Şeir yazıram
Anaraq o həzin xatirələri
Mən ilham alıram şair sayağı.
Alıb sağ əlimə avtomat qələm,
Açıb dəftərimdə boş bir varağı,
Şeir yazıram.
Açıb pəncərəni nəfəs uduram
Tanrının səpsərin külək payından.
Ətrini aldıqca hər udum-udum,
İçərək anamın isti çayından,
Şeir yazıram.
Yazmıram "bağ belə" ya bostan "belə".
Çox da xoşlamıram şişirtmələri.
Bir məna üstündür min qafiyədən.
Təkrar yaşayaraq xatirələri,
Şeir yazıram.
Nə dərddən bəhs edir, nə də əzabdan.
Nə qəmdən bəhs edir, nə həsrətindən.
Nə səndən bəhs edir, nə başqasından.
Bir Fərid Rüzgarın məhəbbətindən,
Şeir yazıram.
Amma, susma!
Bir an belə, küsgün olsan, sanki, illər dərdidir bu.
İstəyirsən soyuq səslə dindir, gülüm. Amma, susma.
Bil ki, səni itirməkdir içimdəki qorxu, ancaq.
O iynəli sözlərlə ver mənən zülm. Amma, susma.
Mənə bu cür soyuqluğun anlayıram səbəbini.
Qırdın. Qırdım. Axı, sevgim səndən alır ədəbini.
Uf demərəm.. Lap istəsən, soyutmaqçın əsəbini,
Eylə məni param-parça, bölüm-bölüm. Amma, susma.
Təkrar, geri alım necə qəlb evimin mələyini?
Məndən, səni qaytarmaqçın, əsirgəmə köməyini.
Mənə şans ver, zaman-zaman almaq üçün ürəyini.
Mənə "Hə" de, varsa əgər şans ödülüm. Amma, susma.
Darıxıram. Nə olsun ki, az müddətdir küsülüyük.
Kaş ki, yuxu ola. Heyf, həqiqətdir. Küsülüyük.
Bu ki, bir baş qürurumla ədavətdir. Küsülüyük.
"Gəl " de gəlim. "Qal" de qalım. "Öl" de ölüm. Amma, susma.
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Küçəyə atılan it özünə iş tapdı
BÜRCLƏR bizə nə vəd edir?-31 İyul
Britaniyalılar ailəni internetə qurban verirlər
Stiven Siqal Rusiyada torpaq alacaq
​İpoteka ilə ev almaq istəyənlər, mütləq oxuyun!
İrəvanın son ümidi ölür
Prezident: "Korrupsiyaya qarşı mübarizə davam edəcək"
Azərbaycana ikimərtəbəli qatarlar gətiriləcək?
Kefli alma (foto-resept)
Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR
Plastik istifadəsini azaltmağın yolları
"Qara qutu"ların faciəli etirafları
Neftlə bağlı ilginc açıqlama
Xəzərdə zəlzələ olub
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Bakının sirli çadırları
3 gəlinlik dəyişən Berfunun rəqsi diqqət çəkdi-VİDEO
Sıla məşhur aşpazdan ayrıldı
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Fotoşop uğursuz oldu - FOTO
Toxuduqlarım
Təlqinlə bədəni gücləndirin
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
Ermənilər suyumuza qənim kəsiliblər
Cehiz alış-verişi
"Xəzərdə növbəti zəlzələlər baş verə bilər"
Apple Yaponiyada hökmranlıq edir
"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır - VİDEO
"7 numara"nın Rüyasının indiki halı - FOTO
Hollivudun ən çalışqan aktyorları onlardır - Siyahı
Hadisənin köhnə FOTOsu məsxərəyə qoyuldu
25 il Qubadlısız...
Övladınıza ad qoyarkən düşündünüzmü?
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (5)
Günün ulduz falı
Gökçe Bahadırın ƏN BÖYÜK ARZUSU-FOTO
Ucqar bölgələrdə 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək
Ekspert: “Bu hallar virusa yoluxmanı artıra bilər”
Makiyajı təmizləmək üçün təbii üsullar
Valideynlərə dəyərli məsləhətlər
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
Azərbaycanlılar İrəvana gedir?
İnqilabi kəşf insanları xərçəng və allergiyadan xilas edəcək
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Ölmək istəyən bu restorana getsin
"Qoyun" salatı (foto resept)
“Bu gün yeni dövr başlayır”
Yerdə qasırğa başladı
Tələbələrə kreditlər veriləcək
Ordumuzun döyüş hazırlığı yoxlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]