Əziz Qadin.Netlilər.İlk xəbərimi anama yazdığım etirafla başlamışdım. ALLAH bütün valideynlərə can sağlığı versin, haqq dünyasına köçənlərə də rəhmət eləsin. Mənim anam arada şeir yazırdı. Bir gün əlimə onun şeir dəftəri keçdi. O da öz atasını 3 yaşı olanda itirib, anasının da 54 yaşı olanda rəhmətə gedib. Bunu deməkdə məqsədim odur ki, anam da bütün həyatını şeirlərində əks etdirib. Oxuduqca göz yaşlarıma hakim ola bilmirdim. Bu şeirlərdən qardaşıma və anasına yazdığı şeirləri sizlərlə bölüşmək istəyirəm.
Əziz oğlum, can-ciyərim.
Budur sənə vəsiyyətim.
Kimi sevsən hörmət elə,
Odur sənin aqibətin.
Polad kimi möhkəm ol sən.
Bəslə onu sevincinlə.
Heç bir zaman qəmgin olma
Bərkiyəcək o da sənlə.
Sev onu sən lap ürəkdən,
Hər işinə kömək elə.
Olma ona sən biganə.
Bu törədər əngəl sənə.
Çünki sənin canın odur.
Onsuz həyat bir məzardır.
Elə et ki, inciməsin.
Sınan ürək heç düzəlmir.
Sirr saxlama ondan ayrı.
O olacaq sənə kömək.
Məsləhətçin, canın odur,
Ömrün, günün, ruhun odur.
Odur gözəl incin sənin,
Göz oxşayan qönçən sənin.
Heç bir zaman qəlb sındırma.
Açan gülü sən soldurma.
Bu sözləri unutma sən.
Mən deyənə əməl etsən.
Xoşbəxt olub şad yaşarsan.
Ömrün boyu şən olarsan.
Ana
Taleyim olsaydı anam qalardı,
Dərdimə, şərimə yanan qalardı.
Yox imiş əzəldən taleyim mənim,
Görünür bu imiş qismətim mənim.
Ahu zarımdan əsir ürəyim,
Onun zərbindən yanır kürəyim.
Gecəli-gündüzlü hey çırpınıram,
Qəfəsə salınmış bir bülbül kimi.
Əlimdən gedibdir gül üzlü anam,
Sağıma-soluma hey baxıram mən.
Gözümə görünmür o istəkli can,
Odur ki, daima hey ağlayıram.
Göz yaşımdan yerə nohur salıram.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Arda Turanın xanımı hamiləlikdə çəki almır-SƏBƏB
Permanent makiyaj - Mövcud risklər
Azərbaycan futbolda Braziliyanı arxada qoydu
Skype-da iki yenilik var
İdeal bədənə sahib olmanın 13 yolu
Əsmər qadınlara hansı rənglər yaraşır?
"Səhərləri azan səsinə oyanmaq çox gözəldir"
Yaşıl qəhvənin faydaları
Sualtı aləmə səyahət
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Madonnanın 3 yaxını eyni gündə koronavirusdan öldü
Marsda yeni həyat əlaməti aşkarlandı
Azərbaycanda qadınlara da hərbi bilet veriləcək
Qarabağda erməni komandir güllələndi
Günün ulduz falı
Kənan İmirzalıoğlu və Sinem Kobalın boşanma xəbərləri yayıldı-FOTO
Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini yenidən sərbəst buraxıldı
İbrahim Tatlısəs 300 imkansız ailəyə yardım etdi
Mutasiyaya uğramış göbələkdən krem hazırlanır - Marsda istifadə ediləcək
Yaxşı insanı necə sevməli?
Unutmaq istəyirəm
Orucu neçə yaşından tutmaq vacibdir?
Arıqlamaq üçün maye pəhrizi
Evləri bananla isidəcəklər
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Şəfalı bitkilər
Mükəmməl şəkillərin çəkildiyi məkanlar
Sabah 43 dərəcə isti olacaq - PROQNOZ
Ərdoğan artıq Ukraynadadır
Evliliyi bitirən səbəblər
Qorxunc PROQNOZ: Fəsillər yox olur
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
İşsizlik sığortası haqqında qanun layihəsi hazırdır
289 şaxtaçının havası kəsildi
İlin sonunadək 380 milyon olacaqlar
Doğumdan sonra edilməsi lazım olanlar
Dəri baxımı məhsullarının tərkibində olan 3 maddə
"Qırmızı Şeytanlar"ın Çikaritosu "Liverpul"u məğlub etdi
Ləğv edilmiş 4 bankın əmanətçiləri üçün 100 milyon manat ayrılacaq
Rəngarəng salat (foto resept)
Kartof saçların tez uzanmasını təmin edir
Xocalı soyqırımı günü Bakıda bu yollar bağlanacaq
Lukaşenko Putindən kömək istədi
Müsəlmanlar üçün halal axtarış sistemi yarandı
Zerrin Özər 48 saatlıq evlilikdən sonra boşandığı əri ilə barışdı-FOTO
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Günün ulduz falı
Nəticələrdən narazı olan abituriyentlərin NƏZƏRİNƏ
Dairəvi qonaq otaqları modelləri
Bu ilin "ən stil" məşhurları seçildi
- ŞƏRHLƏR