərinə çətinliklə öyrəşirlər. Buda evlilikdə soyuqluğa gətirib çıxarır.
Araşdırmaların nəticəsi kimi alimlər ideal evlilik üçün 23, 27 yaşı hesab edir. Mütəxəsislər ilk gördüyünüz insanla da ailə həyatı qurmanızı uğursuz nigahlar sırasına daxil edir.
XƏBƏR LENTİ
9 may - Qələbə günüdür!
"Vodka" necə yaranıb?
Ermənistana məxsus PUA məhv edildi - RƏSMİ
4 uşaq anası vampirə "çevrildi"-FOTO
Kıvanç Tatlıtuğ yay tətilini belə keçirəcək
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Gecəlik modelləri
Qəhvə ilə gözəlləşin
Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı
Bir-birini çoxdan tanıyıb, illər sonra aşiq olan məşhurlar
Frappucino (foto-resept)
Otellər və turizm obyektləri bu qaydalarla fəaliyyət göstərəcək - RƏSMİ
Cəbhədən xəbər var
Balaca rəqqaslar
Facebook-un azərbaycanlı işçisi Aytəkin Əliyeva: “Bu işin bir sirri var...”
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
Boksçumuz erməni rəqibini əzərək finala çıxdı
Hamiləlikdə istifadə edə biləcəyiniz bitki çayları
Azərbaycanın şimal-qərbində zəlzələ olub
1 həftəyə 5 kiloqram
Bakı metrosunda əsaslı təmir edilmiş 5 vaqon istifadəyə verilib
Nar mürəbbəsi (foto-resept)
Şirniyyat gəlincikləri
Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü
İçimizdə böyüyən şiş...
60 yaşı adlayıb keçə bilmədi Zərifə xanım Budaqova...
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Peyğəmbərin vəfatı günü Yeni il bayramı ilə üst-üstə düşür?
Zəncəfilin dəriyə faydası
4K televizor bazarı böyüyür
Avropada rouminq ləğv ediləcək
Qadınların fərqli psixalogiyası(2)
Sualtı şəlalə
Dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxmaq mümkündür?-Alimlər açıqladı
Günün qoroskopu:İşinizə nəzarət edin!
"Qalatasaray"a şok cəza
Həm Android, həm Firefox-la işləyən smartfon
Kəsmikli alma ( foto resept)
“Qarabağ” gedir
Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub
Dişlərinizi gücləndirən 5 qida
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?
Şərab qırmızısı-Payızın ən gözəl rəngi
4 hərəkətlə cazibadar ayaqlar
Fərqli, yeni Alpina B4
Günün ulduz falı - 14.01.2014
120 yaşlı Hunzalılar-FOTO
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Virusları öldürən ən yaxşı 7 MƏHSUL
- ŞƏRHLƏR