Əziz xanımlarımız, yəqin ki, çoxlarınız bu şeirin sözlərini eşitmisiniz. Şeirləri çox sevirəm. Əsasən də sevgi şeirlərini. Bu şeir menim üçün xüsusidir. Oxuduğum şeirlər içində ən sevdiyim şeirlərdən biridir. İnşallah sizlər də bəyənərsiz. Bu saytda çoxlarının sevdikləri hərbi xidmətdədir. Elə mənim də. Həsrətin, ayrılığın necə çətin olduğunu, qorxunun insanı necə öldürdüyünü əsgər yolu gözləyənlərdən daha yaxşı heç kəs bilə bilməz. Allahdan tək bir diləyim var: bütün sevənlər tez bir zamanda qovuşsun, sevərək heç kimi ayrılmasın. İnşallah.
Qız:
- Salam.
Oğlan:
- Salam!!! Niyə gec gəldin?
Qız:
- Heç ele belə.
Oğlan:
- Sabah gedirəm.
Qız:
- Hara?
Oğlan:
- Əsgər gedirəm.
Qız:
- Yaxşı yol!!!
Oğlan:
- Amma səndən nigaranam...
Qız:
- Nigaran qalsan nə olacaq, qalmasan nə olacaq... 18 ay gözləyə bilməyəcəm... Atam məni başqasına verdi...
Oğlan:
- Nəəə!!! Nəəəəə!!!!!!
Qız:
Barmağın tətikdə olduğu zaman,
Mənim barmağıma üzük taxacaq.
Düşmən əsgərinə göz qoyanda sən
Sevdiyin gözlərə özgə baxacaq...
Oğlan:
Ömrümü verəcəm küləyə yelə,
Bu gündən dərdinlə alışacağam.
Düşmənə mən əsir düşsəm də belə
Düşmənə dərdimdən danışacağam...
Qız:
Ən böyük düşmənin vətənindədir...
Sevdiyin bu qızı əlindən aldı.
Bu gündən taleyin öz əlindədi,
Taleyin gör səni nə günə saldı.
Oğlan:
Hicrindən dodağım söylə gülərmi?
Göz yaşı içində gözlərim yatmaz.
Mənim tək o səni sevə bilərmi?
Özgənin sevgisi sevgi ucaltmaz.
Qız:
Dövranın sevgiyə nə ehtiyacı
Var onun hər şeyi pulu, dövləti.
Nə qədər sənin üçün olsa da acı
Yəqin ki aydındı, bağla söhbəti.
Oğlan:
Olsa da o kəsin pulu, dövləti
Mənim məhəbbətə sədaqətim var.
Bazarda satmırlar pulla qeyrəti
Mənim vicdanım var, məhəbbətim var.
Qız:
Sevgidən danışma, yanıb alışma
Sevgimiz bəxtimə etmədi kömək.
Mənim taleyimə daha qarışma
Bu gündən vicdanın vətənə gərək...
Oğlan:
Getdiyim bax bu yol şərəf yoludur.
Səngərdə vətənə xidmət edəcəm.
Onun məhəbbəti, varı, puludu
Mən isə sevgiyə nifrət edəcəm.
Qız:
Sən səngər qoynunda mən özgəsiylə
Bir anlıq xəyalda səninlə ötək.
Sevgiyə ayrılıq zümzüməsiylə
Dəfn elə qəlbində yarandığı tək...
Oğlan:
Şirin xatirələrlə qəlbini ovut,
Çılğın məhəbbəti gözündə soyut.
Əlvida deyirəm sən məni unut,
Bacarsan gözünün yaşını qurut,
Bacarsan gözünün yaşını qurut...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pensiyaçılara ŞAD XƏBƏR
Filmlərdə tanış olub, bir-birinə aşiq olan məşhur cütlüklər
Məşhur cütlüyün övladı dünyaya gələcək
Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”
Mükəmməl makiyaj üçün bəzi sirlər
Dünyanın ən maraqlı Yeni İl ADƏTLƏRİ
At onunla selfi çəkdirən oğlanı öpdü
Günün qoroskopu: vədləri yerinə yetirin
Məşhurları təqlid edən italiyalı Emanuele
Bahar sərt gəldi
Mozaik tort ( foto resept)
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Facebook-da yenilik: diqqətli olun!
8 yaşlı YouTuber 22 milyon qazandı
Marsda yeni kraterlər aşkarlandı
Çin və İran tarixində ilk
"ASAN xidmət"dən möhtəşəm yenilik
Sindi Kroufordun qızı məşhur aktyorla sevgilidir- FOTO
Şəkərli simit (foto resept)
Ağac testi
İdmançılarımız Almaniya Qran-Prisində
İlanların qovladığı iquananın videosu mükafata layiq görüldü
Bülent Ersoy 30 dəqiqədə 30 min xərclədi
“Dünyanın ən yaxşı futbolçusu özüməm”
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Günün ulduz falı
Kösəm sultan
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
Göz formasına uyğun makiyaj qaydaları
Qızımız üçün saç aksessuarı hazırlayaq
Üçyaşlı uşaq dünyanın ən ağıllı adamlarından biridir
Bolqar xıçınisi (foto-resept)
Bakteriyalar danışır!
Yardım pulu artdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-64
Nüsrət bu dəfə Brus Uillis üçün bişirdi-FOTO
Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ayın sonuna kimi buludlu və rütubətli hava gözlənilir.
Yaş maya maskası və faydaları
Ukrayna hadisələrinə ABŞ müdaxiləsi
Kreditlərdə yeni asanlaşma
Xərçəng xəstələrinə ümid verən xəbər
Azərbaycanlılar Moskvada etiraz etdi
“Pərviz “Survivor”da finala gedəcək” - VİDEO
Mayklın bu hərəkətinin sirri məlum oldu - FOTO
Nobelin son sahibindən maraqlı əhvalatlar
Təyyarənin qəza anı kameralara düşdü - VİDEO
Xoruldayanı xəbərdar edir
Ürək əməliyyatından sonra nələrə diqqət etməliyik
- ŞƏRHLƏR