Qadin.NET / Qərib əsgər

Qərib əsgər

 

Əziz xanımlarımız, yəqin ki, çoxlarınız bu şeirin sözlərini eşitmisiniz. Şeirləri çox sevirəm. Əsasən də sevgi şeirlərini. Bu şeir menim üçün xüsusidir. Oxuduğum şeirlər içində ən sevdiyim şeirlərdən biridir. İnşallah sizlər də bəyənərsiz. Bu saytda çoxlarının sevdikləri hərbi xidmətdədir. Elə mənim də. Həsrətin, ayrılığın necə çətin olduğunu, qorxunun insanı necə öldürdüyünü əsgər yolu gözləyənlərdən daha yaxşı heç kəs bilə bilməz. Allahdan tək bir diləyim var: bütün sevənlər tez bir zamanda qovuşsun, sevərək heç kimi ayrılmasın. İnşallah.

Qız:

- Salam.

Oğlan:

- Salam!!! Niyə gec gəldin?

Qız:

- Heç ele belə.

Oğlan:

- Sabah gedirəm.

Qız:

- Hara?

Oğlan:

- Əsgər gedirəm.

Qız:

- Yaxşı yol!!!

Oğlan:

- Amma səndən nigaranam...

Qız:

- Nigaran qalsan nə olacaq, qalmasan nə olacaq... 18 ay gözləyə bilməyəcəm... Atam məni başqasına verdi...

Oğlan:

- Nəəə!!! Nəəəəə!!!!!!

Qız:

 Barmağın tətikdə olduğu zaman,

 Mənim barmağıma üzük taxacaq.

Düşmən əsgərinə göz qoyanda sən

 Sevdiyin gözlərə özgə baxacaq...

Oğlan:

Ömrümü verəcəm küləyə yelə,

Bu gündən dərdinlə alışacağam.

Düşmənə mən əsir düşsəm də belə

Düşmənə dərdimdən danışacağam...

Qız:

Ən böyük düşmənin vətənindədir...

Sevdiyin bu qızı əlindən aldı.

Bu gündən taleyin öz əlindədi,

Taleyin gör səni nə günə saldı.

Oğlan:

Hicrindən dodağım söylə gülərmi?

Göz yaşı içində gözlərim yatmaz.

Mənim tək o səni sevə bilərmi?

Özgənin sevgisi sevgi ucaltmaz.

Qız:

Dövranın sevgiyə nə ehtiyacı

Var onun hər şeyi pulu, dövləti.

Nə qədər sənin üçün olsa da acı

Yəqin ki aydındı, bağla söhbəti.

Oğlan:

Olsa da o kəsin pulu, dövləti

Mənim məhəbbətə sədaqətim var.

Bazarda satmırlar pulla qeyrəti

Mənim vicdanım var, məhəbbətim var.

Qız:

Sevgidən danışma, yanıb alışma

Sevgimiz bəxtimə etmədi kömək.

Mənim taleyimə daha qarışma

Bu gündən vicdanın vətənə gərək...

Oğlan:

Getdiyim bax bu yol şərəf yoludur.

Səngərdə vətənə xidmət edəcəm. 

Onun məhəbbəti, varı, puludu

Mən isə sevgiyə nifrət edəcəm.

Qız:

Sən səngər qoynunda mən özgəsiylə

Bir anlıq xəyalda səninlə ötək.

Sevgiyə ayrılıq zümzüməsiylə

Dəfn elə qəlbində yarandığı tək...

Oğlan:

Şirin xatirələrlə qəlbini ovut,

Çılğın məhəbbəti gözündə soyut.

Əlvida deyirəm sən məni unut,

Bacarsan gözünün yaşını qurut,

Bacarsan gözünün yaşını qurut...

23 mart 2013
GO BACK